"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müdafiə nazirimizdən önəmli savaş mesajları… – VİDEO

29 Aprel 2015 - 22:00
in FLƏŞ
zakir_hesenov.jpg
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olublar.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Zakir Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılan hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev mərasimdə çıxış edərək ölkə rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən xüsusi təyinatlılara göstərilən etimada görə minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin birləşmələrinin nümayəndələri qarşısında çıxış edərək müdafiə naziri bildirib: “Bu gün biz Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümünü qeyd edir və yeni yardılan hərbi birləşmələrə döyüş bayraqlarını təqdim edirik. Bu, qısa bir müddətdə düşmənə qarşı keçirilən uğurlu, parlaq fəaliyyətlərin nəticəsi olaraq, döyüşlərdə sınanmış xüsusi təyinatlılara ölkə rəhbərliyi tərəfindən verilən ən böyük qiymətdir.
Burada Vətəninə, xalqına sadiq, hər an torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan Azərbaycan övladları xidmət edir. Ordumuzun gücü şəxsi heyətin vətənpərvərliyində, qəhrəmanlığında və peşəkarlığındadır. Mən bu keyfiyyətləri Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətində görürəm.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır” sözləri qarşımızda mühüm vəzifələr qoyur. Bu vəzifələr bizim üçün bir hədəfdir.
 
Düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, onun xeyli sayda itkilərə məruz qalması, mənəvi-psixoloji vəziyyətinin sarsıdılması və müqavimətinin sındırlması ilə Ermənistanın hərbi-kriminal rejimi Silahlı Qüvvələrimizin gücünü və qüdrətini hiss etdi.
Bununla da düşmənin əməliyyat və fəaliyyət imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa çatdırıldı.
Bu gün əminliklə bəyan edirik ki, Ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələnib. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik. Bu mərhələdə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin rolunu qeyd etmək vacibdir.
İndi isə qarşımızda daha vacib – ikinci mərhələ dayanır: düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail olacağıq. Buna heç kim şübhə etməsin.
Hamımız Ali Baş Komandanın əmrinə daim hazır olmalıyıq. Bunun üçün Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığı səviyyəsini durmadan daha da artırır. Azərbaycan xalqı, dövlət rəhbərliyi Silahlı Qüvvələrimizə, o cümlədən xüsusi təyinatlılarımıza inanır, fəaliyyətinizə yüksək qiymət verir və sizinlə fəxr edir.
Biz də öz növbəmizdə bu yüksək etimadı doğrultmağa daim hazır olmalıyıq. Bir daha sizi təbrik edərək xidmətinizdə uğurlar arzulayıram”.
Sonra hərbi xidmətdə fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub. Hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Təntənəli mərasimdən sonra xüsusi təyinatlılar soyuq və atıcı silahların istifadəsi, helikopter və avtomobillə pusquya qarşı fəaliyyət, yaxın döyüşdə tapşırıqların icrası üzrə müxtəlif fəndləri məharətlə icra ediblər.

“İndi qarşımızda daha vacib – ikinci mərhələ dayanır: düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək!”

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Albert Voskanyana açıq məktub

Next Post

Millət vəkili: “ABŞ-da ciddi irqi ayrı-seçkilik mövcuddur” -MÜSAHİBƏ  

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Millət vəkili: “ABŞ-da ciddi irqi ayrı-seçkilik mövcuddur” -MÜSAHİBƏ  

Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib -FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.