İgid TEYMURLU
BERNARD ŞOUNUN PADAREVSKİLƏRİYLƏ AVROPA BİRLİYİNİN KODLAŞMIŞ MƏZMUNU
Böyük ingilis yazıçısı BERNARD ŞOU Amerikaya getmək istəməməyinin səbəbini belə izah edirmiş: “Mən bu ölkədəki “Azadlıq” heykəlini görmək istəmirəm. Çünki mən bütün əsərlərimi adətən istehzalı bir tərzdə yazmışam. Ancaq belə bir şey qətiyyən ağlıma gəlməmişdi – Amerikada “Azadlıq” heykəli!? Yoox, yoox, canım, mənim istehzalarım qətiyyən buna çatmaz…”…
Şah İsmayıl zamanından ta bu günədək 30 dəfədən də artıq kiçilən Azərbaycan bu gün “sivil, demokratik” adlandırdığımız dünyada DƏRDLƏRİYLƏ baş-başa qalıb. Xaricdən ixrac olunan “demokratiya, söz özgürlüyü” adı altında qarşılıqlı yardım prinsipiylə DƏRDLƏRİMİZə çarə bulacaq kimi görünənlərsə öz havalarını çalmaqda, təəssüflər olsun ki, bizlər də bu səsin həzin sədaları altında qol götürüb şıdırğı oynamaqdayıq. Və bu oyun uzun çəkdiyindən deyəsən ARİF PAŞA demişkən “artıq bu adamların deməyə sözləri də yoxdur”. Dəliliyi demokratiya donunda görən PARANOİK SİYASƏTBAZLARla işim yox, ancaq hörmət bəslədiyim və daim məmləkətimizin sabahı naminə yazılarından nəsə öyrəndiyim elm adamlarının, qələm sahiblərinin müəyyən məsələlərə yanaşmalarındakı ROBESPYERSAYAĞI DAVRANIŞlar adama təsir edir. Tarixçi alim, dostum, qardaşım DİLAVƏR BƏY ƏZİMLİnin cəmiyyəti Amerikaya tapınma meylləri üzərində kökləmə cəhdi də bu qəbildəndir…
Və bu “kökləmə cəhdi” ürək ağrısıyla yada saldığımız İTKİLƏRİMİZdən olan “ŞUŞA XƏYANƏTİ” ilə bağlı yazacağım yazının leytmotivini tamamilə dəyişdirdi. Millətə xitabən “ABŞ-la QOZ-QOZ OYNAMAQ TƏHLÜKƏLİDİR” mesayını verən Dilavər bəy bu mübarizədə “HƏLƏ BALACAYIQ” deyir. Belə yanaşmaya münasibət bildirməsəm çox sevdiyim tarix müəllimim HEYBƏT GÜLÜMOVun üzünə baxa bilmərəm. Elə DİLAVƏR ƏZİMLİnin də. Axı Dilavər bəy özü israrla vurğulayır ki, “ƏDALƏTLİ OLUN”. Olaq da…
Bəli, mən də razıyam ki, pul-para, güc haradadırsa, həqiqətdə deyil, ancaq indiki anlamda olan haqq da oradadır. Ol səbəbdəndir ki, torpaqlarımız işğal olunsa da, əzab-əziyyətə göz yumaraq yeyəcəklərimizi, içəcəklərimizi, geyəcəklərimizi 27 ildən də artıq müddətdə bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizlə bölüşsək də, dünya əhəmiyyətli tarixi abidələrimiz yerlə-yeksan edilsə belə və bütün bunların müqabilində hələ də sülh çağırışlarıyla çıxış etsək də, həmin “sivil, demokratik dünya” öz işindədir – susmaqdadır. Bəlkə də bunun nəticəsindəndir ki, sosial-demokratlardan olan ARAZ ƏLİZADƏnin bu günlərdə qeyd etdiyi oğru tapıntısı əslində ötən 27 ilimizin əsas kredosuna çevrilmişdi – hər şeydə günahkar olaraq özümüzü görmüş, hər zaman günahkarları özümüz ört-basdır etmişik. Heç şübhəsiz ki, baş verən olaylarda içərimizdən olan ayrı-ayrı şəxslərin günahı olub. Sadə məntiqdən də bu, görünür: Şuşaya gedən yol Laçından keçirsə və Laçın da bizim əlimizdədirsə, ONDA Şuşa NƏDƏN demək olar ki, mühasirədə qalmış ermənilərə təslim olur? NƏDƏN “rusun SU-25-ni qaçıranlar” Xocalı aeroportunu elə həmin qırıcılarla nəzarətə götürə bilmirdilər? NƏDƏN çox şeylərə cavab verməli olan Rəhim Qazıyevin, Leyla Yunusun, Elbrus Orucovun, Nəcməddin Sadıqovun, Dadaş Rzayevin, Zaur Rzayevin, Füzuli Rzaquliyevin, Şuşa rayon icra başçısının, icma rəhbərinin sirr dolu gəmiləri “etibarlı limanlar”a yan alıb?..Bu kateqoriyadan olan suallar saysız-hesabsızdır və bunlar da ayrı bir yazının mövzusudur ki, bizləri “hələ balacayıq” yanaşmasına olan münasibətdən uzaq salır…
Elə buna görə də hörmətli Dilavər bəyə bir XATIRLATMA: Mete Xaqanımızın Çinə yürüşü zamanı türklərə nisbətdə çinlilərin dəhşətli sayda çox olduğunu görən onun vəziri “nə düşünürsən, əfəndim?” –deyə sual edir. Vəzirə cavabında Ulu Xaqanımız soyuqqanlı bir tərzdə “mən bu qədər çinlini hara basdıracağam?”- deyir. Dilavər bəyin “balacayıq” qənaətinə də Ulu Xaqanımızın yanaşmasını sərgiləməliyik. Biz “balaca” deyilik, Bizi öz BÖYÜKLÜYÜMÜZdən, TÜRKÇÜLÜYÜMÜZdən uzaqlaşdıranlar var. ƏGƏR bu gün dünya çapındakı strateyi mübarizəmiz konseptual şəkildə ortalığa qoyularsa, onda YEDDİ TÜRK DÖVLƏTİ (Türkiyə, Azərbaycan, Quzey Kipr, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) ilə yanaşı Güney Azərbaycan üstəgəl bügünkü Rusiya ərazisində olan daha 15 CÜMHURİYYƏTi, Doğu Türküstanı və bizə elə öz türklərimiz qədər daha sıcaq münasibətdə olan Pakistan timsallı islam ölkələrini bir yerə toplamağın tam zamanı. Yaradaq TÜRK BİRLİYİNİ. Dərdlərimizə çarə bulmaq üçün Avropanın Hürüşən İtlərinə verdiyimiz payın qarşılığında öz türk və müsəlman qardaşlarımızla birlik nümayiş etdirsəydik, bu 27 ildə çox şeylər əldə olunardı. 1965-ci ildən Avropa Birliyinin qapısında mağmuncasına boyun buran Türkiyə hələ də HELMUT KOLun “Avropa Birliyi xristian evidir” açıqlamasını eşitmək, birlikdəki dövlətlərin sayları 20-ni adlasa da, 12 həvari şərəfinə dalğalanan Avropa bayraqlarının kodlaşmış məzmununu görmək istəmir. Əgər söhbət müharibədən gedirsə, onda ilk nöbədə informasiya resursları, sonrasa digər sahələr hərbi rels üzərinə çıxarılmalıdır. Bunu danmaq lazım deyil ki, məhz AXC-Müsavat cütlüyünün naşılığı ucbatından iç problemimizin həllini BÖYÜK AZƏRBAYCANın qanına yerikləyənlərin əlinə verdik. Və indi də həmin kəslər bizlərə hansısa demokratiyadan, hansısa insan haqlarından dəm vururlar – ancaq bir milyon azərbaycanlının acı taleyinə biganə qalıb, əxlaqsızcasına onu siyasi abortun predmetinə çevirirlər. Axı Bernard Şou öz zamanında bu adamların “demokratiyaları”na istehza edib. İndi gör biz nə gündəyik ki, hələ də Bernardın zamanında ilişib qalmışıq, özü də gerçəkliyə üzləşdiyimiz sitəmlərin fonunda deyil, ATƏT-n donuna bürünən BÜTLƏRin siyasi ehtirasları cuşə gətirən füsunkarlıqları təqdimatından çıxış edərək qiymət veririk. Amerikalı smİTLƏRin bizlərə verəcəyi Azadlıq onların uğrunda vuruşduqları qədərdir. Bu “qədər”dəsə bizim arzuladığımız xoş gələcək yoxdur. Axı kimdir bu Amerika, Fransa, Rusiya ki, bunlar bizə itirilmiş tarixi torpaqlatrımızı qaytara? Həmin tarixi torpaqlarımız elə bu üçlüyün əliylə param-parça edilməyibmi? Bəşər tarixində ən qanlı olayların, soyqırımların müəllifləri elə bu trionun da daxil olduğu xor kapellası olmayıbmı?
YERİ GƏLMİŞKƏN, elə bu yerdə taleyüklü məsələlərimizin həllini etibar etdiyimiz Amerika, Fransa, Rusiya “demokratiyası”nın insan qanına hamiləliyi və elə həmin bətndə gizlədilən QOCA TARİXİN SİNƏSİNƏ VURULAN YARALARı da xatırlatmaq lap yerinə düşər: Öncə AMERİKAdan başlayaq.
– Amerikanlar qitənin kəşfindən sonra 400 il müddətdə 75 MİLYON HİNDUnu qətl edib, onların tarixini yer üzündən silmək üçün “qırmızıdərililər”in müqəddəs sandıqları məkanın üstündə özlərinə bugünkü AĞ EVi ucaltdılar. Hinduların Nigaran Ruhları bu gün də Ağ Evin divarları altında inləməkdədir;
– Amerika ona olan xarici borcunu ödəyə bilmədiyinə görə DOMİNİKİ işğal edib, 30 MİN İNSANI qətlə yetirdi, ta 1965-ci ilə kimi də bu dövlətin daxili siyasətinə tüpürməklə öz kuklalarını həmin dövlətin başında oturtdu;
– Yenə də həmin xarici borcu ödəyə bilməyən Meksikada 1846-cı ildə amerikan emissarlar 20 MİN İNSANı qətlə yetirdilər;
– Materikin kəşfindən sonra 400 ildə Afrika Amerikanın ucbatından 90 MİLYON insanını itirdi. Afrikadan Amerikaya 15 MİLYON KÖLƏ gətirildi. Karib adalarının əhalisinin tam 90 faizi kölələşdirildi;
– Amerika 1973-cü ildə Pinoçeti hakimiyyətə gətirərək onun əliylə Çilidə yüz minlərlə adamı işgəncələrə məruz qoydu;
– Cənubi Koreyaya olan işğal zamanında amerikalıların əliylə 500 MİN adam öldürüldü, 600 MİNDƏN yuxarı adamsa yaralandı;
– İkinci dünya müharibəsi zamanında 1945-ci il 6-9 avqustda Xirosima və Naqasakiyə atılan atom bombasıyla Amerika 400 MİN İNSANı məhv etdi və indinin özünədək o yerlər həmin dəhşətin acılarını yaşamaqdadır;
– Öz mövqelərini Vyetnamda möhkəmləndirmək üçün 1955-1975-ci illərdə 1 MİLYON 500 MİN insanı Amerika “uf” demədən qətlə yetirdi;
– 1956-1959-cu illərdə Kubada reyimin əliylə Amerika 60 MİN İNSANI məhv etdi;
– Dünyanın neft ehtiyatlarına yiyələnmək və türklərin ən qədim Şumer mədəniyyətlərinin tarixini yer üzündən silmək üçün İraqda 2 MİLYON 500 MİN İNSAN məhv edildi…..
FRANSAnın ƏLCƏZAİRDƏ 1,5 milyon insanı qətlə yetirməsi heç də uzaq tarixin xronikası deyil. Üstəgəl ermənilər tərəfindən türklərə qarşı törədilən bütün çirkin olayların altında Fransa dövlətinin də adı var. RUSİYAnın 1933-cü ildə Doğu Türküstan İslam Cümhuriyyətində, Ahıska türklərinə, çərkəzlərə, çeçenlərə, azərbaycanlılara qarşı törətdiyi soyqırım, millətlərin deportasiyası, Vilnüsdə, Tiflisdə, Azərbaycanda, Abxaziyada düzənlədiyi qanlı olayların şahidləri hələ sağdır….
Bütün bunları sadalamaqda məqsədim ondan ibarətdir ki, biz bir millət olaraq öz iç problemimizin həllini belə yırtıcı xislətlilərə həvalə etməklə həm də məhvimizə qol çəkmiş oluruq. Təqdim olunanlar həm də Dilavər bəyin vurğuladığı “ədalətli” olmağın fakturasında öz əksini tapan bəndlərin bir qisminin təzahürüdür. Nə yazıq ki, hələ də məmləkət əhli bir-birini döyəcləməklə “vətəndaş” ola bilməməyimizin sirrini açanlar tək davranırlar. Belə VƏTƏNDAŞLIQ EŞQİSƏ FACİƏVİ SƏRSƏMLİYƏ GƏTİRİB ÇIXARIR. BÜTÜN BUNLAR BİR YANLIŞDIR CƏNABLAR!..
Deyilənlər mənim istehzam olmasa da, davranış gözəlliyimizdən belə görünür ki, deyəsən bizlər istehzalarla danışmağı, istehzalara dözməyi və onunla yaşamağı sevən millətik. Elə isə istehzaları artırmalıyıq ki, davranış gözəlliyimiz fərdi deyil, toplumsal xarakter alsın. Əks halda məmləkət əhli elə həmin Bernard Şounun qəhrəmanlarından olan PADAREVSKİNİ xatırladacaq. Bu, o Padarevskidir ki, həyatda nə bəstəkar olub, nə də skripka çalmağı bacarırmış. Ancaq nədənsə bu adam hər zaman və hər yerdə özünü işgüzar kimi göstərməyə çalışır və belə də qəbul edilirmiş….
P.S. “TÜRKLƏR ZAMANI GƏLƏNDƏ HƏRBİ SÜLHDƏN DAHA ÇOX SEVƏRLƏR”. Eheyyy, “sivil dünya”, kar qulağınla eşitdirsənmi!? Bunu ATATÜRK deyib, ATATÜRK – sizi insan qanına yerikləyən “demokratiya”nızda boğan və leşinizi kürüyüb dənizlərə tökən ATATÜRK!!!




