"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yanan binanın kirayənişinləri ilə bağlı açıqlama: “Bizə müqavilə verilməlidir”

22 May 2015 - 15:09
in XƏBƏR LENTİ

Yanan binanın kirayənişinləri ilə bağlı açıqlama: “Bizə müqavilə verilməlidir”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Kirayədə yaşayan ailələr mənzil sahibi ilə imzaladığı müqaviləni bizə təqdim edərsə, onlara kompensasiya ödəniləcək”.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Publika.az-a açıqlamasında deyib ki, yanan binada kirayədə yaşayan ailələr mənzilin sahibi ilə aralarında olan razılaşma sənədini mütləq təqdim etməlidir: “Biz əmin olmalıyıq ki, onlar həmin binada kirayədə qalıblar. Əgər bina yanan zaman kirayədə kim qalıbsa, bu vəsait (1000 manatı nəzərə tutur – red.) doğrudan da, ona düşür. Kirayədə yaşayan ailələr mənzil sahibi ilə imzaladığı müqaviləni bizə təqdim edən kimi biz onlara vəsaiti ödəyəcəyik. Yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək. Bunun üçün də kirayə qalanla kirayə verən arasında razılaşma protokolu və bu sənəddə notariat kontorlarının imzası olmalıdır. Bu gün səyyar “ASAN xidmət” mərkəzi yanan binanın yanındadır, yanan binada zərərçəkən insanlara həmin ərazidə bütün sənədlər verilir. Yanan binanın sakinləri vəsait almaq üçün öz sənədlərini bu gün gətirib bizə təqdim edəcəklər. Biz də orada onlara arayış verəndən sonra gedib bankdan pullarını alacaqlar”.
H.Abutalıbov qeyd edib ki, hər bir mənzil üçün nəzərdə tutulan vəsait artıq ayrılıb: “Ancaq kirayəçi mütləq mənzil sahibi ilə razılaşmalıdır ki, pul kimə çatacaq. Pulun kimə çatacağını ev sahibi ilə kirayəçi arasında imzalanmış müqavilə müəyyən edir. Onların arasında bağlanmış  müqavilə mütləq olmalıdır. Ola bilər ki, mənzil sahibi evini kirayə verdiyini dansın və desin ki, onları evimdə elə-belə saxlamışam və s. Belə olanda isə biz məcburən vəsaiti evin sahibinə verməliyik. Əgər bununla bağlı hər hansı narazılıq olarsa, onlardan hər hansı biri məhkəməyə müraciət etməlidir. Biz də onlara ayrılmış vəsaiti bankda saxlayarıq və məhkəmə hansı qərarı çıxararsa, biz də vəsaiti o adama verərik”.
H.Abutalıbov yanan binada kirayə yaşamış jurnalist Sevinc Fədaiyə 300 manat verilməsi ilə bağlı məsələyə də toxunub: “Bu məsələ mənlik deyil. O vəsait cib xərcliyi idi, kirayə pulu deyildi. İndi o jurnalist bizə müvafiq arayış verməlidir ki, doğrudan da, o, həmin binada kirayə yaşayıb. Əgər o müqaviləni bizə təqdim edəcəksə, biz də ona nə qədər vəsait düşürsə, hamısını verəcəyik. Bunun üçün də o, bizə müraciət etməlidir. Bakı şəhər İcra hakimiyyətinin qapısı hər gün açıqdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hacıbala Abutalıbov: “O dünyada əzab çəkəcəm”

Next Post

Corc Soros III dünya müharibəsi vəd etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Corc Soros III dünya müharibəsi vəd etdi

"ABŞ-ın İŞİD strategiyası çöküb" - "Guardian" yazır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.