"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı oliqarx super sualtı qayıq aldı – FOTOLAR

06 May 2015 - 14:01
in XƏBƏR LENTİ

Azərbaycanlı oliqarx super sualtı qayıq aldı - FOTOLAR

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ-ın “DeepFlight” şirkəti bu gün elan edib ki, azərbaycanlı oliqarx və  gəmiçilik maqnatı Mübariz Mənsimovun “Palmarina Bodrum” şirkətinin sifarişi əsasında  “DeepFlight Super Falcon” yüksək sürətli özəl sualtı qayığını sifarişçiyə çatdırıb.
Virtualaz.org saytı şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan “DeepFlight” şirkəti həmin sualtı qayığı xüsusi sifariş əsasında istehsal edib.
Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə “sualtı qırıcı təyyarə” adı alıb.
Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.
“DeepFlight” şirkətinin qurucusu Qrem Houks bəyan edib: “Biz çox şadıq ki, “Palmarina Bodrum” “DeepFlight Super Falcon” sualtı qayığına malik olan ilk gəmiçilik şirkətidir. Yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malik olan “DeepFlight Super Falcon” sualtı qayığı Türkiyənin Bodrum sahillərinin gözəl suları altında müşahidə aparmaq üçün unikal imkanlar açır”.
“Palmarina Bodrum” şirkətinin baş direktoru Cenk Bircan isə “DeepFlight Super Falcon” sualtı qayığını qəbul etməkdən çox məmnun olduqlarını, şirkətin “Xazar Yıldızı” sualtı qayığı ilə birlikdə müştərilərə yüksək keyfiyyətli xidmət göstərəcəklərini bildirib.
““Palmarina Bodrum” artıq regionu dünyanın məşhur yelkənli qayıq mərkəzinə çevirib və gözləyirik ki, tezliklə sualtı qayıqlar üçün də misilsiz baza olacaq” – deyə Bircan bildirib
Bodrum sahillərindəki dəniz limanı 2011-ci ildə Mübariz Mənsimovun “Palmali Group” şirkəti tərəfindən alınıb və orada meqa-qiqa yaxtalar üçün liman yaradılıb. “Palmarina Bodrum” eyni vaxtda 620 gəmi qəbul edə bilir və uzunluğu 40 metrdən çox olan 70-dən çox meqa-yaxtaların orada lövbər salması üçün imkan var.
Ərəb şeyxlərinin, dünyanın məşhur milyarderlərinin, o cümlədən azərbaycanlı zənginlərin meqa-yaxtaları tez-tez Mənsimovun limanında yer alır. Limanda yeddiulduzlu istirahət və əyləncə kompleksi də yaradılıb.
“DeepFlight Super Falcon” sualtı qayıqlarını indiyədək milyarderlər alırdı. Onların arasında britaniyalı milyarder Riçard Brenson, “Red Bull”un təsisçisi Ditrix Mateşits, vençur kapitalisti Tom Perkins və digərləri var.
Qayığın qiyməti 1,7 milyon dollardan bir neçə milyon dollara qədər dəyişə bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sarkisyanın sarayına növbəti yürüş oldu

Next Post

Türkiyədə bina çöküb – Fəhlələr uçqun altında qalıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyədə bina çöküb - Fəhlələr uçqun altında qalıb

900 azərbaycanlı neftçi xarici şirkəti məhkəməyə verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.