Bu şəkillər dünənki yanğın panikasında, insanların çılğın və emosional durumda olduğu bir zamanda soyuqqanlılığını qorumağa çalışan peşəkarlar tərəfindən çəkilib.
Şəkildə görünənlər o anda kamera obyektivinə tuş gəldiklərinə fikir belə verməyiblər. Yəni bu, səmimi görüntülərdir, təbii pozalardır. Burada məqsəd şəkil çəkdirmək deyil, insan həyatı xilas etməkdir.
Bu balaca körpələri sinəsinə sıxıb alovdan, istidən, tüstüdən qurtarmağa çalışan insanlar öz insani borclarını yerinə yetirirlər.
Əlbəttə, heç bir vicdanlı şəxs ölümün pəncəsində olan bu körpələrə laqeydcəsinə baxıb, başqa işin dalınca gedə bilməzdi.
Hər haldı nə yaxşı ki, vicdanlı insanlar var və onlar belə məqamlarda öz vicdanlarının səsinə qula asa bilirlər.
Biz bu insanları – körpələri xilas edən yanğınsöndürən və polisləri adbaad tanımırıq, hətta bu saat redaksiyanın qapısını açıb içəri girsələr belə tanımayacağıq.
Onlar naməlum xilaskarlardır. Onlar bu hərəkəti ad üçün, mükafat üçün, şöhrət üşün etməyiblər. Elə bu şəkillərin qiyməti də ondadır.
Keşkə daha çox adam xilas edə bilsəydilər. Keşkə hamımız heç olmasa ömrümüzdə bir dəfə bir insan həyatı xilas edə bilsəydik…
Musavat.com









