
Rusiya və Türkiyə liderləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan yaxşı münasibətlərdədir, ancaq yaxın zamanlarda onların təması planlaşdırılmır. Musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Kreml başçısının köməkçisi Yuri Uşakov bildirib.
“Hələ ki, belə bir təmas nəzərdə tutulmur”, – deyə o, iki ölkə liderlərinin yaxın zamanlarda telefon danışıqlarının mümkünlüyü barədə sualı cavablandırarkən söyləyib.
“Hələ ki, türklərdən müraciətlər olmayıb” – qeyd edib Uşakov. “Prinsipcə, onların şəxsi qarşılıqlı münasibətləri yaxşıdır. İstisna deyil ki, bu və ya başaq mərhələdə danışıq olacaq” – əlavə edib o.



