"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyevlə Ərdoğan Atatürkün yaxtasında şam edəcək – FOTOLAR

23 Aprel 2015 - 16:07
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

777777777777777
Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Ölkə başçısı səfər zamanı aprelin 24-də Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcək.
Virtualaz.org saytı Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, sabah keçiriləcək tədbirlərdən sonra Bakı vaxtı ilə saat 21-də Ərdoğan qonaqlara “Savarona” gəmisində axşam yeməyi verəcək. Ziyafətə dövlət rəsmiləri və tədbirə dəvət olunan qonaqlar qatılacaq.
Yemək zamanı “Savarona” gəmisi Çanaqqala sahillərində hərəkət edəcək.
Bayram tədbirlərində bir çox dövlət rəsmilərindən əlavə prezidentlər də iştirak edəcək. İlham Əliyevdən başqa İraq prezidenti də mərasimə qatılacaq.
Yeni Zelandiya və Avstraliyanın baş nazirlərinin də tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, qonaqların gəzəcəyi və axşam yeməyi yeyəcəyi “Savarona” gəmisi Mustafa Kamal Atatürkün yaxtası kimi tanınır. Həmin gəmi hazırda İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab tərəfindən icarəyə götürülüb.
Qeyd edək ki, bu gəmi muzey kimi istifadə edilmək üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə verilmişdi. Sonradan Rza Zərraba məxsus “Royal Dənizçilik” şirkəti tərəfindən həftəsi 350 min avroya oliqarxlara kirayəyə verilir.
Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) 2013-cü ildə keçirilən iclasında “Savarona”nın alınıb Mədəniyyət və Turizm Nazirliyinə qaytarılması haqda qərar qəbul edilmişdi. Yaxtanın alınması işi TOBB rəhbərinin müavini və İstanbul Ticarət Birjası sədri Əli Kopuza tapşırılmışdı.
Ə.Kopuz Atatürkün yaxtasını 49 illiyinə kirayəyə götürən və işlətdiyi 25 ildən sonra xərcinin çox olması səbəbindən satmaq istəyən Qəhrəman Sadıqoğlu adlı iş adamından təxminən 7 milyon dollara alıb. Nazirlik yaxtadan muzey kimi istifadə etməli idi. Lakin o, sonradan icarəyə verilib.
Xatrıladaq ki, “Savarona” 1938-ci ildə Türkiyə hökuməti tərəfindən alınaraq Mustafa Kamal Atatürkə hədiyyə edilmişdi. O zamanlar vəziyyəti ağır olan və səhhəti günbəgün pisləşən Atatürk ölümündən əvvəl yaxtada yalnız altı həftə vaxt keçirə bilmişdi.
“Savarona” 1931-ci il, martın 28-də suya salınanda dünyanın ən böyük yaxtası idi. Hazırda da dünyada ən iri yaxtalardan biri sayılır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rafiq Əliyevin adı daha bir borc qalmaqalında…

Next Post

Tofiq Yaqublu azadlığa buraxılır – 7 günlüyə

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Tofiq Yaqublu azadlığa buraxılır - 7 günlüyə

«Müəyyən dövrdən sonra erməni tək qalacaq»

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.