"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Üç günəşli adamlar

01 May 2015 - 10:04
in MƏDƏNİYYƏT

c6fd53ac9529ff07ef51276a2abaae65Kulis bu yaxınlarda 56 yaşını qeyd edən şair İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

İlham Qəhrəmanın özü ilə də, sözü ilə də iki min ildir ki, tanışam. Təəccüb etməyin, İlhamı doğrudan da keçən minillikdən tanıyıram. Şeir, müsahibə, tərtibatçılıq kimi müxtəlif janr və sahələrlə bağlı üç kitabına ön söz yazmışam.

İlham milli ənənələrə bağlı şairdir, amma təqlidçi yox, özünəməxsusdur və bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq, orijinal ruhlu şeirlər yazmaq olar; onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir və buna görə də yaddaqalandır; poetik dilinin xəlqiliyi baxımından onunla kimisə müqayisə etmək isə ümumən mümkünsüzdür – bu, artıq İlhamın stixiyasıdır; fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun və forma özəlliyidir.

Bütün sadaladığım xüsusiyyətləri İlhamın sizə təqdim etdiyim bu son şeirlərində də görürəm. Bu şeirlərində də İlham mövzu ampluası tanımır – sevgi şeirləri də yazır, bəzən kəskin səciyyə alan sosial-siyasi mövzuya da, vətənpərvərlik lirikasına da üz tutur, fəlsəfi düşüncələrə də meyllənir… Amma əvvəlkilərlə müqayisədə bu şeirlərdə bir fərq aydın görünür – səsin amplitudasının maksimum düşməsi. Və bunun öz yerini səssiz düşüncə axarına verməsi. Bu şeirlər, musiqiçilərin diliylə desək, artıq bir gəncin bəzən pərdədən çıxan şaqraq zəngulələri deyil, durub-toxtamış, səsi tam oturuşmuş bir xanəndənin incə boğazlar, ustalıq tələb edən qaynatmalarla şərtlənən mükəmməl, püxtə ifasıdır. Bu şeirlər göstərir ki, Puşkin düz deməyib, nəinki 26, hətta 56 yaşda da şair qalmaq mümkündür. 

Yaş söhbətini elə-belə salmadım, dünən – aprelin 24-ü  çağdaş Azərbaycan şeirində təkrarsız üslubu və özünəməxsus xarakteri ilə seçilən İlham Qəhrəmanın doğum günü idi. Şair dostuma uğurlar arzu edir, onun ürəkdən gələn duyğularının oxucuların qəlbinə yol tapacağına inanıram.

Əsəd Cahangir

 

TƏK

 

Bir düzün ortasında, bitən

ağac kimi təkəm, telli balam…

Mənim təkliyim yerdə

çəkdiyim ahdan,

Göydə Allahdan gəlir,

telli balam.

 

Kim bilir başıma

nə gəldi, telli balam?!

Təklər bu dünyada

tək əldi, telli balam.

 

Sevinc göz yaşında boğulur,

Kədərin çiçəyi çırtdayıb,

kədərim gülüşür,

telli balam.

Bütün qəmli mahnılar

təkliyin səsidi,

qəmli mahnılar sümüyümə düşür,

telli balam!

 

İtsəm məni necə nişan verərsən,

Necə soraq edərsən, telli balam?!

Heç kimin qəlbinə dəyməyən,

qəlbi ipək adamı,

Ürəyi sözə pətək adamı,

Adamların arasında

tək adamı, necə soraq edərsən,

telli balam?!

 

Təkəm, telli balam, –

tək səbir kimi,

Şamaxı yolundakı

tək qəbir kimi!

Belə tək olan

tək mənəm,

Bu təkliyimlə

görk mənəm, telli balam!

 

09.11.2014

 

lll

 

Canım, telli balam,

Hissim torpaq kimi

Əsirdi, ilhaqdı.

Hər yerdən görünür, –

Mənim yurd həsrətim

Yol kimi çılpaqdı.

 

17.09.2014

 

 

PORTRET

 

Masanın üstündə,

Əli əlinin üstündə,

Çənəsi əllərinin üstündə,

Pəncərədən uzaq məchul nöqtəyə

gözündə bir sualla baxmaq –

Görəsən nə vaxt?

 

12.10.2013

 

 

YAXŞIDI

 

Yardan ayrılanda zar-zar ağlayan,

Yarının böyrünü kəsə yaxşıdı.

Bir adam yol ala səfər eyləyə,

Tələsə tez çatsın kəsə yaxşıdı.

 

Səvabdı şirin söz xalqa dadırmaq,

Günahdı hav günü qıraqda durmaq.

Qələm hüzurunda qulluqda durmaq,

Tanrıdan vergili kəsə yaxşıdı.

 

Yazda çiçək aça, payız bar tökə,

Allah var tökəndə o ki var tökə…

Axşamdan başlaya narın qar tökə,

Səhər açılanda kəsə yaxşıdı.

 

05.02.2015

 

 

SƏHƏNGDƏKİ QARPIZIN NAĞILI

 

(uşaqlar üçün)

 

Körpə vaxtı qış axşamları

Nənəm yığıb uşaqları

Bir şirin nağıl başlardı.

Nağılın yarısında

diqqətimiz üzülər,

bizi mürgü tutardı.

Nənəm tez ortalığa

belə bir söz atardı –

Kim yatsa,

səhəngdəki qarpızı kəsəcəyik…

Qarpızın yuxu dağıtmağına əvəz yox!

Bundan sonra ilan vuran yatardı,

biz yox!

 

Qarpızın yolunu

gözlədə-gözlədə

Bizə nağıl söylər,

tapmaca satardılar.

Səhəngdəki qarpızı nənəm

özünə şərik qoşardı –

Nağılın mürgüyə qədərini nənəm,

Mürgüdən sonrasını qarpız danışardı.

 

Nağıllar bitərdi,

Səhəngdəki qarpız kəsilməzdi.

Ümidimiz sabahkı

nağıl axşamına qalardı,

ümidimiz əskilməzdi.

 

Qışın nağıl gecələri…

Evimizin isti sobası,

Pəncərədən sallanan

sal buz yadıma düşür.

O vaxtdan harda

qarpız görsəm səhəng,

Səhəng görsəm

qarpız yadıma düşür.

 

Xatirələr boyunbağıdı

Bu gün bir muncuğun bağı qaçıb.

Bir sözlə səhəngdəki qarpız

Bizə çox nağıl danışıb,

Başımıza çox nağıl açıb.

 

8 Mart 2015

Antalya hava alanı

 

 

ÇİÇƏKLƏR

 

Çiçəklər örüş yeridi,

iş yeridi arılara.

Çiçəklər səhnədi quşlara.

Çiçəklər “sevirəm!” deməkdi

bir bəy əlində.

“Sevilirəm!” deməkdi

bir xanım əlində.

Ən ağır günümüzdə

hamı bizi tərk edər,

Çiçəklər gecəni də

bizimlə qalar qəbrimizdə!

 

25.03.2015

 

 

ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ

 

Bu yola vaxtsız buruldun

Niyə belə tez yeridin?!

Ağacın alt budağıydın,

Əlimiz çatan yer idin.

 

Yığışıb yazarların

Küçəsindən getmisən.

Səni sevən dostların

Kisəsindən getmisən.

 

Haqqı-salam sənlə idi

Haqqı-salamın itməzdi,

Sucuq yerdən ot yaşılı,

Səndən xoş sifət getməzdi.

 

Sən ki, orda yaxındasan

Bizdən pıçılda Tanrıya.

Qapın məscid qapısıydı

Açıq olardı hamıya.

 

Bakının ortasında

hər səni görəndə

Adamı vurardı kəndin ətiri.

Yanına gələni əyləşdirərdin

Qızlara deyərdin bir çay gətirin.

 

Sən baxan səmtə baxanda

Başda Vətən gəlir, –

Kür, Araz, Həkəri görünür.

Siqareti külqabına qoyub

Aldığın salamın yeri görünür.

 

…Birər-birər gəzdim bu dağı,

Dərəsi, təpəsi, tapı qalmadı.

Ağac yıxılanda səmtinə aşar

Səndən sonra bizə aşacaq yer,

Açılacaq qapı qalmadı.

 

06.04.2015

 

 

ACI ŞEİRLƏR

SİVİL CƏZA

 

Cəza cürbəcür olur, telli balam,

Baş üzəni, əl üzəni…

Cəza da var sivildi,

Sadəcə adamı

adam yanında qızardır, telli balam –

Layiq olanın haqqını

layiq olmayana vermək

birincinin yanında

ikinciyə verilən cəzadı, telli balam.

 

10.03.2015

Sabiha Gökçen

 

 

GÜNƏŞİ ÜÇ ADAMLAR

 

Hər adam sən deyən deyil,

telli balam,

Hər adamın açılacaq qapısı,

dönəcək dönəlgəsi olmur.

 

Elə adam var,

telli balam,

Sacayaq kimi göydə günəşi üçdü,

yerdə kölgəsi olmur!

 

11.03.2015

 

 

QURBAN YAQUBOĞLUNA

 

Kim halından halı bilər

Bu halı haldan olmuşun?!

Nə sağı haraya yetər,

Nə solu, soldan olmuşun.

 

Həsrət sevgi sazağıdı,

Əriməyən buz dağıdı.

Bizim dağlar göz dağıdı.

Yox yolu yoldan olmuşun.

 

Sel çayda həşir qoparır,

Dalğalar enir, qabarır…

Həm körpünü sel aparır,

Həm salı saldan olmuşun!

 

18.07.2014

Nabran

 

525.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rokfeller ürəyini “dəyişdirdi“

Next Post

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Eks KQB agenti: “SSRİ-də generallar belə savaşırdı…”

"ABŞ və Səudiyyə yəmənliləri ona görə qırırlar ki..."- MÜSAHİBƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.