"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hər kəs ətrafına baxsın…

21 May 2015 - 18:47
in XƏBƏR LENTİ

<font color=red><b>Hər kəs ətrafına baxsın...</b></font>

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Ən böyük faciələr ən kiçik məsuliyyətsizliklərdən başlayır
…Silkələndik.
Həm də çox möhkəm.
SSRİ-nin süqutu reallığa çevrildikdən, istiqlal mücadiləmizdən bu yana çox oddan-alovdan keçmişik. Biz bir kömbə çörək üçün saatlarla növbədə dayanan, müharibənin dəhşətlərindən, ağrının, acının, insan faciəsinin ən son nöqtəsindən keçən nəslin nümayəndələriyik. Sovet tanklarının tırtılları altında can verən bacı və qardaşlarımızın, ata-analartımızın göyü yumruqlayan naləsi hələ də qulaqlarımızda səslənir. Xocalıda körpələrə açılan güllələrin izi var ürəyimizdə… Namusumuzdan yuyulmamış qan qoxusu gəlir…
Nə oldu bizə?
Necə oldu ki, uşaqlar yaşasın deyə topun-tankın qarşısına yalın əllə çıxan, malını, mülkünü, canını Azərbaycan və onun gələcəyi uğrunda fəda edən bir nəslin təmsilçiləri məsum körpələrin cəhənnəm alovunda yanmasına vəsilə olacaq qədər mal-mülk hərisinə çevrilə bildilər?
Heç kim “onlar bizlərdən deyil” deyib yaxasını kənara çəkməsin… Ətrafına yaxşı-yaxşı baxsın və o zaman “biz də onlardan fərqli deyilik” qənaətinə gələ bilər… Ola bilsin ki, kimsə qismən vicdanlıdı, həssasdı, məsuliyyətlidi… Amma qismən!
Bu barədə dəfələrlə yazmışam… Hər kəs özündən bir pillə aşağıda olanı əzməyə, əlinə düşən minimum imkandan maksimum yararlanmağa çalışır.
Acı da olsa deyəcəyəm: Mal-mülk, varlanmaq hərisliyi gözümüzü elə pərdələyib ki, bu ölkəyə Vətən kimi deyil, ən yaxşı halda müvəqqəti yaşayış məskəni kimi baxırıq… Sanki bizdən sonra dünyanın sonu gələcək, bu torpaqlarda övladlarımız və onların övladları yaşamayacaqlar.
Biz işğalçı deyilik! Bu torpaqların tarixi sakinləriyik… Əsrlər boyu yağmalana-yağmalana kiçilən böyük Azərbaycanın kiçik bir parçası üzərində son ümid yerimizə, ocağımıza sığınmışıq… Bura bizim Vətənimizdir! Bura bizim evimizdir…
Babalarımız nəhəng imperiyalardan bir ovuc torpaq miras qoyublar bizə… Sağ olsunlar… heç olmasa bir ovuc da olsa miras qoyula biləcək torpağı və bu mirasa sahiblənə biləcək körpələrini… qorumağı bacarıblar.
…Millət olmaq çox çətindir, çox. Millət olmaq insanlığın ən ali mərtəbəsədir! Əksini düşünənlər isə böyük yanlışlığa yol verirlər. Biz yalnız gündəlik təlabatlarını ödəmək, nəsil artırmaq naminə bir yerdə yaşamaq məcburiyyətində olan tayfa deyilik…
Qəbilə deyilik…
Kütlə deyilik…
Müqəddəs amallar, böyük hədəflər uğurunda mücadilə aparan, körpələrinin gələcəyini düşünən, ədalətə söykənən dövlət quran, qanunlarla idarə olunan cəmiyyət formalaşdıran, ortaq dili, mədəniyyəti, mənəvi dəyərləri, tarixi və gələcəyi paylaşan insanlar toplusuyuq – Millətik!
…Hər kəs ətrafına baxsın! Ən böyük faciələr ən kiçik məsuliyyətsizliklərdən başlayır. Siqaret kötüyünü iki barmağının ucunda sıxıb çırtma ilə hara gəldi tolazlayan, ərzaq qalıqları ilə dolu üfunət qoxuyan zibil torbasını özündən bir neçə mərtəbə aşağıda yaşayan qonşusunun qapısının ağzına qoyan, yol polisinin və izləmə kameralarının olmadığı yerdə qayda pozmağı “qənimət” hesab edən, işlədiyi yerdən “5 qəpik də olsa” oğurlamayanda rahatlıq tapmayan… insanlardan başlayır toplumun və millətin faciələri… Diqqətlə baxın! Onları gördünüzmü? Bəlkə elə siz özünüz də onlardan birisiniz… Yaxud qardaşınız, bacınız, qohumunuz, dostunuz, iş yoldaşınızdı… Hər halda yad planetdən gəlməyiblər…
…Bu yazını Azərbaycan Prezidentinin yaşayış binasında baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının ilk iclasındakı çıxışını izlədikdən sonra qələmə almaq qərarına gəldim. Əslində dövlət başçısının qayğılı üzü, baxışları anlayan üçün daha çox şey deyirdi… Mən ilk növbədə o baxışların söylədiklərini yazmağa çalışdım…
O, illərdir torpaqlarının 20 faizi işğal altında olan, dünyanın ən böyük haqsızlıqları ilə qarşı-qarşıya qalan, ədaləti təmin etməyə borclu olanların ədalətsizliyinə qarşı qeyri-bərabər şəraitdə və qeyri-bərabər imkanlarla mücadilə aparan bir dövlətin başçısı kimi imzalar içində imzamızın olmasını, millətin özünəinam hissinin yüksəlməsini, kənardan aşılanan məğlubiyyət sindromundan xilas olmasını, qələbəyə hədəflənməsini istəyir… Bütün bunları isə Azərbaycanın nəinki bugünkü, hətta bundan sonrakı 100 il ərzində əldə edə biləcəyi gəlirləri hesabına həyata keçirmək mümkün deyil. Ən azı son 10 il ərzində Azərbaycanın keçdiyi yola diqqət yetirsək, kənardan nəzər salmağı bacarsaq… bütün çatışmazlıqlara, problemlərə baxmayaraq, böyük bir məsafə qət etdiyimizi və kifayət qədər irəliləyişlərə nail olduğumuzu görmək mümkündür.
Onun seçdiyi yol, müəyyənləşdirdiyi strategiya yüzillər boyu gerçəkləşdirə bilmədiyimiz arzularımızın həyata keçməsinə doğru aparan yeganə çıxış yoludur. Yalnız məsuliyyətimizi dərk edərək, seçilən hədəflərin nə qədər böyük olduğunu anlayaraq bu yolla irəliləyəcəyimiz təqdirdə davamlı uğurlara nail ola, hədəflərimizə çata bilərik.
…Bunun üçün isə çox da böyük fədakarlıq tələb olunmur. Mental naqisliklərimizi görmək və onlardan xilas olmaq, vicdanlı və dürüst olmanın dələduzluqdan, fırıldaqçılıqdan üstünlüyünü, ləyaqətli insana xas bir xüsusiyyət olduğunu anlamaq, dəyərləndirmələrimizlə bağlı bəsit, arxaik anlayışlarımızdan uzaqlaşmaq, hər bir şəxsə onun intellektinə, mədəniyyətinə, işgüzarlığına görə qiymət vermək və… xarakter sahibi olmaq… yetərlidir!
Kəsəsi, gələcəyimizi işıqlandıra da, alovlandıra da bilərik. Seçim yenə də bizimdir!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hafiz Hacıyev dəlidir, ona nə deyim?” – Abutalıbovdan CAVAB

Next Post

Bir qrup iş adamı ilə bağlı həbs-qətimkan tədbiri seçildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bir qrup iş adamı ilə bağlı həbs-qətimkan tədbiri seçildi

"Hacıbala Abutalibovun qardaşının kürəkəni bu materialları Azərbaycana gətirir" - Hafiz Hacıyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.