"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Orqanizmlərin geni belə dəyişdirilir – VİDEO

10 Aprel 2015 - 15:47
in SEÇMƏ XƏBƏRLƏR, SOSİAL, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Orqanizmlərin geni belə dəyişdirilir<br />
  - VİDEO
Alimlər müasir dünyanı təhdid edən 3 əsas təhlükəni bu cür sıralayır: nüvə silahı, azon dəyili və geni dəyişdirilmiş orqanizmlər. Bəli, GMO-lar bəşəriyyətin sonunu yaxınlaşdıran silah kimi xarakterizə edilir. Bəs nədir GMO? Canlıların geni necə dəyişdirilir? Geni dəyişdirilmiş məhsullar hansı fəsadlar törədə bilər? Ölkəmizdə bu sahədə vəziyyət necədir? Bütün bu suallara növbəti araşdırmamızda aydınlıq gətirmişik.
Ötən əsrin 70 illərində genetika sahəsində aparılan tədqiqatlar inqilabi kəşflə nəticələndi. Alimlər canlıların genini dəyişməyə nail oldular. Bu nailiyyət bitkilərə də şamil edildi, GMO-lar, başqa sözlə, transgen orqanizmlər əldə edildi.
Məsələn, xəstəliyə davamlı olması üçün kartofa əqrəb geni vururlar. Pomidora və çiyələyə köçürülən balıq geni isə onları soyuqdan və şaxtadan qoruyur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Ümumilikdə dünyada 23 bitkinin 383 geni dəyişdirilmiş sortu yetişdirilir. Bu siyahıda birinci yeri 133 növlə qarğıdalı tutur.
Genetik modifikasiya ilə hətta canlıların xarici görünüşünü də dəyişmək mümkündür. Məsələn, təbii rəngi ağ-qara olan zebra balıqları gen dəyişdilməsi ilə müxtəlif rənglərə boyanır. Bu yolla qızılgülün, siçovulların və müxtəlif tərəvəzlərin də rəngi və ölçüsü dəyişdirilir.
Ancaq GMO-ların insan orqanizminə təsiri də qaçılmazdır. İddialara görə, geni dəyişdirilmiş məhsullar raxitlik, ayaqların tutulması, inkişafdan qalma, sonsuzluq, maddələr mübadiləsinin pozulması, xərçəng və autizm xəstəliklərinə səbəb olur.
İnsan orqanizminə təsiri tam sübut olunmasa da, heyvanlar üzərində aparılan təcrübə konkret nəticələrlə yekunlaşıb. Bu kadrlar 2012-ci ildə Fransada çəkilib. 2 il ərzində geni dəyişdirilmiş qarğıdalı ilə qidalanan siçanın sinəsində bədxassəli şiş əmələ gəlib. Tədqiqatın nəticələri bütün dünyada əks-səda doğurub. Bundan sonra GMO-ların istehsalı və idxalı ilə bağlı dövlətlər tərəfindən qərarlar sərtləşdirilib.
Hazırda 28 ölkədə GMO istehsal edilir ki, həmin ölkələrdə də ümumilikdə 4 milyard insan yaşayır. Dünyada 181 milyon hektar ərazidə geni dəyişdirilmiş məhsullar becərilir. 40-a yaxın ölkə isə öz ərazisinə GMO buraxmır. Bu ölkələrdən biri də Azərbaycandır.
Qanunlara görə, geni dəyişdirilmiş bitkilər, toxumları və tingləri, həmçinin GMO-lardan hazırlanan müxtəlif məhsulların Azərbaycana gətirilməsi, satışı və istehsalı qadağandır. Bu tələbləri pozan şəxsləri hətta 7 ilə qədər həbs gözləyir. Bununla bağlı qanunvericiliyə dəyişiklik parlamentin müzakirəsindədir. GMO-ların ölkəyə gətirilməsinin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqələrinə xüsusi siyahı təqdim edilib. Həmin siyahıda GMO sortları və bu sortların istehsalçı şirkətlərinin adları qeyd edilib.
Geni dəyişdirilmiş məhsullar Azərbaycana buraxılmır. Ancaq ölkə daxilində də GMO-lar istehsal edilə bilər. Bəzi ekspertlər tərəfindən iddia edilir ki, bazardakı meyvə tərəvəzin, xüsusilə bu cür eyni ölçüdə, eyni rəngdə və uzun müddət xarab olmayan məhsulların böyük əksəriyyəti GMO-dur. Ancaq alimlər bildirirlər ki, GMO-ları xarici görünüşdən müəyyən etmək qeyri-mümkündür. Bunun üçün yalnız və yalnız laboratoriyada DNT analizi aparılmalıdır. Satışda olan məhsulların GMO olub-olmaması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət mitəsinin nəzdində fəaliyyət göstərən laboratoriyada yoxlanılır.
Son bir ildə aktiv fəaliyyət göstərən laboratoriyada yoxlanılan məhsullarda hələlik GMO-ya rast gəlinməyib. Digər bir laboratoriya Genetik Ehtiyatlar İnstitutunda yerləşir. Burada toxumlar və əkin materialları yoxlanılır. (xəzərxəbər)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Banklar kredit ödənişlərinə görə müştərilərə güzəşt etməlidir” – Fikrət Yusifov

Next Post

İŞİD həbsxanasından qaçan danışır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Next Post

İŞİD həbsxanasından qaçan danışır

Kəmaləddin Heydərov ABŞ səfirini qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.