
ABŞ Konqresinə “Türkiyə-Ermənistan münasibətlərinin, gələcək 100 ildə iki ölkənin ortaq maraqlarına əsaslanan konstruktiv, sabit və möhkəm istiqamətdə inkişafına çağıran” qətnamə layihəsi təqdim olunub.
Avropa.info xəbər verir ki, Nümayəndələr Palatasının Respublikaçılardan olan Pete Sessions tərəfindən hazırlanmış “H.RES.226” nömrəli layihə, dünən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilib.
Obama administrasiyasının 2009-cu ildən bu yana Türkiyə ilə Ermənistan arasındakı münasibətləri inkişaf etdirmək üçün çalışdığı bildirilən layihədə, ABŞ prezidentinin iki ölkə arasında münasibətlərin qısa zamanda düzələcəyini gözlədiyini, amma bunun heç bir nəticə vermədiyi vurğulanır.
Layihədə Obamadan Türkiyə-Ermənistan münasibətlərini qaydaya salınması üçün, fəaliyyətə keçmək tələb edilir.
Qeyd edək ki, bir müddət öncə də, Respublikaçı Partiyasının Floridadan olan konqresmeni Kurt Klavson Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi yönündə qətnamə layihəsi hazırlamışdı.



