"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manatın devalvasiyası: Yeni ehtimallar irəli sürülüb

21 May 2015 - 19:26
in XƏBƏR LENTİ

Manatın devalvasiyası: Yeni ehtimallar irəli sürülüb
Beynəlxalq reytinq agentliyi proqnozunu açıqladı, yerli ekspertlər də manatın ucuzlaşacağını vurğulayırlar

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Milli valyuta olan manatın devalvasiya ehtimalları yenə güclənməkdədir. “Moody’s” beynəlxalq reytinq agentliyi də artıq devalvasiya təhlükəsi barədə xəbərdarlıq edib.

Konfransda “Moody’s”in ekspertləri Azərbaycan iqtisadiyyatı və onun gələcəyi ilə bağlı çıxış ediblər. Yerli bank sektorunun numayəndələrinin də iştirak etdiyi toplantıda maliyyə sektoru barədə geniş müzakirələr aparılıb.

Tədbirdə “Moody’s” Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb. Belə ki, bu il ölkədə ÜDM-in ən optimist halda 1 faiz artacağı, pessimist halda isə dəyişməyəcəyi vurğulanıb, inflyasiyanın 8-9 faiz təşkil edəcəyi bildirilib.

Bankların milli valyutanın fevraldakı devalvasiyasından çəkdikləri ümumi valyuta zərərinin məcmu bank kapitalının 9 faiz olduğu bildirilib. Devalvasiyanın fiskal yükü azaltdığı, amma bank sektoruna zərər verdiyi qeyd olunub.

Devalvasiyanın tədricən davam edəcəyini vurğulayan “Moody’s”in proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatının artım tempinin bu ilin ikinci yarısında azalacağı gözlənilir. Bank sektorunda valyuta risklərini azaltmaq üçün ölkədə törəmə, yəni müddətli əməliyyatlar bazarının inkisaf etməsi zəruridir. Bunun bazarın bankları valyuta riskindən qoruması üçün vacib olduğu vurğulanıb.

Daha sonra ölkədə dollarlaşma prosesinin sürətlənərək, 40 faizdən 2000-ci illərin ortalarında olduğu kimi 65 faizə yüksəldiyi qeyd olunub. Eyni zamanda, ÜDM artımının neftin qiymətlərindən asılılığı xüsusi olaraq vurğulanıb və bu il neftin orta qiymətinin 55 dollar/barel, 2016-cı ildə isə 65 dollar/barel olacağı proqnozlaşdırılır.

Yerli ekspertlər də devalvasiya təhlükəsinin ciddiləşdiyini bildirirlər. Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin neftin qiyməti və devalvasiya barədə proqnozunu onlar dəfələrlə təkrarlayıblar: “Yayılan məlumat yenilik deyil. Hətta maliyyə naziri Samir Şərifov bir müddət əvvəl buna bənzər bir açıqlama ilə çıxış etmişdi ki, manatın gələcəkdə vəziyyəti dünya bazarında gedən proseslərdən asılı olacaq. Həmçinin, nazir bildirmişdi ki, manat neftin qiyməti ilə çox ciddi şəkildə bağlıdır. Dünyada son araşdırmalar da onu göstərir. Bir neçə nüfuzlu şirkətlər və beyin mərkəzləri açıqlama veriblər ki, neftin qiyməti ən azı yaxın beş ildə 50-55 dollar civarında olacaq. Ona görə də yaxın gələcəkdə neftin qiymətində ciddi irəliləyiş olmayacağını qəbul etmək və manatın bahalaşmayacağını dərk etmək lazımdır. Manatın məzənnəsində müəyyən dəyişikliklər olacaq. Yüngül devalvasiya davamlı olacaq. Azərbaycan manatının gələcək taleyi təbii ki, dünya bazarında gedən proseslərdən asılı olacaq. Neftin qiymətinə bağlı olacaq. Ancaq bu, tək neftin qiyməti ilə də əlaqəli deyil. Bu məsələ də dolların bahalaşacağı ilə bağlıdır”.

Ekspertin sözlərinə görə, dolların yaxın gələcəkdə digər valyutalara nisbətən ciddi bahalaşma ehtimalı var: “Çünki Federal Kredit Sistemi yaxın gələcəkdə uçot dərəcəsini artırmaq barədə qərar qəbul edəcəyini açıqlamışdı. Bu qərardan sonra dünyada valyutalara nisbətən dollar bahalaşacaq və dolların bahalaşması, neftin isə ucuzlaşması manata ciddi basqılar yaradacaq. Devalvasiya davamlı şəkildə ilin sonuna qədər baş verəcək”.

Bəzi ekspertlər isə bildirirlər ki, manatın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə də real deyil. Yəni milli valyuta uzun müddət inzibati qaydada tənzimlənəcək.

Ekspert Samir Əliyevin sözlərinə görə, may ayının ilk yarısında manat 0,14 faiz möhkəmlənib: “Avro da son günlər bahalaşır. Ancaq hələlik devalvasiyadan sonrakı pik həddinə çatmayıb. Devalvasiya günü avro 1,1950 manata qədər bahalaşmışdı. Sonrakı günlərdə kəskin rəqslər etməyə başladı. Hətta martın 17-də özünün ən aşağı həddinə – 1,1081 manata qədər ucuzlaşdı. May ayı başlayandan dolların ucuzlaşması fonunda avro eyni zamanda Azərbaycanda da mövqeyini möhkəmləndirir. May ayında 2,6 faiz bahalaşaraq, 1,1946 manata yüksəlib”.

Ekspertin sözlərinə görə, dollar və avronun mövcud durumu həmin valyutaların dünya bazarlarındakı məzənnələrindən qaynaqlanır. Ancaq bəyan etmələrinə rəğmən, manatın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə real deyil. Uzun müddət manat inzibati qaydada tənzimlənəcək. Çünki neftdən asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənidən Bakıda yanan binayla bağlı dəhşətli açıqlama – “Erməni olduğuma görə utanıram”

Next Post

Oliqarxların “Park Bulvar”dakı mağazaları bağlanır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Oliqarxların “Park Bulvar”dakı mağazaları bağlanır

Neft ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.