"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı deputat: “Arda Turan və Məsud Özilə görə…” – MÜSAHİBƏ

28 Aprel 2015 - 17:06
in CƏMİYYƏT

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Teleqraf.com millət vəkili Əli Məsimli ilə müsahibəni təqdim edir.  

 

– Əli müəllim, uzun müddət ciddi vəzifələrdə çalışmışınız, indi də millət vəkilisiniz. Heç sosial statusunuzun sizi bir insan kimi narahat etdiyi olubmu? Bəzən deyirlər ki, vəzifə insanı sıxır.
– İndiyəcən mən hansı vəzifədə tutduğumdan asılı olmayaraq, həmişə iş yerimdən çıxan kimi, bütün parametrlər üzrə xalqa qarışa bildiyimdən, heç vaxt belə bir sıxıntım olmayıb, indi də yoxdur. İstər nazir, istər baş nazir vəzifəsi daşıyanda hər şeyi öz gözlərimlə görməkdən ötrü xalqın arasında daha çox olmağa üstünlük verirdim. Bakının mərkəzindən ”Əhmədli”yə qardaşımgilə metro ilə gedən vaxtlarım olurdu. Avtobusdan da istifadə edirdim. Dükan-bazara gedir, təchizatın nə yerdə olduğunu, qiymətlərin necə dəyişdiyini özüm müşahidə edirdim.
– İndi necədi?
– İndi də tez-tez dükan-bazara gedir, o cür müşahidələrimi davam etdirirəm. Mənim həyatım çox şəffafdır. Özümü xalqın sıravi bir nümayəndəsi hesab edirəm. Bu cür zehniyat sahibi olanda, həyat və fəaliyyətin  şəffaf olanda cəmiyyət üçün daha çox iş görmək istəyi öndə olur…və  sıxıntıya yer qalmır.
– Şəkinin deputatısınız, axırıncı dəfə nə vaxt orda olmusunuz? Təəssüratlarınız maraqlıdır.

– Şəki mənim bala vətənimdi, onun hər qarışı mənim uşaqlıq illərinin xatirə və təəssüratıdır…  Mən Şəkiyə istirahət üçün yox, oranın üç deputatından biri kimi, həm tədbirlərədə iştirak etmək, həm də seçicilərlə görüşmək üçün gedirəm. Şəkiyə istirahət üçün getmədiyimdən, təəssüratım barədə danışsam quru çıxar. Hansısa  tədbirlərdə iştirak elədim, sonra sərhəd bölgəsində həlak olan şəhidimizin hüzr yerlərinə getdim, sonra qazlaşdırılma gedən, yol çəkilən kənddə işin gedişi ilə tanış oldum və sair. Mənim təəssüratım bu.
– Aşıq ədəbiyyatı ilə aranız necədir? Xoşunuza gələn aşıqlar kimlərdir?
– Aşıq ədəbiyyatı bizim şifahi xalq ədəbiyyatımızın, milli dəyərimizin, çox mühüm tərkib hissəsidir, milli mənsubiyyətimizin lakmus kağızıdır. Bu xalq aşıq Abdulalar, Sarı Aşıqlar, Aşıq Alılar, Xəstə Qasımlar, Aşıq Ələsgərlər, Aşıq Cümələr yetişdirən xalqdır. Saz havası ruhumu oxşayır. Gördüklərimdən Aşıq Ədalət saz sənətinin zirvəsidir. Eşitdiklərimdən Aşıq Şakirin oxumasından xoşum gələrdi.
– İndi… 
– İndi də bu sənəti qoruyub inkişaf etdirmək istəyən sənətkarlarımız var, amma  ümumilikdə götürəndə bəzən aşıq sənətini aşağı ayarlı şoudan ayırmaq çox çətin…
– Heç futbola baxırsınız? Hansı komandalara azarkeşlik edirsiniz?
– Futbol mənim həyatımın mühüm tərkib hissəsidir. Həm məşğul olmuşam, həm də azarkeşəm. “Neftçi”yə fanatikcəsinə azarkeşlik eləmişəm. Bununla yanaşı “Qarabağ” da azarkeşlik edirəm.
– Türkiyə futbolu…
– Türkiyə komandalarından daha çox “Qalatasaray”, ”Beşiktaş” və “Fənərbaxça”nın oyunlarını izləyirəm. Xarici komandalara gəldikdə isə daha çox yaxşı oyuna azarkeşlik edirəm. Bu da daha çox özünü “Barselona”, Münhenin “Bavariya”, Madridin “Real” komandalarının oyunlarına baxmaqla futbolu istirahətimin əsas amillərindən birinə çevirmişəm. Subyektiv hisslərim də olur. Necə oyun nümayış etdirməsindən asılı olmayaraq, komandada türk futbolçu olanda, məsələn, Arda Turana görə “Atletiko” Madridin, Məsud Özilə görə isə “Arsenal”ın qələbəsini arazulayıram.
– Milli komandalar necə?
– Yığma komandalara gəldikdə təbii ki, Azərbaycan və Türkiyə komandalarına azarkeşlik edirəm.
– Kitaba gələk, heç dəfələrlə oxuduğunuz kitab olub? Hansıdır? 
– Mən əvvəlcə kitabı sürətlə oxuyuram, diqqətimi çəkən məqamların sanbalından və sayından asılı olaraq xoşuma gəldisə, əməlli-başlı şəkildə təkrar oxuyuram. Amma daha çox elmi ədəbiyyat oxuyuram.
– Bəzən adamlar olur, deyir, mən son qəpiyimi çörəyə yox, kitaba verirəm. Bu cür insanların səmimiyyətinə inanırsınız? Sizcə, mümkündür, son qəpiyini kitaba verəsən? Yoxsa, insanlar yalan danışır.
– Əvvəllər bəlkə də, mümkün idi, çünki qəpiklərə kitab almaq mümkün olurdu. İndi qəpiyə kitab satmırlar. Mən hər ay kitabxanam üçün kitab mağazasından nəsə alıram, ortabab bir kitab 10-15-20 manata satılır…
– Ədəbi prosesdə sizcə, vəziyyət necədir? Nəyəsə ümid eləmək olarmı? Yoxsa, sizin üçün maraqlı deyil.
– Ədəbi proses Azərbaycan cəmiyyətinin inikasıdır, cəmiyyət necədirsə, ədəbi proses də elədir. Bir də ki, baxır hansı prizmadan baxırsan. Prizmanın bir bucağından baxanda durğunluq, digərindən baxanda qeyri-müəyyənlik və həmin qeyri-müəyyənliyin içində bir inkişaf da sezilir. Ona görə mən pessimist deyiləm. Həm də ümid sonda ölür deyərlər. Amma hələ son deyil, ona görə də ümidlə yaşamağa dəyər.
– Azərbaycanda maraq göstərdiyiniz yazıçılar kimlərdir? Əkrəm Əylisli, Elçin Əfəndiyev, Anar, Kamal Abdulla, İsa Hüseynov, Mövlud Süleymanlı…
– Adlarını sadaladığınız  hər bir yazıçının ədəbiyyatımızda özünəməxsus yeri və rolu var. Əvvəllər həmin yazıçıları oxuyardım, amma indi qayğılar başqadır. Zəmanə elə gətirib ki, hadisə və proseslər elə sürətlə cərəyan edir ki, mən gündəlik aktual mövzulara daha operativ münasibət bildirdiyimdən, bəlkə də onlar iqtisadçı Əli Məsimlinin yazılarını daha çox oxumalı olur, televiziya çıxışlarını daha çox izləməli olur, nəinki mən onların.
– Hər halda adlarını sadaladığım yazıçılar haqqında bir münasibətiniz var. Yoxsa, o da yoxdur? 
– “Daş yuxu”lar görəndən sonra Əkrəm Əylisliyə münasibətim dəyişsə də, digərlərinə münasibətim yenə də yüksək səviyyədə qalmaqda davam edir. Elçin Əfəndiyev, Anar, Kamal Abdulla ilə tədbirlərdə görüşürük, şərait imkan verəndə, ayaqüstü olsa da, bir az hal-əhval tuturuq, hər birinə sayğılarım var.
– Heç şeir yazmısınız?
– Məncə, çox adam gəncliyinə şeir yazır və bir müddət buna aludə də olur və ona elə gəlir ki, dünyada həmin şeirlərdən gözəl şeirlər yoxdur, çünki həyatının hansısa nüanslarını əks etdirir. Amma aydın məsələdir ki, həmin şeirləri yüzdə 99-nun  sahibi şair olmur. Məsələn, mən əsgərlikdə avtoqəzada aldığım zədələrlə bağlı  bir  müddət hospitalda yatmalı oldum.
– Aha… 
– Vaxtımı keçirməkdən ötrü şeir də yazdım, mənzum şeir də, hekayə də… O vaxt mənə elə gəlirdi ki, çox gözəl şeirlərdi. Amma bir neçə ildən sonra yenidən baxanda maraqlı hisslər keçirməklə yanaşı həm də obyektiv dəyərlənmə edib gördüm ki, heç də belə deyil. Yaşa dolanda, kim hiss edə bilsə ki, həmin şeir adlandırılan yazılar potensialından çox aşağı səviyyədə yazılıb, amma indiki yaşında ondan yaxşısını da yaza bilməz, onda üzə çıxarmır. Bunu dərk eləməyənlər isə nəinki üzə çıxarır, hətta yürüdür də…
– Belə adamlar o qədərdir ki… 
– Görəndə ki, onun bu istedadı barədə  bir söz demirsən, onda özü soruşur ki, necədir? Sən də xətrinə dəyməmək üçün deyirsən ki, yaxşıdır. O da inanır. İnsan həyatın müxtəlif dövrlərində düşdüyü durumdan asılı olaraq şeir də yazar, hekayə də. Bu, təbii bir haldır. Bununla belə, məncə, hərə öz işi ilə məşğul olmalıdır, pis şair olmağa sərf edilən vaxtı yaxşı müəllim, həkim, mühəndis olmağa sərf etmək lazım. Çünki elə zamanda yaşayırıq ki, heç kim heç kimin kitabını oxumur.
– Əli müəllim, sizcə, ədəbiyyatın əsas missiyası nə olmalıdır? Ədəbiyyat cəmiyyətdə hansı rolu oynamalıdır? Ümumiyyətlə, ədəbiyyatın qarşısına hər hansı vəzifə, tələb qoymaq doğrudurmu?
– Qabaqlar adətən, belə sualları cavablandıranda, ”sosializm realizmi” deyərdilər. Belə cavab verəndə, “ura” ilə yüksək səviyyədə qarşılanardı. Amma belə suallar mənə həmişə çox primitiv və gülməli gəlib, indi də elədi.
– Niyə?
– Çünki mən kommunist təfəkküründən çox uzaq bir insanam. Yazıçı bəşəri və milli dəyərləri, əxlaq normalarını qorumaq şərti ilə cəmiyyəti, bəşəriyyəti düşündürən problem, təhlükə, meyllər və çağırışları öz təsəvvür süzgəcindən keçirməklə əsərlər yaradır. Hadisə və proseslərə belə yanaşan qələm sahibləri  məşhurlaşırlar. Bir qisminin də buna səviyyəsi çatmadığından, bir qayda olaraq məddahlıqla başını dolandırır. Bunu etməyənlər isə əziyyət içində yaşamaqda davam edirlər.
– Maraqlıdır, hansı mövzuda şeirlərdən xoşunuz gəlir: sevgi, vətən, müharibə, eşq, Allah… 
– Mənim şairə də, şeirə də böyük sayğım var, amma mən şeirə aludə adam deyiləm. Nizami, Füzuli, Nəsimi,Vahabzadə, Ramiz Rövşən kimi şairləri oxuyuram, sənətinə böyük hörmətim var. Amma məncə, artıq maşallah o qədər şairimiz var ki, dünyanın yarısına bəs edər. Nə qədər gec deyil indi dəqiq elmlərə diqqət vermək lazımdı. Yaxşı şair və yazıçıdan əlavə həm də yaxşı riyaziyyatçı, fizik, kimyaçıya daha çox ehtiyacımız olduğundan, Tusi, Zadə kimi öz sənətlərinin zirvəsinə çatan insanlara təbii rəğbətim var.
(davamı olacaq)
Kəramət Böyükçöl

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FƏZAİL AĞAMALI: Nə qədər ki, Con Kerri aparıcı mövqedə dayanır, ABŞ-ın antiazərbaycan siyasəti davam edəcək

Next Post

“Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir”

Putin:"Qərb SSRİ-nin olan-qalan gücünü də alıb apardı"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.