"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vanqa: “Qaqarini aradan götürüblər”

12 Aprel 2015 - 18:13
in XƏBƏR LENTİ

Vanqa:

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 
Aprelin 12-ində dünya xalqlarının təqvimlərində Qaqarinin adı qırmızı xətlə yazılır. Sovet adamının sülh dolu baxışlarını ifadə edən gülümsər oğlan göy qübbəsini fəth edəndən 7 il sonra faciəvi şəkildə həlak oldu. Həmin ölümdən sonra onun dul qalan həyat yoldaşı Valentina indiyə qədər heç kimə müsahibə verməyib. Yuri Qaqarinin şöhrəti bütün dünyaya yayılandan sonra onu milyonlarla qadın sevdi. Hər biri arzulayardı ki, belə bir saf və məşhur insanın həyat yoldaşı olsun.
 Ona məktublar yazar, hətta bir anlıq görmək üçün Moskvaya gəlirdilər. Yuri isə Valentina ilə evləndi. Düz 50 ildir ki, həyat yoldaşı heç bir müsahibə vermir və qapalı həyat tərzi keçirir. Vaxt gələcək onların haqqında film çəkiləcək. Ailə həyatları qısa sürsə də, həmişə bir-birinə sədaqətli olan cütlüyün haqqında çoxsaylı əsərlər yazılacaq.
Onlar 1968-ci ilin əvvəlinə qədər Çkalov qəsəbəsində təyyarəçilər üçün tikilən binada yaşayıblar. Fevralda isə yeni mənzilə köçüblər. İndi Yuri sağ qalsayd, 80 yaşlı kosmonavt veteran kimi Rusiyanın canlı simvolu olaraq qalardı. Valentina İvanovna əvvəlcə ərinin ölüm xəbərinə inanmayıb. Heç bir məhdudiyyətə baxmayaraq, qaça-qaça hadisə yerinə gedib, ərinin həlak olduğu təyyarəni öz gözləri ilə görəndən sonra dünyanın ən bədbəxt qadınlarından birinə çevrilib.
O, hələ bu günə qədər ərinin necə həlak olmasını heç kimlə müzakirə etməyib. Ancaq evin bir küncünə çəkilərək “108 dəqiqə və bütün həyat” kitabını yazıb. Kosmonavtın nəvəsi Tamara onun haqqında deyir ki, Valentina çox bədbəxt qadındır. Çünki gənc yaşında ərini itirib. Valentina 90-cı illərə qədər nisbətən sakit görünürmüş. Amma Qaqarinin ölüm zamanı sərxoş olmasına dair Rusiya mətbuatında çıxan bəzi yazılardan sonra bundan əsəbləşərək, daha da qapalı həyat tərzi keçirib.
İndi o, evdə ancaq tutuquşu ilə yaşayır. Günlərin birində qapı açılıb və Yuri ona tutuquşu gətirib. Onda quşun 30 yaşı varmış. İndi 80 yaşına çatmaqdadır. Tənha Valentina və qoca tutuquşu. O, 150 il ömür sürən belə tutuquşu cinsini ərinin əlində görəndə çox sevinib. İndi onu hamıdan qoruyur. Çünki bu quşa mərhum ərinin əlləri dəyib. Onu çiyninə oturdur, yemək verir, axşamlar ”gecən xeyrə qalsın, ərimin yadigarı” deyərək yuxuya gedir.
Qaqarinin ölümünün necə və hansı səbəbdən baş verməsinə gəlincə, o illərin rəsmi məlumatı belə oldu. 1968-ci ilin martın 27-də Vladimir vilayətinin Kirjaç rayonunun Novoselovo kəndinin yaxınlığında aparılan məşq uçuşu zamanı Yuri Qaqarin “MİQ 15” təyyarəsində həlak olub. Həmin faciəvi ölümdən sonra bütün ölkədə matəm elan olundu. Ancaq daha bir xəbər pıçıltılara və asta danışıqlara yol açdı.
Məşhur “Baharın 17 anı” kinofilmində Ştrlis obrazı ilə sovet xalqının ürəyində yer tutan aktyor Vyaçeslav Tixonov 1979-cu ildə Bolqarıstana qastrol səfəri zamanı məşhur görücü Vanqanı evinə gedib. Vanqa ona deyib ki, “Qaqarin ölməyib, onu aradan götürüblər”. Tixonov bundan çox təəccüblənib. Aktyor Vətənə qayıdandan sonra Vanqanın sözlərini iş yoldaşları arasında danışıb. Ona məsləhət görüblər ki, bir də bu məlumatı heç bir yerdə işlətməsin. Tixonov susub. Hadisənin üstündən bir müddət sonra “Rusiyalılar” jurnalının müxbiri Yelena Andreyeva Vanqadan müsahibə üçün Bolqarıstana gedib.
Söhbət əsnasında Vanqa yenə də deyib ki, “Qaqarin həlak olmayıb, onu aradan götürüblər”. Müxbirin “Kim götürüb, hansı səbəbdən” suallarına Vanqa cavab verməyib. Məşhur görücünün söylədiyi fikirlər hökumətin rəsmi xəbəri ilə üst-üstə düşmədiyindən, bu barədə danışmamağa üstünlük verildi.
Qaqarinin həlak olduğu yerdə dəfələrlə jurnalist araşdırmaları aparılsa da, heç bir nəticə əldə edilmədi. Onun ölümü sirr olaraq qaldı…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Metropark”da dəm qazından kütləvi zəhərlənmə olub – YENİLƏNİB

Next Post

Cərrah 18 yaşlı Leylanı belə öldürdü…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Roma Papası uydurma “erməni soyqırımı”nı tanıdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.