"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

«Müəyyən dövrdən sonra erməni tək qalacaq»

23 Aprel 2015 - 17:49
in XƏBƏR LENTİ

11116034_441013069394153_1756272886_n (1)İnam Ata (Asif Ata): «Müəyyən dövrdən sonra erməni tək qalacaq»

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Xəyanətkarlıqda üstünlük görmək, onu bir qabiliyyət saymaq, mərdliyə, təmizliyə gülmək – budur ermənilərin sifəti” “Bunların ancaq və ancaq yerə-göyə sığmayan iddiası və həqarəti var.”

Tarixən xalqımıza qarşı düşmən olan ermənilər bu gün də öz məkrlərindən əl çəkməyiblər. Dünya mahiyyətcə siyasət, antiinsanilik üstə yaşadığından erməniçilik özünü rahat hiss etməkdədir. İnam Ata (Asif Ata) hesab edirdi ki, bu gedişlə erməninin sabahı olmayacaq. Mütləq Atayla bu Təmas ermənilərin sabahsızlığından bəhs edir.

İşıqlı Atalı,

Mütləqə İnam Ocağının Yükümlüsü

İşıqlı Atalı:

– Atayla bu təmasım erməni ruhsuzluğu, soysuzluğu barədədir. Əvvəlcə istərdim Atamız ermənilərin kökü, mənşəyi barədə fikrini desin.

İnam Ata:

– Ermənilər Fələstin xetləri ilə (yəhudilərə yaxındır) iranlıların birləşməsindən yaranıb. Əgər bunu bir az müasirləşdirsək, ermənilər yəhudilərlə farsların qarışığıdır. İndi onlarda şübhəsiz, yəhudi xarakteri ilə fars hərcayiliyi birləşib. Ümumən etnik cəhətcə ermənilər çox qarışıqdır. İrqləri müasir antropologiyaya görə, semit irqidir – «xüsusi irq»dir. İranlılar (farslar) Hind-Avropa irqinə aiddir. Deməli, burada iki irq birləşir. İrqi qarışıqlıq ermənilərin həyat tərzində də hiss olunur: yalançı dostluqlarında da, amansızlıqlarında da.

İşıqlı Atalı:

– Erməni «dövlətçiliyi», «Böyük Ermənistan» haqqında Ata fikri maraqlıdır.

İnam Ata:

– Ermənilərin dövlətçiliyi bircə dəfə olub. O da Roma imperiyası zamanı – II Tiqranın dövründə. II Tiqran Romanın pis vəziyyətindən istifadə eləyə bilib, öz ərazisini genişləndirdi. Ancaq bu «Böyük Ermənistan» cəmi 2 -3 il davam elədi. Roma sərkərdəsi Marsel həmin Tiqranı atının quyruğuna bağlayıb əsir gətirdi düz Romaya kimi. Bununla da ermənilərin «Böyük Ermənistan»ı dağıldı, Ermənistan Bizansın, İranın əsarəti altına düşdü. Anadoluda isə ermənilərin heç bir dövləti olmayıb. Orda yaxşı yaşayıblar. Ermənilərin heç vaxt vahid dövləti olmayıb. Ancaq sonradan Daşnaksütyun partiyasının təsiri ilə “müstəqil Ermənistan” yaratmaq eşqinə düşdülər. Məqsədlərinə çatmaq üçün xəyanətə əl atdılar, xəyanətdən bəhrələndilər. Rusiyanı dəvət elədilər ki, erməniyə muxtariyyət versin. Nəticədə Türkiyə ilə əlaqələr pisləşdi. Türklər xəyanətə görə onları Anadoludan qovdu və cəzalandırdı. Ancaq xüsusi «erməni genosidi» olmayıb. Bəli, erməni özünün bədbəxtliyindən bəhrələnmək istədi. Bəli, soyqırımı yox idi, ancaq xəyanətə görə ermənilər Anadoludan çıxartmaq vardı. Bu hadisədən sonra ermənilər Avropaya çox yayıldılar. Sərmayəçiliyə görə yəhudilərdən sonra ikinci yerdədirlər. Ermənilər sərmayəçiliyə görə, demək olar, üstünlüyə nail ola bildilər, lobbilər düzəltdilər.

İşıqlı Atalı:

– Erməni xəyanətkarlığı, erməni Səhlliyi haqqında Ata fikri.

İnam Ata:

– Xəyanətlə amansızlıq ermənidə birləşir. Hələliik erməninin iştahı «Böyük Ermənistan»a daxil olan Anadolu, Qarabağ, Gürcüstanın Şimali Qafqaz hissəsini birləşdirmək, böyük ölkə yaratmaqdır – «dənizdən dənizə». Habelə Naxçıvan. Təbii ki, bu, dünyanı bölmək ideyasıdır. Ancaq erməni nə qədər sağdır, bu ideyadan əl çəkməyəcək. Erməninin ən böyük fəlakəti ondadır ki, o, öz məqsədinə müxənnətlik, namərdlk yoluyla çatmaqdan çəkinmir. O, xəyanətkarlığı bir üstünlük hesab edir. Xəyanətkarlıqda üstünlük görmək, onu bir qabiliyyət saymaq, mərdliyə, təmizliyə gülmək – budur ermənilərin sifəti. Hədsiz dərəcədə ləyaqətsiz və eyni zamanda mənəviyyatsızlıqdan bəhrələnən. Zaman da, dövr də mənəviyyatsız olduğu üçün ermənilər başqa ölkələrdə yaşaya bilirlər və üstünlük əldə edə bilirlər: mənəviyyatsız adamlar mənəviyyatsız ölkələrdə üstünlük əldə edə bilirlər. Səhl bu nöqteyi-nəzərdən ən yaxşı nümunədir erməni mənəviyyatsızlığına. Babəki satdı, xəyanətdən bəhrələndi, çoxlu pul qazandı. Baqratilər sülaləsinin başçısı oldu, rütbə aldı. Sonradan da tarixən Azərbaycana münasibətdə bu cəhət özünü ermənilərdə bariz şəkildə göstərdi. Ermənilər Qorbaçovu pulla ələ aldılar. Qorbaçov bilmədi ki, azərbaycanlılar onlara belə güc göstərərlər. Nəhayət, müasir dövr insanilikdən uzaq olduğu üçün ermənilər öz üstünlüklərini saxlaya bilirlər.

İşıqlı Atalı:

-Erməni sənətkarlığı haqqında tarixən çoxlu uydurmalar olub. Sovet dövründə bu mif daha güclü idi…

İnam Ata:

-Erməni sənətkarlığında qeyri-adi heç nə yoxdur. Erməni sərmayəçiliyinin yanında erməni sənətkarlığı bir heçdir. Təbii ki, hər xalqın yaxşı adamları var, habelə rəssamı, yazıçısı, musiqiçii… Ancaq erməni bununla heç vaxt fərqlənməyib. Erməni həmişə mahiyyətcə başqaları üçün pul kisəsi olub – mommonizmə əsaslanıb. O ki qaldı ayaqqabı tikən, memar erməni; bunlar adi şeylərdir. Erməni pulçudur və xəyanətdən, satqınlıqdan bəhrələnəndir. Neçə illər idi ki, onlar Bakıda yaşayırdılar – yaxşı evlərdə. Vəzifələri var idi. Az qala hər bir müəssisə direktorunun yanında bir erməni qadını var idi ki, bu da direktoru işçilərə qarşı çevirə bilirdi…

İşıqlı Atalı:

-Ata, «erməni ədəbiyyatı»ndan da çox danışırlar. Şübhəsiz ki, bunu ilk növbədə ermənilər özləri şişirdirlər. Ancaq ümumən erməni ədəbiyyatı varmı?

İnam Ata:

-Erməni ədəbiyyatında nə Nizami, nə Nəsimi, nə də Füzuli var. Bu ədəbiyyatda bir neçə «dahi» var: Sayat Nova, Tumanyan… Sözün əsl mənasında dahisi olmayan ədəbiyyat ədəbiyyat deyil. Neçə əsrdir erməni yaşayır, bir nəfər də olsun, dahi verməyib. Heç dünya dinində də erməninin yeri yoxdur. Əslində ermənilən nə Şərqdən Şərqdirlər, nə də Qərbdən Qərbdirlər. Erməninin nə Zərdüştü var, nə muğamatı var, nə də sazı var. Bu millətin ancaq və ancaq yerə-göyə sığmayan iddiası və həqarəti var. İnanmıram bu millətin gələcəyinə. Çox paxıl xalqdır. İddiaçı şəxs, yaxud xalq iddiasına çatmadıqda həsəd, paxıllıq onu yandırır.

İşıqlı Atalı:

-Şübhəsiz, bu sıradan erməni musiqisi də yoxdur…

İnam Ata:

-«Erməni musiqisi» deyilən bir şey varsa, bu, ümumən türk musiqisi, habelə Azərbaycan musiqisi və fars musiqisindən ibarətdir. Erməninin elə bir musiqisi yoxdur. Xaçaturyanları var, Artunyanları var… Bunlar beşgünlük bəstəkarlardır. Ermənilərin «Koroğlu» kimi operaları yoxdur. Onların heç Koroğluları da olmayıb. Heç kəs də onlardan qorxub-eləmir. Əgər bəşər dəyişəcəksə, erməninin sabahı yoxdur. Yox, əgər bəşər belə qalacaqsa, onda ermənilər həmişəlikdir. Ancaq bəşər dəyişəcək, biz istədiyimiz kimi olacaq. Çünki artıq Mütləqə İnam Dünyabaxışı var.

İşıqlı Atalı:

– Erməni rəssamlığından da sovet dövründə çox danışırdılar…

İnam Ata:

-Eməni rəssamlığında onların göyə qaldırdıqları M.Saryan Avropa impressionizminin davamçısıdır. Ancaq Saryan Səttar Bəhlulzadə ola bilməz. Ermənilər istədilər Saryanı dünyəvi sənətkara çevirsinlər, hardasa Pikasso səviyyəsində. Ermənistanda hə, olar. Ancaq Saryan impressionizm dairəsindən çıxa bilmir. İmpressionizm yeniliyidir onun çəkdiyi. İmpressionizmin də az yaşı yoxdur. Bir əsrlik yaşı var az qala.

İşıqlı Atalı:

-Bu gün erməni məkrinin daşıyıcıları elə üzdə olan erməni ziyalılarıdır.

İnam Ata:

-Erməni ziyalısı – mənim tanıdığım şairlər, alimlər yaradıcılıq və xəyanət vasitəsilə «Böyük Ermənistan» ideyasının carçılarıdır. Silva Kaputikyan da budur, Ambarsumyan da budur, Zori Balayan da. Bunlar «Böyük Ermənistan» ideyasının cəfəng olmasına inanmaq istəmirlər və erməniləri başqa xalqlara nifrət etdirmək halından çəkinmirlər. Ümumən ermənilərdə həqiqətə yer yoxdur. Bir sözlə, erməni ziyalısının səviyyəsi siyasət səviyyəsidir, həqiqət səviyyəsi deyil. Ermənilər üçün Qarabağ məsələsi «Böyük Ermənistan» məsələsinin əhəmiyyətli bir hissəsidir. Burada Azərbaycan Türklərinə nifrətlə yanaşı Azərbaycanın da nüfuzunu aşağı salmaq məsələsi var. Erməninin dünyada mövqeyi sərmayəçilikdir. Pul kisəsi, xəyanət kanı olmaq; hər ikisi dünyanın halına uyğundur. Bəli, dünya xəyanəti pisləyir. Əslində isə siyasətdə xəyanət yaşayır. Xəyanətlə dünyanın məhəbbətini qazanmaq olmaz. Bu səbəbdən də erməninin dostu yoxdur. Ona görə də müəyyən dövrdən sonra erməni tək qalacaq. Bu, mənə gün kimi aydındır.

İşıqlı Atalı:

-Erməninin gələcəyini Ata necə görür?

İnam Ata:

-Erməninin gələcəyi yoxdur. «Böyük Ermənistan» ideyası puçdur. Dünyanı erməniyə görə heç kəs bölməyəcək.

 

Aim.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tofiq Yaqublu azadlığa buraxılır – 7 günlüyə

Next Post

Liviyanın xarici işlər naziri Azərbaycana gələcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Liviyanın xarici işlər naziri Azərbaycana gələcək

“ABŞ Transxəzər qaz kəmərinin inşasını dəstəkləyir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.