
ABŞ dövlət katibi Con Kerri Soçidən öz evinə Qələbə simvolu olan futbol köynəyi aparacaq.
Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, belə bir hədiyyəni ona bu gün danışıqlar çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov edib.
Rusiya XİN-in facebook-dakı səhifəsində yerləşdirilən məlumatda həmçinin, Lavrovun ABŞ dövlət katibinə Krasnodar pomidorları və kartofları bağışladığı bildirilir. O kartofu ki, onun toxumları vaxtilə elə Amerikadan gətirilib.
Kerri isə öz növbəsində Rusiya tərəfinə Rusiya KİV-lərinin sitatları olan siyahını təqdim edib.
Dövlət katibinin fikrincə, “bu sitatlar Rusiya-ABŞ əlaqələrinin miqyasının real potensialını əks etdirmir”.
Onun əminliyinə görə, bu əlaqələri “yaxşılaşdırmağa lüzum var”.
Musavat.com





