"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistana sanksiya tətbiq olunması təklif edilib

16 May 2015 - 23:24
in MÖVQE
0886e84ae7ddd669b6f5ab4e16d2b143Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev quruma üzv ölkələri ikili standartlarla yanaşmada ittiham edib

Bu gün Budapeştdə NATO Parlament Assdambleyasının (PA) növbəti sessiyası işinə başlayıb.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya verdiyi məlumata görə, bugünkü sessiyada Rusiyaya tətbiq olunan sanksiyalarının bu ölkənin iqtisadiyyatına təsiri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı çıxış edən Q. Həsənquliyev NATO-ya üzv ölkələri ikili standartlar siyasəti yürütməkdə ittiham edib: “Çıxışımda bildirdim ki, bu sanksiyalarla Rusiya iqtisadiyyatına təsir etmək mümkün deyil. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarından asılıdır. Sanksiyalar isə enerji sektoruna tətbiq olunmur”.

Q. Həsənquliyev Rusiyaya işğal faktı ilə sanksiyalar tətbiq olunduğu halda, bunun Ermənistana tətbiq olunmamasının səbəbini də soruşub: “Ermənistan işğalçı dövlətdir. Bu ölkə 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal atında saxlayır, bunun nəticəsində bir milyon azərbaycanlı qaçqın şəraitində yaşayır. Ermənistan nə BMT-nin qətnamələrinə, nə də ki beynəlxalq hüquqa məhəl qoyur. Mütəmadi olaraq sülh danışıqlarını pozur, regionda sülhü və sabitliyi təhdid edir. Belə bir dövlətə qarşı sanksiya tətbiq edilməməsi ikili standartdan xəbər verir”.

Q. Həsənquliyev həmçinin xatırladıb ki, Krımla bağlı məsələdə NATO ilə əməkdaşlıq edən ölkələrin hamısı Ukraynanın ərazi bütövlüyünü tanıyıb, BMT-dəki müzakirələrdə bununla bağlı birmənalı mövqe nümayiş etdiriblər: “ Burda yeganə istisna Ermənistan olub, Ermənistan Rusiya ilə eyni mövqe nümayiş etdirib. O zaman niyə Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana tətbiq olunmur?”.

Millət vəkili bildirib ki, belə olan halda Ermənistanın NATO ilə əməkdaşlığa davam etməsi ikili standartla yanaşmadır.

Q. Həsənquliyev NATO PA-da Ermənistanla bağlı məsələnin müzakirə olunub, bu ölkəyə sanksiya tətbiq edilməsini təklif edib.

Millət vəkilinin sözlərinə görə, onun çıxışından dərhal sonra Ermənistanın NATO PA-da nümayəndə heyətinin üzvü Tevon Paqosyan bir neçə dəfə söz alaraq cavab verməyə cəhd etsə də, sessiyanın sədarəti buna icazə verməyib.

Qeyd edək ki, bu il mayın 16-18-də Budapeştdə NATO PA-nın növbəti sessiyası keçirilir. Azərbaycan sessiyada Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Tahir Süleymanov daxildir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə Nazirliyi iddiaları təkzib etdi (VİDEO)

Next Post

Laçınsız 23 il…

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Laçınsız 23 il...

Türkiyədə nəhəng dəliklər - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.