
Pakistanda gənc fəal Malala Yusufzayı yaralayan 10 nəfərlik qrupun üzvləri ömürlük həbs cəzasına məhkum edilib.
Avropa.info xəbər verir ki, Malala Yusufzaya qarşı təşkil olunan sui-qəsdlə bağlı açılan cinayət işi məhkəmənin hücumda iştirak edən Taliban qruplaşmasının 10 üzvünün ömürlük azadlıqdan məhrum edilməsi ilə yekunlaşıb.
Pakistan ordusu keçən ilin sentyabr ayında Malala Yusufzaya qarşı sui-qəsd həyata keçirmək istəyən “Zəfər İqbal” alı 10 nəfərlik qrupun Şimali Vəziristanda həbs olunduğunu açıqlamışdı.
Qeyd edək ki, Pakistanda qızların məktəbə getməsi üçün verdiyi mübarizə səbəbilə Talibanın hədəfinə çevrilən Malala Yusufzay 2012-ci ilin oktyabr ayının 9-da silahlı hücum nəticəsində başından və boynundan yaralanmışdı.



