Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 19 may 2015-ci il tarixində Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə rəsmi səfərə getmişdi.
19 may 2015-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar nazir rəsmi səfərini yarımçıq kəsərək Bakıya qayıdib.




