
Sabunçu rayonu, Sabunçu qəsəbəsində dəmiryolunda güclü yanğının qarşısı alınıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dəmiryolun kənarında mazut qarışıq məişət tullantıları 100 kv.m sahədə yanğın başlayıb.
Yanğın güclü olduğundan dəmiryoluna və yaxınlıqdakı yaşayış evlərinə keçmək təhlükəsi olub.
Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində baş verə bilcək böyük yanğının qarşısı alınıb. Alov söndürülüb.
Faktla bağlı araşdırmalar aparılır.



