"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərzaq məhsullarının qiyməti hər gün qəpik-qəpik artır

13 Aprel 2015 - 10:26
in SOSİAL

Satıcıların da, alıcıların da ümidi havaların istiləşməsinə qalıb…

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

bazar“Bazar od tutub yanır. Heç nə almamışam, artıq 14 manat pul xərcləmişəm. Mənim ətim, toyuğum rayondan gəlir. Onları da buradan alsaydım, düşünürəm ki, Bakıda təhsil alıb yaşamaq mümkünsüz olardı”. Bu sözləri “Yaşıl bazar”da alış-veriş edən tələbə Gülnar Səmədova deyir. Tələbə olduğu üçün yaxşı qidalanmalı olduğunu, lakin bu qiymətlərlə bunun mümkünsüz olduğunu deyən G.Səmədova daha çox meyvələrin bahalığından gileyləndi.

Bu tələbə qızcığaz kimi bazarda “od tutub yanan” qiymətlərdən narazılıq edən çox sayda alıcı vardı. Hamıya məlumdur ki, manatın devalvasiyasından sonra ərzaq məhsullarının qiyməti birdən-birə 30 faiz bahalaşdı. Bahalaşma isə gün keçdikcə daha da artır. Belə ki, “Yaşıl bazar”da ərzaq səbətimizin əsas tərkib hissəsini təşkil edən kartof 1 həftə əvvəl 1 manat 20 qəpik idisə, indi 1 manat 30 qəpiyə, təzə kartof isə 1 manat 50 qəpiyə satılır. Soğanın qiymətinə gəlincə isə 1 manata satılan soğan 20 qəpik bahalaşaraq 1 manat 20 qəpik, bəzi yerlərdə isə 1 manat 30 qəpik olub.

Xiyar 1 manat 70 qəpik, 3 manat arası, badımcan 3-4 manat, bibər 5 dənəsi 1 manat, pomidor 2 manat 50 qəpik, 3 manat arası, mandarin 3-5 manat arası, apelsin 2 manat 50 qəpik, nar 5 manat, alçanın kiçik qablaşdırılması 5 manat, çiyələyin kiçik qablaşdırılması 5 manat, şaftalı 10 manat, alma 70 qəpik, 3 manat arası, armud 2 manat 50 qəpik, 3 manat arasında satılırdı. Bazarda alıcılar satıcıların ərzaqları bu qədər baha satmasını insafsızlıq adlandırır, satıcılar isə onların bir günahı olmadıqlarını və qiymətlərin onlardan asılı olmayan səbəblərə görə gün keçdikcə artdığını deyirdilər.

Satıcı Asəf Əliyev məhsulların qiymətinin sabit qalacağını dedi: “Yayda qışa nisbətən həmişə ucuzluq olur. Düşünürəm ki, havalar isindikcə qiymətlər də nisbətən enəcək. Ən azından yerli məhsullar çox olsa, qiymət ucuz olar. Biz özümüz əkib-becərmirik ki, ucuz sataq. Alıcımız da azdır. Baha qiymət deyən kimi hamı üzünü turşudur, almır, çıxıb gedir. Amma bizlik bir şey yoxdur”.

Kartofu Gədəbəydən özünün gətirdiyini deyən Ələsgər Ağayev isə baha satdığını etiraf etdi: “Təzə kartofdur, ona görə 1 manat 50 qəpiyə verirəm. Artıq kartofun 60-70 qəpiyə olan dövrü getdi. Hər şey bahadır. Mən övladlarıma hər gün əkib becərdiyim kartofu yedirə bilmərəm ki? Başqa ərzaq da almalıyam. Onlar da od qiymətinə. Məcburam, baha satım və bundan əldə etdiyim gəlirlə də uşaqlarıma ərzaq, xəstə anama dava-dərman alım”.
Alıcı Tamara Kərimova qiymətlərdən narazı olsa da, bunun günahını satıcılarda görürdü: “Xarici dövlətlərdən gətirilən məhsulların baha satılmasını başa düşdük ki, dollara görədir. Bəs yerli məhsullar niyə bahadır? Onu da dollarla alırlar?! Mən bazara gəlirəm heç nə ala bilmirəm. Artıq nə meyvə yeyə bilirik, nə də tərəvəz. Necə yeyək od qiymətinədir. Buna bir əlac qılsınlar. Gün keçdikcə də qiymətləri qəpik-qəpik artırırlar. Elə bilirlər belə olanda əhalinin gözünə görünməyəcək və hiss etməyəcək”.

Baş çəkdiyimiz marketlərdə də vəziyyət bazardakından fərqlənmirdi. Hətta bəzi marketlərdə yenə də vitrinlərdə ərzaqların qiyməti yazılmamışdı. Böyük marketlərdə isə ərzaq məhsulları və alıcılar əvvəlki kimi dolub-daşmırdı. Həmçinin, marketlərdə Rusiya istehsalı olan məhsulların bəziləri xüsusən də qarabaşaqlar artıq satışda yox idi.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səbuhi Abbasov: “Papanın mövqeyi fiaskoya uğramış Sarkisyan rejiminin süni şəkildə qorunmasına xidmət edir”

Next Post

Növbəti sınaq imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Növbəti sınaq imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

Akif Səlimov şagirdlərə "oxumayın" dedi…

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.