“Transqeyt” MMC-nin vergidən yayındığı məlum olub
AzVision.az xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub. Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb.
Vergi ödəyicisi Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatdadır. Vergi borcunun həcmi açıqlanmır. MMC-dən məsələyə münasibət bildirmək istəmədilər.
Qeyd edək ki, bu şirkət nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova məxsusdur.




