Rufiz Qonaqov: “Prezidentin çıxışı cəmiyyətdə rəğbətlə qarşılanıb”
“Prezident İlham Əliyevin məmurlara sərt xəbərdarlığı, kimliyindən, daşıdığı statusdan asılı olmayaraq, cinayət törədən, xalqa yuxarıdan aşağı baxan məmurların ən sərt formada cəzalanacağı ilə bağlı açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanıb”.
Bu sözləri Editor.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov söyləyib.
Onun sözlərinə görə, hər bir məmur bundan nəticə çıxarmalıdır:
“Məmurlar üçün gözəl örnək, nümunə var. Bu cənab Prezident İlham Əliyevdir. Azərbaycanda ondan böyük vəzifə daşıyan yoxdur. Amma buna baxmayaraq, O, vaxtının çoxunu xalqın arasında keçirir, vaxtaşırı olaraq regionlara səfər edir, insanları şəxsən dinləyərək, onların problemlərinin həllinə tapşırıq verir. Belə olduğu halda hansısa məmurun qudurğan rəftarı, parkları, insanların istirahət məkanlarını dağıtması, orada özünə villa, imarət tikməsi yolverilməzdir. Prezident özü bu faktları dilə gətirməklə, yerində olmayan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlara öz yerini göstərdi. Ölkə rəhbərinin “Hansı vəzifə tutmasından, hansı status daşımasından asılı olmayaraq, mən nəinki belə məmurları vəzifədən azad edəcəm, hətta cinayət məsuliyyətinə cəlb olunmasını tələb edəcəm” fikri cəmiyyətdə çox böyük rəğbətlə qarşılanıb və vəzifəyə şəxsi mülkü kimi baxan məmurları ciddi şəkildə narahat edib”.
Azər Niftiyev, Editor.az




