"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mehriban Əliyeva rus telekanalına müsahibə verdi

13 Aprel 2015 - 10:04
in CƏMİYYƏT
meh_eliyeva“Rosiyya 1” telekanalının “Vesti nedeli” analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilmiş süjet nümayiş olunub. 
Azərtac xəbər verir ki, tanınmış jurnalist, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibə də verilib. Süjetdə qeyd olunur ki, Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq. Mehriban xanım Əliyeva deyib: “Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk Oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin”.
Rusiya jurnalistlərinin fikrincə, ilk Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın namizədliyi təsadüfən seçilməyib. 2012-ci ildə burada “Eurovision” mahnı müsabiqəsi uğurla keçirildi. Avropa Oyunları üçün də onlarca obyekt tikilib və yenidən qurulub, nəqliyyat və mehmanxana infrastrukturu hazırlanıb. Olimpiya kəndinin tikintisi başa çatırılır.
Təşkilat Komitəsinin üzvləri çəkiliş qrupuna qarşıdan gələn oyunların başlıca arenası – Olimpiya stadionu, Heydər Əliyev adına İdman Kompleksi, “Crystal Hall”, Xəzərin sahilində çimərlik və su idman növlərinin keçirilməsi üçün inşa edilmiş Su İdmanı Sarayı barədə söhbət açıblar.
Süjetdə deyilir: “Bakıda bütün obyektləri bir-birinə yaxın tikməklə, Oyunların məkanını maksimum yığcam etməyə çalışıblar. Obyektlərin hamısı şəhərin mərkəzində, bulvar və İçərişəhərə yaxın yerdə inşa olunub. Elə “Atletlər kəndi” də əsas idman meydançalarının yaxınlığındadır”.
Rusiya tamaşaçılarına hazırlıq mərhələsində Soçi təcrübəsindən istifadə olunduğu, 1300-dən çox xarici media qurumunun akkreditasiyadan keçdiyi, Hindistan, Çin, Afrika, Amerika teleşirkətləri ilə müqavilələr bağlandığı barədə də məlumat verilib. Oyunların baş əməliyyat direktoru Saymon Kleqq isə vurğulayıb ki, Oyunlar bütün dünyada yayımlanacaq.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, yarışlarda 6200-ə yaxın idmançının və 300-dən çox nümayəndə heyəti üzvlərinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsinin üzvü olan 50 ölkənin hamısı iştirakını təsdiqləyib.
“Vesti” kanalının müxbiri süjetini yekunlaşdıraraq deyib: “Bakıda Avropa Oyunlarının keçid mərhələsi olduğunu, başlıca məqsədin Yay Olimpiya Oyunları olduğunu gizlətmirlər. Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir”.

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

"Arsenal" "Qalatasaray"-ın qapıçını istəyir

Next Post

Oğuz meşələrində at oynadan “üçlüyün” himayəçisi kimdir?

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Oğuz meşələrində at oynadan “üçlüyün” himayəçisi kimdir?

Manat yenə ucuzlaşdı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.