“Ələvilik bir dindirsə, Tayyib Ərdoğan orada yoxdur.”
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada gənclərlə görüşü zamanı nitq söyləyərkən deyib.
“Avropada da Həzrəti Əlisiz Ələvilikdən danışırlar. Əgər ələvilik Həzrət Əlini sevməksə məndən güclü ələvi yoxdur . Ancaq ələvilik bir dindirsə Tayyib Ərdoğan orada yoxdur”.
Musavat.com-un xəbərinə görə, daha sonra Belçikanın Xasselt şəhərinə gedən Ərdoğan Ezias arenasının ağzına qədər dolduran türk vətəndaşları ilə görüşüb. Ərdoğan çıxışında bu mesajları verib: “İçəridə və kənarda bu millətin mədəniyyətinə, inancına, tarixinə və dəyərlərinə düşmənlik edənlər olduğunu bilirik. Dəyərlərimizə sahib çıxanlar hamısı bizim qardaşlarımızdır. İngiltərədə seçkilərdə uduzan 3 müxalifət lideri istefa verdi”.
Gülnar



