"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Öldürülən qadınlar

07 May 2015 - 13:03
in KÖŞƏ YAZILARI

90594Kənan Hacı

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Əfqan yazıçısı Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanında bir qadın obrazı var – Məryəm. Məryəmin atası varlı bir adamdır, özünün fabrikləri, kinoteatrı var, bir neçə arvadı var, Məryəm onun qulluqçudan olan qızıdır. Onları kişinin malikanəsindən qovurlar, ana-bala gedib bir çay kənarındakı daxmada yaşayırlar. Atası tez-tez ona baş çəksə də onu heç vaxt öz evinə aparmır. Bir gün Məryəm atasından onu kinoya aparmağı xahiş edir, atası əvvəl bundan imtina etsə də sonda qızına söz verir ki, gəlib onu kinoya aparacaq.

Vəd olunan vaxt atasını gözləyən Məryəm xəyal qırıqlığına uğrayır, anasının yalvarışlarına baxmayaraq təkbaşına şəhərə gəlir, atasının yaşadığı evi axtarıb tapır. Amma… ata qızını qəbul etmir. Zavallı qız bütün gecəni malikanənin qapısı ağzında yatır, atanın ürəyi yumşalmır. Sonda sürücü onu kəndə qaytarır, gəlib görürlər ki, zavallı qadın özünü ağacdan asıb.

Atası bu qızı başından rədd eləmək üçün çox yaşlı, əzazil bir adama ərə verir. Ərə verir demək də olmaz, çölə tullayır, qızın sonrakı taleyilə qətiyyən maraqlanmır və onu tezliklə unudur. Ər evində isə onu təbii ki, zülm, işgəncə gözləyirdi. Qadın axırda dözməyib ərini öldürür və onu edam edirlər. Məryəm milyonlarla talesiz və hüquqsuz əfqan qadınlarından biridir. Məryəm tamam başqa bir mühitin məhsuludur. Amma Azərbaycan mühitində zorakılığa məruz qalan, döyülən, söyülən, baltalanan, bıçaqla doğranılan qadınlar yoxdurmu? Var, belə qadınların sayı-hesabı yoxdur. Elə gün olmur ki, əri, qardaşı, sevgilisi tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər eşitməyək. Vəziyyət artıq təhlükəli bir həddə gəlib çatıb. Sivil adlandırdığımız bir cəmiyyətdə zorakı bir nəsil yetişib, onlar qadınla balta-bıçaq dilində danışırlar. Qadına qarşı bu kütləvi aqressiyanın kökü, səbəbləri hardan qaynaqlanır? Bu suala cavab tapmaq üçün dağa-daşa düşmək lazım deyil. Gözümüzün önündə savadsız, cahil bir kütlə var. Elmdən, təhsildən məhrum, kitabdan uzaq düşmüş insanların şüurunda zordan başqa çıxış nöqtəsi yoxdur. Qana susamış bu adamlar son iyirmi ilin yetişdirdiyi savadsız kütlədir. Bitib-tükənməyən qətllər kütləvi psixozun nəticəsidir.

Bu adamların beyni uzun illər qidasız qalıb, quruyub, qidalanmayan beyin hava şarı kimi bir şeydir, içi boşdur. Çox dəhşətli bir vəziyyətdir. Bu adamlar hind filmlərindəki, bayağı türk seriallarındakı qəhrəmanların həyatını yamsılayırlar. Bu adamlar evdə yer tutmasın deyə kitabları zibil qutusuna atan adamlardır. Bu gün Azərbaycanda yüzlərlə Məryəm kimi qadınlar var. Uşaq evlərində böyüyən qızların əksəriyyəti sonradan insan alverinin qurbanlarına çevrilirlər. Onlarla belə faktlar mövcuddur.

Bir qız tanıyıram, səkkiz yaşında faciə nəticəsində atasını itirib, onu anası böyüdüb. İmkansızlıq üzündən təhsil ala bilməyib. İndi iyirmi üç yaşı var, bu qız əlinin zəhmətiylə pul qazanır, anasına, ailəsinə köməklik edir. Amma bütün qızlar belə olmur, həyatla təkbətək qalan qızlar var ki, onların bədənlərini satmaqdan başqa əlacı yoxdur. Elə bir məqam gəlib çatır ki, o məqamda bütün insani dəyərlər mənasını itirir. Mark Tven “Adəmin gündəliyi”ndə yazır ki, qarın tox olmayanda prinsiplərin heç bir real mənası qalmır. Amma çıxış yolu da yox deyil. İnsan heyvan deyil ki, təkcə yeməklə kifayətlənsin. Mənəvi aclığımızı təmin etməyin yeganə yolu kitab oxumaqdır. Kitab oxuyan şəxs heç vaxt adam öldürməz.“Qafqazinfo”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda polis idarəsində qan töküldü

Next Post

73 İŞİD-çı öldürüldü…

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

73 İŞİD-çı öldürüldü...

AXCP-də “təmizləmə işi”nə start verilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.