"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cərrah 18 yaşlı Leylanı belə öldürdü…

12 Aprel 2015 - 18:41
in XƏBƏR LENTİ

Cərrah 18 yaşlı Leylanı belə öldürdü...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının martın 17-də özəl klinikaların birində – “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyinin ona həyatı bahasına başa gəlməsi barədə çox yazıldı. Mətbuatda buna dair çoxsaylı yazılar, xəbərlər verildi.

 
O informasiyaların əksəriyyətində belə deyilirdi: 18 yaşlı tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib, Leylanın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir, mərhumun həkimi cərrah Sənan Mehdiyev olub, faktla bağlı araşdırma aparılır və s.
Namiq Mürsəlov
Mərhum Leyla Mürsəlovanın atası Namiq Mürsəlov isə virtualaz.org saytına açıqlamasında bu qandonduran faciənin təfərrüatlarını danışıb, cərrahı və klinikanı ittiham edib.
N.Mürsəlov cərrahın qəbuluna getdikləri gün onunla aralarında olan söhbəti belə nəql edib: “Sənan Mehdiyev qızımın burun çəpərində bir balaca əyriliyin olduğunu dedi. Bildirdi ki, bunu düzəltmək o qədər də çətin iş deyil, sadə əməliyyatdır. Leylanın burnunda əslində qüsur yox idi, amma o, əməliyyatda israr edirdi. Bizsə istəyirdik ki, həkim Leylanı cərrahi müdaxilənin ən sonuncu tədbir olduğuna inandırsın, bunu ən azı dilə gətirsin, uşağı bunun lazımsızlığına inandırsın. Axı istənilən əməliyyat risklidir. Söhbət təkcə sağlamlıqdan yox, ümumiyyətlə, həyati təhlükədən gedir. Həkim isə “sadə əməliyyatdır, heç bir problem olmayacaq” dedi.
Biz cərraha Leylanın uşaqlıqda ürəyində problem olduğunu xatırlatdıq. Fikirləşdik ki, ona bəlkə bu yolla təsir göstərə bilərik, fikrini dəyişər. Cərrah isə yenə özündənrazı halda dedi ki, heç bir qorxulu şey yoxdur, biz əməliyyatları ciddi diaqnozlar və tibbi müayinələr əsasında aparırıq”.
N.Mürsəlovun sözlərinə görə, bundan sonra qızı Leyla da ürəklənib: “Leyla da mənə dedi ki, görürsənmi, ata, qorxulu heç nə yoxdur… Məcbur qalıb əməliyyata razılaşdıq. Kaş razılaşmayaydıq…
Bundan sonra cərrah Sənan Mehdiyev üzünü mənə tutub dedi ki, sən bizim qiymətləri bilirsənmi. Sonra da həkim əlavə etdi ki, bizdəki plastik əməliyyat sizə 1800 manata başa gələcək – 1500 manat əməliyyat üçün, 300 manat da analizlərə və təyin olunan dərmanların alınmasına. Bu dərmanlar isə əməliyyatdan qabaq alınmalı idi”.
Mürsəlovlar ailəsinin ehtiyat etdiyi bir məsələ də olub. Onlar cərrahdan həkimlərin nə tibbi kitabçada, nə də jurnalda qeyd etmədiyi məqamlara diqqət yetirməyi xahiş ediblər. Məsələn, pasiyentin orqanizminin allergik xüsusiyyətlərinin analizi aparılmayıbmış…
Ümumiyyətlə, bu işdə məntiqi suallar doğuran xeyli məqamlar var. Ona görə də Leyla Mürsəlovanın ölümündən şoka düşmüş Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədovun həqiqəti üzə çıxarması elə də asan olmayıb. Cərrahın xəsisliklə yazdığı pərakəndə qeydlərdən baş çıxarmaq isə daha çətindir.
Bununla belə müstəntiq şahid ifadələri və tibb işçilərinin az inandırıcı, bəzənsə ziddiyyətli izahatları arasında “isti izlər” taparaq bu həqiqəti üzə çıxarmağa nail olub.
17 mart. Saat 8:30. Əməliyyatda iştirak edəcək tibb bacısı Leyla Mürsəlovanı əməliyyat otağına aparır. Həmin otaqda iki nəfər var – cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə.
Saat 9:49. Cərrah Mehdiyev Mürsəlovlardan görəcəyi işin zəhmət haqqısını almaq üçün əməliyyat otağından çıxır və 1500 manatı alır. Əvəzində hər hansı sənəd, qəbz vermir. Mürsəlovlara yalnız onu bildirir ki, Leylaya narkoz verilib. Bunu deyib yenidən əməliyyat otağına qayıdır.
Saat 9:56. Anestezioloq Emin Quluzadə narkoz altında uzanan Leyla Mürsəlovanın fonunda çəkdirdiyi fotoşəkilini öz facebook səhifəsində paylaşır. O, öz fotoşəkilinin altından Konfutsidən nəsə sitat da.
Saat 10:44. Cərrah Mehdiyev əməliyyat otağından çıxıb kabinetinə keçir və onu gözləyən xəstələrini qəbul etməyə başlayır.
Namiq və Rəsmiyyə Mürsəlovların, həmçinin digər tibb işçilərinin sözlərinə görə, elə bu vaxt klinikada qəribə şeylər baş verməyə başlayır. Mehdiyev qəbulu dayandırır və tələsik şəkildə əməliyyat otağına gedir.
Həmin an isə anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxır. Leylanın anası Rəsmiyyə Mürsəlova ondan qızının narkozdan ayılıb-ayılmadığını soruşur. Quluzadə əlüstü “hələ yox” deyə cavab verərək küçəyə qaçır. Yanında da bir nəfər tez də qayıdır… İkisi də əməliyyat otağına girirlər. Həmin şəxs həkim-reanimatoloq və “StarMed” klinikası həkimlərinin dostu imiş. Cərrahla anestezioloq ondan təcili “StarMed”ə gəlməyi və yaranmış vəziyyətdə onlara kömək etməyi, məsləhət verməyi xahiş edibmişlər.
Leyla Mürsəlova isə özünə gəlmirdi: qan təzyiqi kritik həddə düşmüş, bədəninin temperaturu 42 dərəcəni aşmışdı.
Saat 11:58. Əlindən gələn yardımı göstərən reanimatoloq klinikanı tərk edir. Cərrah Mehdiyev Mürsəlovlar ailəsinə Leylanın “bir balaca probleminin yarandığını” xəbər verir. Sonra da valideynləri ciddi-cəhdlə inandırır ki, qızın həyatına heç bir təhlükə yoxdur.
Lakin N.Mürsəlovun dediyinə görə, burada çox maraqlı məqamlar var. Belə ki, həkimlər Mehdiyev və Quluzadə nə həmin vaxt, nə də sonra – ta saat 15:00-a qədər heç bir iş görməyiblər, artıq ölməkdə olan xəstəni xilas etmək üçün mərkəzi tibb müəssisələrindən daha təcrübəli mütəxəssilər dəvət etməyə heç cəhd də göstərməyiblər. Əgər yardım və ya konsultasiya üçün başqa həkimlər çağırılsaydı, vəziyyəti dəyişmək mümkün ola bilərdi…
Daha bir maraqlı detal. Əsəbləri polad kimi möhkəm olan müstəntiq Fuad Əhmədov qızın meyitini görəndən sonra sadəcə şoka düşməyə bilməzdi. Qızın bütün sinəsi defibrillyatorun təsirindən yanıbmış… Burnunun üstündə çapıqlar varmış… Onun əlləri və ayaqlarında göy ləkələr vardı…
Aydın məsələdir ki, yazıq qızcığaz əməliyyat stolunda qıc olub, uzun müddət çırpınıb. Xəstə çırpındıqca isə həkimlər onu əməliyyat stoluna var qüvvələri ilə sıxmağa çalışıblar…
Burada hələ daha bir şübhəli qəribəlik var. Təhqiqat zamanı o da məlum olub ki, əməliyyatda iştirak edən tibb bacısı daha sonra “özünü pis hiss edib” və işdən tez getməli olub. Buna görə də o gedəndən sonra klinikada nələrin baş verdiyini bilməyib, bunu görə bilməzdi. Tibb bacısı izahatında belə yazıb…
Müstəntiq buna inanmayıb, inana da bilməzdi. Cərrahiyyə əməliyyatlarında iştirak edən tibb bacıları orta tibb personalının elitası sayılır. Onların arasında qorxaqları, ürəksizləri olmur. Onların arasında ciddi seçim aparılır. Əməliyyat onlar üçün adi şeydir. Bu – aksiomadır. Görünür, həmin tibb bacısına “dilini dinc saxlamaq” əmr edilib…
Yaxud “StarMed”dəki “ÇP”-dən xəbər tutub səhərisi gün klinikaya gedən ANS əməkdaşlarının verdiyi izahata baxaq. Təqdim edilən süjetdən də görünür ki, cərrah Mehdiyev onları yaranmış vəziyyətə görə heç bir əməliyyat aparmadığına inandırmaq istəyir…
Əgər belədirsə, onda mərhum qızın sifətindəki çapıqlar nə idi?
“Cərrah mənim qızım üzərində Leyla artıq öləndən sonra əməliyyat aparıb” – deyə N.Mürsəlov israrla bildirir.
Buna inanmaq çətin olsa da deyilənləri yoxlamaq lazım idi. Axı faciəyə gətirib çıxarmış aşağı səviyyəli həkim peşəkarlığı müstəntiq Əhmədovdan ötrü CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açmaq üçün əsasa çevrilmişdi.
Ehtiyatsızlıqdanmı? Bəlkə nadanlıq və savadsızlıqdan? Böyük ehtimalla belədir. Sadəcə olaraq CM-də nadanlığa, savadsızlığa və məsuliyyətsizliyə görə məsuliyyətə cəlb etməyi nəzərdə tutan maddə yoxdur…
Leyla Mürsəlova artıq həyatda yoxdur. Onun cəmi 18 yaşı vardı. Martın 17-si onun valideynlərindən ötrü həmişə qara gün olaraq qalacaq…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vanqa: “Qaqarini aradan götürüblər”

Next Post

Roma Papası uydurma “erməni soyqırımı”nı tanıdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Roma Papası uydurma “erməni soyqırımı”nı tanıdı

“Metropark”da zəhərlənənlər evə buraxılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.