
Son günlərdə Türkiyə hökuməti əleyhinə aparılan ləkələmə kampaniyasının sıralarına biri də əlavə olunub.
Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə hazırlanan maykalar Afrikada insanlara paylanılıb.
Türkiyə mətbuatında yer alan xəbərlərdə bildirilir ki, Ərdoğana qarşı bir kampaniya başladan “paralel dövlət” üzərində Ərdoğanın şəkli olan maykaları yerli əhaliyə pulsuz paylayıb.
Xalqa paylanılan maykaların üzərində Ərdoğanın şəklindən başqa “bu iş bitməlidir, Ərdoğan getməlidir” şüarları yazılıb.
Ekvador Qvineyasında 2-ci Türkiyə-Afrika tərəfdaşlıq sammitində çıxış edən Ərdoğan, “paralel dövlət”-in agentlik fəaliyyətlərinə qarşı Afrikada ölkə rəhbərlərini xəbərdar etmişdi.
“Türkiyə və Afrika ölkələrinin arasına QHT və ya təhsil vermək adı ilə girən bəzi təhlükəli təşkilatlar olduğunu görürük. Agentlik fəaliyyətləri ilə məşğul olan bu təşkilatlara qarşı dövlət və hökumət başçısı olan dostlarımızın daha da həssas olacağını düşünürük”.




