“AXCP sədri Əli Kərimli deyib ki, onun mitinqinə guya 50 000 adam gəlir. Bu fikirdən sonra insanda belə qənaət yaranır ki, artıq Əli Kərimli foksla məşğul olur. Bu adamın keçiritdiyi “mitinq-şousu”nda, jurnalistlərlə birlikdə 800-1000-dən artıq adam iştirak etmir”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
BAXCP rəsmisinin sözlərinə görə, mitinqə gələnlər də müxalifətin öz partiya mənsubları və onların yaxın qohum-əqrabaları olur: “Bunu bütün ictimaiyyət və beynəlxalq təşkilatlar da görür. Bu qədər ağ yalanı ancaq Əli Kərimli deyə bilər. Əli Kərimli ayda 3 dəfə mitinq keçirir. Bu mitinqlərlə o Qərb və bəzi beynəlxalq təşkilatlara aldığı qrantların mitinqlərə xərcləndiyini göstərir. Eyni zamanda, bu, özünün “ana müxalifət” kimi təqdimatından başqa bir şey deyil. Ümumilikdə isə Kərimlinin çabaları özünün ifşasına yönəlir. Mitinqə icazə verilmədikdə isə bundan daha böyük siyasi şou düzəldir…”



