"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın baş naziri müxalif partiyaları ziyarət etsə…

09 May 2015 - 15:40
in XƏBƏR LENTİ

Azərbaycanın baş naziri müxalif partiyaları ziyarət etsə...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elman Fəttah: “Bizdə eyni halın baş verməsi qeyri-realdır”; Pənah Hüseyn: “Azərbaycanda bunu təsəvvür etmək mümkün deyil, çünki…”

Bugünlərdə Türkiyənin baş naziri Əhməd Davudoğlu və xanımı Sara Davudoğlu parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində İqdırda olarkən MHP-nin İqdır Seçim Koordinasyon Mərkəzinə gəlib. Baş nazir və xanımı MHP seçki qərargahında ehtiramla qarşılanıb. O, MHP-nin namizədlərinə “xeyirli-uğurlu olsun” diləklərini çatdırıb.

Maraqlıdır ki, eyni hadisə Azərbaycanda baş versəydi, yəni Azərbaycanın baş naziri Artur Rəsuzadə və hökumətdə təmsil olunan hansısa məmur Azərbaycandakı müxalifət partiyalardan birini ziyarət edib, seçki kampaniyası ilə maraqlansaydı qarşı tərəfin buna münasibəti necə olardı? Müxalif partiya təmsilçiləri onu necə qarşılayardı?
Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirdi ki, Azərbaycanda eyni halın baş verməsi qeyri-realdır: “Müsavat Partiyası peşəkar siyasətə özünü alışdırmış bir partiyadır. Türkiyə siyasəti də kifayət qədər peşəkarlaşmış, dövlət və siyasət protokolunu dəyərdə tutan bir siyasi sistem möhkəmləndirib. Baş nazirin Azərbaycanda yaşayan seçici siyahısındakı birinci namizədi əslən azərbaycanlı olan MHP-nin yerli seçki qərargahını ziyarət etməsi həm Türkiyə-Azərbaycan münasibətləri baxımından siyasi protokolda çox əhəmiyyətli davranış idi, həm də Türkiyə siyasəti baxımından baş nazirin müxalifət olan partiyanın dövlət üçün xüsusi əhəmiyyəti olan siyasətini dəstəkləməsi addımı idi. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin belə davranışları zərrə qədər də görünmür. Azərbaycan hökumətinin nəinki baş naziri, hansısa bir məmuru çətin ki, özündə cəsarət tapsın və müxalif partiyanın, xüsusilə də Müsavat Partiyasının seçki qərargahını ziyarət edə bilsin. Bu qeyri-real bir şeydir”.
ADP sədri Sərdar Cəlaloğlu baş nazir onların seçki qərargahına gələrsə, ona mürəbbə ilə çay verəcəyini dedi:“Azərbaycanın baş naziri bizim qərargaha gəlsə onun qabağına çay qoyardıq. Meyvə doğrayıb verərdik ki, yesin. Yəni normal qarşılayardıq. Onun hökumətdə təmsil olunmasının məsələyə nə aidiyyəti var? Türkiyədə münasibətlər sistemi mədəni səviyyədə qurulub. Ona görə də baş nazirin müxalif bir partiyanın seçki qərargahına getməsində heç bir qeyri-adi şey yoxdur. Azərbaycanda isə bu təbii ki, qeyri-adi hadisə olardı”.
“125-lər Siyasi Klubu”nun rəhbəri, tanınmış jurnalist İlhamiyyə Rza bildirdi ki, əgər Azərbaycanda eyni hadisə baş versəydi, bunu yalnızca alqışlayardı: “Baş nazir bizim seçki qərargahımıza baxır nə məqsədlə gəlib. İstənilən halda, alqışlayardım”.
Ümid Partiyasının Ali Məclis sədrinin 1-ci müavini Tamilla Qulami də bu cür vəziyyəti ancaq yaxşı qarşılayacaqlarını dedi: “Cəmiyyətə barış, ədalət, demokratik, firavan Azərbaycanda yaşamağı diləyən, bunun üçün çalışan bir partiya olaraq belə halları ancaq yaxşı qarşılamaq olar. Ümumiyyətlə, doğru olan bu ki, siyasi partiyalar, mətbuat orqanları, bütün siyasi institutlar, QHT-lər dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində birgə fəaliyyət göstərməli, ölkəmiz, millətimiz adına birlikdə çalışmalıdır”.
AXP sədri Pənah Hüseyn bunu təsəvvür etməyin mümkünsüz olduğunu bildirdi, lakin gülə-gülə əlavə elədi: “Məsələ ondadır ki, iqtidarın sayəsində bizim nəinki seçki dairələrində, heç mərkəzdə də seçki qərargahlarımız olmur. Odur ki, Artur müəllim gəlsə, yəqin ki, evlərimizdəki ”qərargahları” ziyarət etməli olacaq. Bizim elin də adətinə görə, o halda onun üçün bir quzu kəsərdik”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazarbayev Qərbi ittiham etdi

Next Post

34 uşaq atası qəzada öldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

34 uşaq atası qəzada öldü

Dünən Şuşa işğal olunmuşdu. bu gün isə...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.