"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Albert Voskanyana açıq məktub

29 Aprel 2015 - 15:03
in KÖŞƏ YAZILARI

91000Asəf Quliyev

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Salam, Albert. 

Bilirəm, latın qrafikası ilə oxumaq sənə çətin olacaq, amma əminəm ki, məni yaxşı başa düşəcəksən. Həm də artıq öyrənmək lazımdır. 

Facebook səhifəndə paylaşdığın fotolardan belə başa düşürəm ki, pis deyilsən. Mən də pis deyiləm. Amma bundan daha yaxşı ola bilərdi hər şey. Sənin üçün də, sənin soydaşların üçün də, mənim üçün də, mənim soydaşlarım üçün də. Bu lənətə gəlmiş müharibə olmasaydı.

Dünən Facebook səhifəndə Qarabağdakı ofisinizin həyətində çəkdiyin tülpan fotolarını paylaşmışdın. Mənə çox maraqlı gəldi.

Təbiət cənnət Qarabağa çox gül-çiçək bəxş edib. Laləsi, nərgizi, bənövşəsi olub Qarabağın. Amma tülpan yox. Tülpan Qarabağa gəlmədir. Avropadan gətirilib. Tülpan gözəl görünə bilər. Amma təbiətin Qarabağa bəxş etdiyi güllərlə müqayisədə çox bəsitdir. Əminəm ki, sən özün də təbiətin Qarabağa bəxş etdiklərini daha gözəl, daha mükəmməl hesab edirsən. Avropadan, Amerikadan, Rusiyadan gələnlər və gətirilənlər Qarabağa gözəl gələcək vəd etmir. Əminəm ki, bunu sən də bilirsən. Elə isə Avropadan, Amerikadan, Rusiyadan gələnlərə və gətirilənlərə çox da bel bağlama.

Gül demişkən… Şuşada bir Gülü bağ vardı. Amma deyəsən indi yoxdu. Çox gözəl idi. Çünki təbii idi. Çünki Qarabağın idi…

Gül dedim… Razmik Petrosyanı tanıyırsan. Ona salam söylə. Yəqin fikirləşirsən ki, gül söhbəti hara, Razmik Petrosyan hara. Vitali Balasanyan demişdi ki, Razmik Petrosyan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarına gül aparır hərdən. Təbii Qarabağ gülləri. Baş verənlərə rəğmən onun köhnə dostluğa sadiq qalması hörmətə layiqdi. Dostluğa bu sədaqət də Avropadan, Amerikadan, Rusiyadan gəlməyib. Yəqin ki, bunu da bilirsən.

Sənin çəkdiyin tülpan fotolarını gördüm də yadıma düşən “Xarı bülbül” oldu. “Xarı bülbül” güldür. Təbiətin Qarabağa bəxş etdiyi gül. Adətən Cıdır düzünün quzeyində bitərdi. Deyilənə görə, dünyanın heç yerində bitmir. Hər halda onun haradasa bitdiyini sübut edən heç bir məlumata rast gəlməmişəm. Bu yaxınlarda Qax rayonunda görünüb. Vəssalam.

Bir xahişim var. Cıdır düzündə bitən “Xarı bülbül”ü tap, onun da şəklini çək. Tapa bilsən…

Tapa bilməsən çox axtarma. Demək ki, yoxdur. Amma vaxtı çatanda o da qayıdacaq. “Qafqazinfo”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstanda nazir istefa verdi

Next Post

Müdafiə nazirimizdən önəmli savaş mesajları… – VİDEO

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Müdafiə nazirimizdən önəmli savaş mesajları... - VİDEO

Millət vəkili: “ABŞ-da ciddi irqi ayrı-seçkilik mövcuddur” -MÜSAHİBƏ  

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.