"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təndirxana qurbanları: 13 şübhəli ölüm…

05 May 2015 - 12:50
in XƏBƏR LENTİ

Təndirxana qurbanları: 13 şübhəli ölüm...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Asya Akbulut, Nazimə Salan, Aslı Ebinç, Fatmanur Tosun, Necla Nazlıcan, Leyla Bədir, Makbulə Hazan, Elif Arman, Kadriyə Çırak, Zeynəb Almanar, Sevcan Dolan, İclal Tavukçu, Rəbiyə Saba. Bu adlar Türkiyədə son iki ay ərzində silahla və asaraq özünü öldürmüş qadın və qızların adlarıdır.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Van bölgəsində 2 ay ərzində 13 gənc qadın bir-birinin ardınca şübhəli şəkildə dünyasını dəyişib. Mart-aprel ayında baş verən ölümlər intihar və qəza hadisəsi kimi qeydə alınıb.
Lakin qadın təşkilatlarının nümayəndələri və sosioloqlar qızların özlərini öldürməsini gizli cinayət kimi dəyərləndirirlər. Çünki ailələrdə intihara sürükləyən səbəblər az deyil.
13 şübhəli ölümü araşdıran nümayəndələr hər evdə eyni cümlə ilə qarşılaşıb: “Heç bir problemi yox idi”. Ancaq, yerli qadın təşkilatları problemin olduğunu, ölüm faktlarının hər birinin bilavasitə bir cinayət olduğunu bildirir. İntihar etmiş qadınların içində 13-15 yaşında ərə veriləni də var, təhsil alma imkanı əlindən alınanı da…
Əslində silsilə intiharların ilki 10 fevralda baş verib. Van Yüzüncü İl universitetinin tələbəsi qaldığı qızlar yataqxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Ağır yaralanan 19 yaşlı qız həkimlərin köməyilə sağ qaldı. Bu universitet tələbəsi həyata döndü, ancaq “intihar” deyilən qadın və qız uşaqlarının şübhəli ölümlərinə sanki bir cığır açdı. Sadəcə son 2 ayda mətbuata sızan 13 intihar hadisəsində cəsədlərin 8-i asılmış, 5-i silahla vurulmuş halda tapılıb. Bu ölümlərin 4-ü Van mərkəzindən 60 kilometr aralıda yerləşən Özalp rayonunda qeydə alınıb.
Bu qadınların əksəriyyətinin ölüm yeri təndirxana olub. Onlar intihar etmək üçün ən sakit yer olan təndirxananı seçiblər.
Leyla 8-ci sinifdən sonra məktəbə getmək istəməyib. Anasının və bacısının sözlərinə görə özü oxumaq istəməyib. İntihar etdiyi gün anası ilə söhbət edib. 11-ci uşağa hamilə olan anası qızına yuxuda öz qəbrini qazdığını gördüyünü danışıb. Leyla anasının yuxusunu dinlədikdən sonra, sakitcə təndirə gedib və özünü asıb.
Leylanın atası qızının ölümündən 2 gün əvvəl öz evlərinin təndirxanasında asaraq intihar edən 25 yaşlı Kədriyə Çırakın yasına getmişdi. Evə döndüyündə bu intihardan çox danışıb. Ailə Leylanın bu söhbətlərdən təsirlənmiş ola biləcəyini söyləyir. Evin az qala bütün iş yükünü çiyinlərinə alan Leyla, 11-ci uşağını dünyaya gətirmək üzrə olan anasının halına çox acıyırmış. “Sən xəstəsən, işləyə bilmirsən” deyirmiş. Anası deyir ki, son günlər pəncərədən çölə, dağlara doğru baxırmış…
Kadriyə Çırak 25 yaşında idi. Lisey məzunu idi. Ailə kasıb yaşamayıb, hətta yaşadıqları kənddə zəngin ailə kimi tanınırlar. Özünə aid otağı, kitabları, bir sözlə hər şeyi varmış. Anasının dediyinə görə, son zamanlar “çox sıxılıram” deyirmiş…
27 yaşlı Asya Akbulut Gürpınar rayonunda yaşayırdı. O da özünü təndir bişirdikləri yerdə asıb öldürmüşdü. İntihar hadisəsi martın 6-da baş vermişdi. Uşaq yaşlarında əmisinin oğluna ərə verilən Asya, illərdir zorakılıq görüb. Başqa şəhərdə işləyən əri, evə müəyyən vaxtlarda gəlirmiş. Ərindən təcavüz görən gənc qadın ata evinə geri dönmək istəsə də, ailə buna qarşı çıxıb. Atasının “Bura gəlirsə öldürərəm” dediyini eşidib. Anası isə “Atan əminlə dava edər, bir birini öldürərlər. Səbəb də sən olarsan” deyib.
Ölümündən iki gün əvvəl də ata evinə gedib, amma ər evinə geri qaytarılıb. Bir daha evdən qaçmasın deyə, ər evində bağlı qapı arxasında saxlanılıb. Pəncərədən tullanıb qaçmağı bacarıb, cansız bədəni təndirxanada asılı halda tapılıb.
Ölmüş qadınların evlərini ziyarət edən qadın dərnəklərinin üzvləri və sosioloq deyirlər ki, qızları intihar edən ailə üzvlər sanki rahatlanmış kimi görünürdülər…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ağdamda tutulan erməni kəşfiyyatçı 15 il müddətinə azadlıqdan məhrum edilib

Next Post

Ərdoğan Putindən ucuz qaz almağa nail oldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan Putindən ucuz qaz almağa nail oldu

Robespyersayağı davranışlar və Atatürkün mesajı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.