"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Omaba Ərdoğanın telefonunu açmır – Türkiyə gündəmi

04 Avqust 2014 - 19:44
in SİYASƏT MANŞET

Xaricdə yaşayan Türkiyə vətəndaşları AKP-nin yaratdığı süni əngəllərdənimg1613301 şikayətçidir; Kılıçdaroğlu Ərdoğanı Hitler və Mussoliniyə bənzətdi; Fətullah Güləndən tərəfdarlarına “Əkməl” tapşırığı

Türkiyə tarixində ilk dəfə keçiriləcək prezident seçkilərinə 5 gün qalsa da ölkədən kənarda olan vətəndaşların səsvermə kampaniyası artıq bitib. Türkiyə Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, iyulun 31-dən avqustun 3-dək xaricdə yaşayan 2 milyon 784 min vətəndaş üçün 54 ölkədəki 103 diplomatik nümayəndəlikdə səsvermə imkanı yaradılıb. Əgər seçki ilk mərhələdə başa çatmayıb ikinci mərhələyə qalsa, xaricdə yaşayan vətəndaşlara avqustun 17-20-də yenidən belə bir imkan yaradılacaq.
Türkiyə seçki qanunlarına görə, xaricdəki səsvermə qutuları hər üç namizədin nümayəndəsinin iştirakı ilə möhürlənərək avqustun 10-dək Türkiyəyə göndərilməlidir. Hökumət üzvləri xaricdəki seçicilərin seçkiyə marağının azlığından şikayət etsələr də vətəndaşlar buna seçki prosedurunun çətinləşdirilməsinin səbəb olduğunu deyir. Almaniyada yaşayan vətəndaşlar bildirib ki, seçki qanununa edilən son dəyişikliklərə görə, vətəndaşlar seçki məntəqələrinin təyin etdikləri gündə səs verə bilər. Bu isə bir sıra çətinliklər yaradır. Avropa qaydalarına görə iş yerindən ayrılmalı vətəndaşlar bir həftə öncə bu haqda şirkətə yazılı müraciət etməlidir. Xaricdəki seçki komissiyaları isə vətəndaşlara bildirişi səsvermə gününə 3-5 gün qalmış göndərib. Zamanlamadakı süni əngəllər səsvermə faizinin aşağı düşməsinə səbəb olub. Türkiyə mediası yazır ki, ölkədən kənarda olan seçicilərin çoxu əməkçi miqrantlardır. Onlar müxalifətin elektoratı sayılır.
Müxalifətin də seçki hazırlıqları davam edir. Professor Ekmeleddin İhsanoğlunun Tokatdakı təbliğat mitinqində çıxış edən Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlu AKP iqtidarını xalqın bütün təpkilərinə baxmayaraq dövlətin bütün imkanlarını AKP namizədinin xeyrinə istifadə etməkdə suçlayıb:“Dövlətin valisi, əmniyyət müdiri, polisi, məmurları Ərdoğanın qələbəsi üçün işlədilir. Türkiyənin bugünkü tablosu 1940-cı illərin Almaniyasını, Mussolininin İtaliyasını yada salır. Orada da hər tərəfdə diktatorları rəsmləri olurdu. Hara baxsan, Ərdoğanın təbliğat plakatlarıdır. Büdcənin pulu ilə təbliğat qurur. Biz dövlətə vergini ona görə veririk ki, Ərdoğan özünə təbliğat kampaniyası qursun?  Belə bir seçimin ədalətli keçdiyini söyləmək olarmı? ”
Bir qəzetçinin sualı ilə İŞİD haqqında danışan Kılıçdaroğlu deyib ki, terror qruplaşması təkcə 49 Türkiyə vətəndaşını deyil, Türkiyə baş nazirini də girov götürüb: “İŞİD Türkiyə bayrağını endirdi, baş nazir susdu, vətəndaşlarımızı girov götürdü, baş nazir susdu. Hələ də İŞİD-a “terror qrupu” demir. Əslində İŞİD bir nəfərimizi də girov götürüb – Rəcəb Tayyib Ərdoğanı.  Mosul konsulluğumuza niyə zamanında boşaldılmadı, xəbərdarlıq edildiyi halda hökumət niyə təslim oldu, Türkiyənin heysiyyətin nədən ayaqlar altına atıldı? Ortada bir sövdələşmə var, danışıqlar var, biz bunu bilirik. Biz İŞİD-in əlinə silahları Rəcəb Tayyib Ərdoğanın verdiyini də bilirik. Onun türkmənlərə yardım getməsi haqqında dedikləri isə ağ yalandır. AKP utanmadan “Ərdoğan – bir dünya lideri” şüarı səsləndirir. Ölkəsinin etibarını yox edən bir şəxs necə dünya lideri ola bilər? Ərdoğan yalqız qalmış bir lideridir. O, dünyanın ələ saldığı, yalan söyləməkdə tayı-bərabəri olmayan bir liderdir”.
****
Avqustun 4-də ABŞ-da mühacirətdə olan Fətullah Gülən uzun müddətlik sükutunu pozub. “Gülən” sonuncu dəfə 17 dekabr Böyük Rüşvət Əməliyyatından sonra videomüraciət yayaraq “paralel dövlət” yaratması ilə bağlı iddialara qarğış yağdırmaqla cavab vermişdi. Son videomüraciətində F.Gülən deyib ki, həftəlik moizələrini davam etdirəcək: “Şeytan davamlı olaraq önümüzə çıxır, “sizə söylənənlərə qarşı ancaq süsacaqsınız?” sualı ilə bizi təhdid edir.  Bizə “paralel” dedilər, bizə “vampir” dedilər. Həqiqətən bəziləri millətin qanını içir, milləti qansız qoyur. Biz də deyirik ki, kim paraleldirsə, kim vampirdirsə, Allah onun min bəlasını versin, vampirlərin evinə atəş salsın, yuvalarını başlarına yıxsın. Kim hörgütdürsə, kim silahlı hörgütdürsə, kim millətə pislik etmək istəyirsə, kim millətin haqqı olan bir arpa qədər haram yeyibsə, Allah onun bəlasını versin”.
Fətullah Gülən çıxışında müxalifətin “çatı adayı” Ekmeledin İhsanoğlu haqqında övgü ilə danışıb. Türkiyə mediası yazır ki, bu sözlər hərəkat liderinin seçki günü tərəfdarlarına açıq təlimatıdır: “Hər halımızla, hər davranışımızla, imai-ekmel, ehsani-ekmek, ihlasi-ekmel, rızayi-ekmel, yakini-ekmel deməliyik. ”
*   *   *  *
Ötən gün Türkiyə mediasının ən çox tirajladığı xəbərsə professor İhsanoğlunun xanımı Füsun İhsanoğlunun “Hürriyət” qəzetinə müsahibəsi olub. Seçki kampaniyası boyu həyat yoldaşı ilə Türkiyəni dolaşan Füsun İhsanoğlu insanların təpkisindən məmnunluğunu ifadə etsə də, AKP-nin seçki taktikasını  “sözün bitdiyi yer” adlandırıb: “Belə bir kampaniyanı heç gözləmirdim. Mənim ailəmdən önəmli siyasətçilər çıxıb. Onların siyasət dili hər zaman dövlət ərkanına uyğun olub. mən Ərdoğanın danışdığı dili anlamıram. Türkiyənin ən yüksək vəzifəsi uğrunda bir yarışma gedir. Bu yarışmaya qatılanlar nəzakəti heç əskik etməməlidirlər. Bizim hörmətli Ərdoğan ailəsi ilə dostluğumuz onun bələdiyyə başqanı olduğu dönəmlərdən başlayır. Nə dəyişib – bunu anlaya bilmirəm. Biz yenə eyni insanlarıq, sayğıda qüsur etmərik. Bizim aldığımız ailə tərbiyəsi bunu vacib edir. Hər gün eşitdiyim sözlərə görə çox üzülürəm”.
Füsun İhsanoğlu “Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan haqqında nə düşünürsünüz” sualına sözlə yox, üz cizgiləri ilə üzüldüyünü ifadə edərək cavab verib.
*   *   *   *
 
ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın telefonlarına cavab vermir. Türkiyə telekanallarından birində canlı yayıma çıxan baş nazir deyib ki, bu səbəbdən ABŞ vitse-prezidenti Co Baydenlə danışmaq məcburiyyətində qalır. Baş nazir deyib ki, prezident Abdullah Güldən Obama ilə telefon danışığında bir sıra məsələləri müzakirə etməsini istəyib. Ancaq prezident Gül bu təklifi qəbul etməyib. Ərdoğanın sözlərinə görə, Gül Obamaya zəng etməsini uyğun görmədiyini deyib. Siyasi şərhçilər bu xəbəri yorumlayarkən yazır ki, Obama ilə Türkiyə rəhbərliyi arasında soyuq münasibətlər Türkiyənin Fələstin, İraq, Misir siyasətinə görə ola bilər. ABŞ-ın bu siyasətin tamamilə əksi olan siyasət yürütdüyü bəllidir. Obamanın Türkiyə liderləri ilə telefon danışığında əsas müzakirə mövzusunun Orta Doğu olacağı şübhəsizdir. Görünür, Obama Ərdoğanın telefonlarına cavab verməməklə ABŞ-ın xarici siyasətində hər hansı yeniliklər etmək fikrində olmadığına diqqət çəkmək istəyib. Onu da vurğulayaq ki, bir müddət öncə ABŞ və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin Fələstin məsələsinə görə fikir ayrılığı diplomatik qalmaqal səviyyəsinə yüksəlmişdi.
Onu da vurğulayaq ki, 2012-ci ilə qədər Vaşiqntonla Ankara arasında çox isti münasibətlər vardı. Obama “Time” dərgisinə müsahibəsində Ərdoğanı dünyada etibar etdiyi 5 liderdən biri saydığını demişdi. Demək olar, ayda bir dəfədən az olmayan telefon danışıqları, ildə bir neçə dəfə qarşılıqlı görüşlər liderlərin münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisi idi.
Ancaq “Gəzi Parkı” olaylarında AKP-nin vətəndaşlara adekvat olmayan güc tətbiq etməsi, Misirdə “müsəlman qardaşlar” iqtidarına fərqli münasibət, 17 dekabr əməliyyatından sonra ABŞ-a qarşı bir sıra ittihamların səslənməsi iki ölkə arasında münasibətlərin soyumasına səbəb olub.
Ekspertlər onu da bildirir ki, iki ölkənin münasibətlərindəki soyuqluq hələ bir müddət sürə bilər. Ancaq Barak Obamanın səlahiyyət müddəti bitən Gülə “vida zəng” etməsi də gözləniləndir.
Bu məsələdə diqqət çəkən daha bir fakt var – ABŞ xarici siyasət idarəsi 10 avqust seçkiləri ilə bağlı geniş açıqlamalar verməyib. Yalnız dövlət katibi Con Kerri medianın suallarını cavablandırarkən “kim seçilərsə, Vaşinqton onunla işləməyi davam etdirəcək” ifadələrini səsləndirib.
Aygün Muradxanlı

 

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Baş verənlərə görə baş qərargah rəisi Nəcməddin Sadıkov birbaşa məsuliyyət daşıyır” – Sərdar Həmidov

Next Post

Çində ölənlərin sayı 381-ə çatdı

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Çində ölənlərin sayı 381-ə çatdı

Keylor Navas "Real Madrid"də - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.