ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya),
Pyer Andriye(Fransa) Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu həftə Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər.
Pyer Andriye(Fransa) Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu həftə Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər. APA-nın məlumatına görə, bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.
Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.
Xatırladaq ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər.
Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.



