"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti – Koalisiya – FOTOSESSİYA

22 Aprel 2015 - 12:07
in GÜNDƏM
5e80f7429297488a18545f598149f7e7Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Bakı-xəbər” qəzetinin təşkilatçılığı ilə “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib.

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, “Bakı-2015” Birinci Avropa Oyunları Avropa qitəsinin həyatında əlamətdar bir hadisədir. O, Azərbaycanın Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazır olduğunu, ancaq bəzi xarici qüvvələrin və onların Azərbaycandakı əlaltılarının “qara piar” apardıqlarını qeyd edib. R. Qonaqov “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılacağını nəzərə çatdırıb.

 

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfael Becanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin bu oyunlarla bağlı yüksək səviyyədə hazırlıq işləri gördüyünü söyləyib. R. Becanov yarışlara 6 min idmançının qatılacağını, yarışları on minlərlə insanın izləyəcəyini, 2 min jurnalistin tədbiri işıqlandıracağını xatırladıb və bunun ölkənin inkişafı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir fürsət olduğunu söyləyib. O, indiyə qədər Birinci Avropa Oyunlarına hazırlıqla bağlı 960 milyon manat xərcləndiyini, guya 8 milyard manat xərcləndiyi barədə yayılan təxribat xarakterli məlumatların əsassız olduğunu vurğulayıb. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın gözdən salınmasına çalışan qüvvələrin olduğunu diqqətə çatdıran R. Becanov “Amnesty İnternational” kimi beynəlxalq təşkilatların həmişə qərəzli mövqe ortaya qoyduğunu bildirib: “ Azərbaycanda “beşinci kolon”a çevrilmək istəyənlər və “beşinci kolon”a çevrilmək istəməyənlər bölgüsü var. Xaricdəki müəyyən qüvvələr “beşinci kolon”a çevrilmək istəyənləri müdafiə edir və onları müstəqil QHT, müstəqil media kimi qələmə verirlər ”.

 

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycanın müstəqil siyasət yürütməsini, bir müsəlman ölkəsi kimi uğurlara imza atan ölkə kimi görmək istəməyən qüvvələr olduğunu bildirib: “Birinci Avropa Oyunlarına qısqanclıqla yanaşanlar bu oyunlar zamanı Azərbaycanın inkişafının, tolerant, demokratik ölkə olduğunun görünməsini istəməzdilər. Bu oyunlar Azərbaycanın dost və müttəfiqlərinin artırılmasında mühüm rol oynayacaq. Bəzi beynəlxalq QHT-lər və media qurumları özlərinə ölkəmizdə tərəfdaşlar taparaq Azərbaycanı gözdən salmağa çalışırlar. QHT-lərimiz və media orqanlarımız vətəndaş mövqeyindən çıxış edərək, həqiqətlərimizi və uğurlarımızı dünyaya çatdırmalı, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan həmin qüvvələrinin cəhdlərini neytrallaşdırmalıdır”.

 

QHT Forumunun prezidenti Rauf Zeyni QHT-lər və media qurumlarının bir araya gəldiyi “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılmasını dəstəklədiklərini vurğulayıb. Millət vəkili Aqil AbbasAzərbaycanı gözdən salmaq kampaniyasının nəticə verməyəcəyini söyləyib: “Necə olur ki, Azərbaycanda maliyyələşənlər satqınlar, xaricdən, tutaq ki, Soros Fondundan maliyyələşənlər müstəqil, vətənpərvər olur”.

 

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı I Avropa Oyunlarının beynəlxalq idman bayramı olduğunu deyib: “Bu tədbirdən siyasi məqsəd, daha doğrusu, Azərbaycana təzyiq üçün istifadə etmək istəyənlər var. Məncə, qurulan koalisiya da daha çox bu istəkdə olanlara cavab verməli, onların niyyətlərini ifşa etməlidir”.

 

V. Mahirqızı bildirib ki, insan hüquqları hər bir ölkə üçün önəmli məsələdir: “Azərbaycan üçün də insan haqları xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim bir milyondan artıq insanımızın təməl hüququ, öz doğma ata-baba yurdunda yaşamaq hüququ pozulub. Bu gün Azərbaycanı ittiham edən beynəlxalq təşkilatlar heç olmasa bir dəfə bununla bağlı bəyanat səsləndirsəydilər, başqa bəyanatları da az-çox səmimi görünərdi. Amma indi məqsədin istənilən beynəlxalq səviyyəli tədbirdən istifadə edərək, ölkəyə təzyiq etmək olduğu aydındır”.

 

V. Mahirqızı Azərbaycan jurnalistlərini, vətəndaş cəmiyyəti təmsilçilərini xarici mediada və sosial şəbəkələrdə aktiv olmağa çağırıb.

 

Millət vəkili Çingiz Qənizadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Els” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova və digər tədbir iştirakçıları Koalisiyanın yaradılmasını dəstəkləyiblər.

 

Tədbirdə aparıcı QHT-lər və media orqanları “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşdiklərini elan ediblər. Koalisiya adından yayılan bəyanatda bildirilir ki, Koalisiyanın əsas məqsədi Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə ölkə daxilində obyektiv məlumatlandırma işinin aparılması nəzərdə tutulur. Eyni zamanda Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant  və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görüləcək. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda qadın çadrasını ataraq şəhərdə çılpaq gəzdi – VİDEO (16+)

Next Post

Prezident Heydər Əliyev adına İdman Sarayında olub

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Prezident Heydər Əliyev adına İdman Sarayında olub

“Bu gün əsas düşmənimiz İŞİD-dir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.