"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Onlara sərf etməyəndə öz maraqları çərçivəsində oynayırlar” – Əli Həsənov

28 Aprel 2015 - 21:15
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“SSRİ dağıldıqdan sonra müstəqillik əldə etməsi məqamında bəzi dövlətlərin bir-birinə qarşı yönələn ərazi iddialarının təməlində bir tərəfdən tarixən beyinlərində formalaşan “böyük dövlət” iddialar dayanırdısa, digər tərəfdən də regional güclərin bilərəkdən bu münaqişə ocaqlarını yaratması siyasəti vardı. SSRİ dağıldıqdan sonra belə münaqişə ocaqları Azərbaycan və Ermənistan arasında, Gürcüstanla  muxtar qurumları olan Abxaziya və Cənubi Osetiya arasında, Moldovada Dnestryanı, Ukraynada, Rusiyanın özündə və digər bölgələrdə yarandı. Biz 1992-ci ildə bu münaqişələrin təhlükəsi haqqında məsələni ilk dəfə ATƏT-in Helsinki sammitində, daha sonra 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1998-ci ildə isə İstanbul sammitlərində və sondakı tədbirlərdə qaldırmışıq, regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunmasının qeyri-mümkünlüyü barədə xəbərdarlıq etmişik”.
 
Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov III Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.
Ə. Həsənov xatırladıb ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası (TŞ) 4 dəfə toplanıb və Ermənistan əleyhinə qətnamələr qəbul edib. Qətnamələrin tələbləri Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi, qoşunları təmas xəttindən çəkilməsi, daha sonra iki dövlət arasında münaqişənin tam həlli barədə danışıqlar aparılması ilə bağlı olub: “Bunun üçün ATƏT-in Minsk Qrupu yaratdılar. Daha sonra xüsusi həmsədrlik institutu ilə ABŞ, Fransa və Rusiyanı daxil etdilər. Lakin Avropa və dünyada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi o 4 qətnamə həyata keçmədi. Buna görə də Dağlıq Qarabağ problemindən ruhlanan Abxaziya və Cənubi Osetiya münaqişəsi Gürcüstanın, Dnestryanı problemi Moldovanın ərazi bütövlüyünü təhdid elədi. Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiyanın öz ərazisində – Çeçenistanda, Dağıstanda etnik münaqişələr başlandı. Biz bir daha beynəlxalq aləmə bu məsələlərə prinsipial yanaşmaq lazım olması barədə çağırışlar etdik”.
Ə. Həsənov təəssüflə qeyd edib ki, nə BMT öz qərarlarının icrası üçün prinsipial addımlar atıb, nə də Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin, işğalın qarşısını alıb: “Nəticədə nə baş verdi? Nəticədə Ukrayna məsələsi oldu. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydi, bu münaqişələr yaşanmazdı”.
Ə. Həsənov deyib ki, müasir dünyada münaqişələrin həll edilməməsinin birinci səbəbi beynəlxalq hüquq normalarının pozulması və bu normalara əməl olunmasının BMT Təhlükəsiz Şurası tərəfindən prinsipal təmin olunmamasıdır: “1992-ci ildən bəri BMT TŞ-nın 4 qətnaməsi havadan asılı qaldığı halda, bir günün içində Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və icra edildi. Bir günün içində Misirə və Yuqoslaviyaya qoşun yeridildi. Deməli, söhbət ondan gedir ki, beynəlxalq güclər onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir və onun təmin olunması üçün hərəkətə keçirlər. Amma onlara sərf etməyəndə öz maraqları çərçivəsində oynayırlar. Bu oynamanın nəticəsində Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Prezident Azərbaycanı hər sahədə qalib görmək istəyir” – AÇIQLAMA

Next Post

“Qarabağ münaqişəsinin tezliklə həlli üçün BMT, Avropa İttifaqı və ATƏT təsirli addımlar atmalıdır”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

“Qarabağ münaqişəsinin tezliklə həlli üçün BMT, Avropa İttifaqı və ATƏT təsirli addımlar atmalıdır”

Neftimiz ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.