"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neft bahalaşır: İlin sonunda qiymət 90 dollara çata bilər

14 May 2015 - 19:17
in XƏBƏR LENTİ

Neft bahalaşır: İlin sonunda qiymət 90 dollara çata bilər

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Pərviz Heydərov: “Ən real qiymətlər məhz indi ortaya çıxır”

Dünya bazarında neftin qiyməti bahalaşıb. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 1,15 dollar bahalaşıb. Hazırda neftin bir barelinin qiyməti 68,58 dollardır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar (0,51 faiz) azalaraq, 60,19 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,24 dollar (0,36 faiz) ucuzlaşaraq, 66,57 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. “The Wall Street Journal” ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.
Ekspert Pərviz Heydərov isə musavat.com-a açıqlamasında bildirib ki, hər şey ABŞ iqtisadiyyatında inkişaf templərindən və dollardan asılı olacaq: “Neftin dünya bazar qiymətlərində artıq xeyli müddətdir ki, sabitlik yaranıb. Belə ki, bu ilin fevral ayının ilk həftələrindən etibarən, müxtəlif markalı xam neftin qiymətlərinin 50-60 ABŞ dolları arasında rəqs etməyə başlaması ucuzlaşmanın arxada qaldığını deməyə əsas verdi. Aprel ayından isə qiymətlər məlum olduğu kimi 60-70 dollar arasında rəqs edir. Düzdür, bir çoxları neftin bu cür bahalaşması üçün heç bir əsas olmadığını bildirirlər. Və bu zaman təklifin tələbi üstələdiyini əsas arqument olaraq irəli gətirirlər.
Məsələ bundadır ki, qeyd olunan amil nə qədər real xarakter daşısa da, neftin hər şeydən öncə bir iqtisadi məhsul olduğu və onun ən azından hasilat, daşınma, satış xərcləri kimi tərəfləri yaddan çıxarılır. Neftin keçən ilin iyun ayından bu ilin fevralınadək ucuzlaşması prosesi göstərdi ki, bu günkü tələblər nöqteyi-nəzərindən xam neft qiymətinin “dib nöqtəsi” maksimum 45-50 dollar arası təşkil edir. Və bu baxımdan, ən real qiymətlər məhz indi ortaya çıxır.
Yəni, müxtəlif markalı xam neftin ən uyğun və həqiqi qiyməti əslində, elə 60-70 dollar sayılır. Lakin fevraldan bəri start götürən mövcud tendensiya davam etsə, iyul-avqust aylarında qiymətlərin 70-80 dollar arasında rəqs etməsinin şahidi ola bilərik. Bütövlükdə bu ilin sonu üçün maksimal səviyyə 90 dollar, minimum isə 65-70 dollar təşkil edəcək. O ki qaldı, OPEK-ə, neftin dünya bazar qiymətlərinə adıçəkilən qurumun nəzarət və təsir etmək imkanları məhduddur. Baxmayaraq ki, dünyada əsas neft hasilatçıları və ehtiyatları üzrə tanınan ölkələrin çoxu onun üzvüdür, OPEK qiymətləri tənzimləyə bilmir. Qurumun qarşıdan gələn növbəti iclasında da əhəmiyyətli qərar qəbul olunacağı gözlənilmir. Halbuki OPEK-in öz üzvüləri də mövcud qiymətlərə görə artıq, ziyana gedirlər.
Odur ki, hər şey ABŞ iqtisadiyyatında inkişaf templərindən və dollardan asılı olacaq. Dolların dəyəri ilə neftin qiyməti arasında isə tərs mütənasiblik mövcuddur: birinci möhkəmləndikdə neft ucuzlaşır, zəiflədikdə isə bahalaşır. Dolların dəyərinin keçən ilin aprel-may aylarından başlanan yüksəlmə tendensiyası isə artıq bundan çox davam edə bilməz”.
Qeyd edək ki, əksər ekspertlər bildirirlər ki, OPEK-in və digər neftlə bağlı təşkilatların qiymətlə bağlı proqnozları bədbindir. Azı yaxın on ildə neftin qiyməti yüz dollara qalxmayacaq.
Səbəb çox sadədir. Çünki dünyada neftin hasilatında ciddi artım müşahidə olunur. OPEK-ə daxil olmayan ölkələrdə hasilat kəskin şəkildə artır. Paralel olaraq, Rusiya da OPEK-ə daxildir, ancaq ildən-ilə hasilatı artırır.
Neftin qiymətinin düşdüyü indiki şəraitdə daha çox nefti hasil etməklə qiymət endirimini az da olsa, kompensasiya etməyi düşünür. İranın bazara girmə ehtimalı da vəziyyəti dəyişir.
Dünyanın müxtəlif yerlərində kəşf olunan yeni neft yataqları da bu məsələdə təsirli olacaq. O da bildirilir ki, dünyada onilliklər boyu hakim olan fikir – “neft tükənir” iddiasının əksinin görünməsi neft bazarında gərginliyi azaldır. Bütün bu amillər təbii ki, yaxın illərdə neftin qiymətinin aşağı səviyyələrdə qalacağını proqnozlaşdırmağa imkan verir.
Ekspertlərin fikrincə, ümumiləşdirilən məlumatlar və araşdırmalar onu göstərir ki, neft erası, bahalı neft dövrü artıq arxada qalıb. İqtisadiyyatlarının böyük hissəsi neftdən asılı olan ölkələr bu barədə ciddi düşünməlidirlər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan ordusunun yeni döyüş əməliyyatları… – VİDEO, FOTOLAR

Next Post

Xoşqədəmin ürəyi getdi (VİDEO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xoşqədəmin ürəyi getdi (VİDEO)

Üçüncü iqtidar-müxalifət görüşü başlayır- Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.