
Fransa Rusiya üçün inşa edilmiş “Minstral” tipli vertolyotdaşıyan gəmiləri Moskvanın icazəsi olmadan üçüncü ölkəyə sata bilməz. Musavat.com-un Rusiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, buy barədə Rusiya baş nazirini silahlanma və təhlükəsizlik məsələləri üzrə müavini Dmitri Roqozin bildirib.
“Bizim icazəmiz olmadan onlar heç nə sata bilməzlər” – deyib Roqozin. “Fransa tərəfi bu barədə bilirmi” sualına o, belə cavab verib: “Mən onlara hər şeyi ətraflı izah eləmişəm”.
İki ölkə arasında sözügedən gəmilərlə bağlı kontrakt 2011-ci ildə bağlanıb. Lakin rəsmi Paris Rusiyaya qarşı sanksiyalar çərçivəsində gəmiləri Moskvaya verməkdən imtina edir.



