"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aslan İSMAYILOV: “Şərif Əsədullayev Ramil Usubovun yerinə təyin edilsin”

14 Aprel 2015 - 13:21
in MANŞET, SEÇMƏ

183984_144349602295660_8219055_nDİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət törətməsi və bununla bağlı həbs edilməsi diqqətimi cəlb edəcək, hələ bu barədə yazı yazacaq qədər əhəmiyyət daşımırdı. Sadəcə, bu hadisənin mətbuatda necə təqdim edilməsi ikrah hissi doğururdu. “Bakı şəhər prokuroru”, “hüquq müdafiəçisi”, “Milli Məclis”in üzvü kimi əhali arasında “xüsusi rəğbət” qazanmış Çingiz Qənizadənin çıxışından sonra isə az qala Prezidentə təklif edəcəkdim ki, “məmulara nümunə göstərmiş” Şərif Əsədullayevi Ramil Usubovun yerinə təyin etsin. Bunun real olmadığını görüb yazı yazmağa qərar verdim. Əksəriyyət mətbuat da bu cür davrandı. Görəsən həmin özbaşınalıqları bir kasıbın, yaxud müxalifətçinin balası etmiş olsaydı həmin mətbuat və Ç.Qənizadə eyni cür davranardımı? Vallah ayıbdır, utanın, bizi yox, özünüzü avam yerinə qoymayın, bir tikəyə görə bu qədər cılızlaşmayın! Heç olmasa bir az qürurunuz olsun.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Axı keçən il bütün ölkə mətbuatı həmin Tamerlanın may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında kimsəsiz bir qız uşağını döydüyünə etiraz edib, onu Yasamal rayon 27-ci polis bölməsinə gətirən sıravi polis işçilərini məhz general Şərif Əsədullayevin gül balalararı təhqir edib, şil-küt etdiyindən yazmışdılar. Ataları bölməyə gəldikdən, vəzifə borcunu yerinə yetirən qanun keşikçilərini sorğu-suala tutduqdan sonra isə bölməni də xarabaya döndərdilər və heç bir cəza almadılar. General Şərif Əsədullayevin polis işçilərinə “mənim oğlum hacıdır, o içkili ola bilməz” deməsi isə dillər əzbəri olmuşdur. Yoxsa sizin Şərif Əsədullayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında Bandotdel kimi tanınan) işlədiyi dövrdə etdikləri haqsızlıqlardan, bu gün rəisi olduğu DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsindəki əməllərindən xəbəriniz yoxdur?! Bəlkə keçən il baş verən hadisədən dərhal sonra Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verməsindən, bu insidentlə bağlı təhqiqatın İdarədə təhqiqat şöbəsinin rəisi Xıdır Xıdırovun aparmasından, ancaq iki gün sonra yuxarıların göstərişinə əsasən həmin araşdırmaya xitam verilməsindən, bununla da öz həmkarlarını aşağılamasından da xəbəriniz yoxdur?!

Baş verən isə odur ki, generalın oğlunun iştirakı ilə aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında (deyilənə görə məhz restoran sahibinin yuxarılara yaxın olması bu hadisənin rəsmiləşməsinə səbəb olub) dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Baş vermiş ağır cinayət hadisəsinə münasibət bildirən, hüquqşünas diplomu olan, Milli Məclisin hüquq siyasəti və komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə isə bildirir: ”Təbii ki, Tamerlan Əsədullayevin həbs olunmasını atası Şərif Əsədullayev xahiş edib. Dərhal polis orqanları ilə əlaqə saxlayıb. Atanın öz doğma övladının törətdiyi hadisəni gizlətməmək onun qanunun aliliyinə hörmətini göstərir. Bu fakt azərbaycanlı məmurdan digər məmurlara bir nümunədir”.

Xahiş edərdim ki, Çingiz Qənizadə mətbuata bildirsin ki, əgər general Ş.Əsədullayev “məmurlara nümunə göstərib” polisdən oğlunun həbs olunmasını xahiş etməsə, Tamerlanı polisə təhvil verməsə onun haqqında hər hansı bir tədbir görülməyəcəkdimi?

Hər şeydə əndazənı gözləmək gözəl şeydir. Zənnimcə “YARINMAQ İSTƏYƏRKƏN YANMAQ” buna deyərlər.

Heç kimə, məni özünə qatı düşmən sayan birisinə də bala problemi arzulamaram. Ancaq bildiyim odur ki, bu cür problemlərin olmaması üçün başqaların haqqını tapdalamayın, insanlara zülm etməyin! Bilin ki, hər haqsız addımınızın hökmən cavabı olacaq!

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Serbiya baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi

Next Post

Dağlıq Qarabağda yaşamış azərbaycanlılar öz evlərinə qayıtmalıdırlar

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Dağlıq Qarabağda yaşamış azərbaycanlılar öz evlərinə qayıtmalıdırlar

İlham Əliyev Tatarıstan prezidentini qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.