"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qadın kimi futbol

27 May 2015 - 10:38
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Qadınlarla kişilərin futbol söhbəti həmişə fiaskoya uğrayır. Kişi təkəbbürü qadının futbolu hiss etməyini qəbul edə bilməz. İyirmi dörd kişinin bir məqsəd uğrunda yaşıllıqlar içində, can bazarında var-gəl etməsinə qadın etinasız yanaşa bilməz.
Qadın, bəlkə də, yaxşı azarkeş deyil, amma yaxşı tərəfdardır. Futbol təkcə oyun yox, birgə sevinc yaşaya bilmək qabiliyyətidir. Birgə sevinc isə elə bir nəsnədir ki, çoxumuz bacarmırıq. Bizim sevinci paylaşmaq, başqasının sevincini hiss etmək bacarığmız kütdür. Bəlkə də, toplum olaraq birgə sevinclərə tamarzıyıq. Şəxsi sevinclər aldadıcıdır, keçicidir. Bir müddət sonra effekti çıxır. Yerini boşluq alır. Birgə yaşananlar, birgə sevinilən hadisələri həmişə yaxalamaq olmur.

Hər kəs rütbəsini biləcək, 100% çempion

İdman milli heysiyyatı olan üçün şərəf məsələsidir. Türkiyə toplumu üçün “Qalatasaray” ayrı mərəzdir. Bir evdə, eyni ana-atadan olan iki qardaş ayrı-ayrı komandalara tərəfdarlıq etdiyi üçün bir-birini al-qana da boyaya bilir, heç vaxt tanış olmayan iki insan “Qalatasaray”ın qalibiyyətinə görə qucaqlaşıb sevinc göz yaşı da tökə bilir.

“Qalatasaray” Azərbaycanın həmişə təskinlik komandası olub. Nəzərə alanda ki, uzun müddət toplum olaraq futbol sevincinə həsrət qalmışıq, biz bu sevgini “Qalatasaray”la balanslaşdıra bilmişik. “Qalatasaray”ı sevmək, bir italyan, ispan komandasını sevməklə eyni deyil.

Yenə “Qalatasaray” Türkiyəni coşdura bilib. Ölkə çempionu olub. Birgə sevincləri azalan Türkiyəni tərpədə bilib. Nə saysız-hesabsız terror, nə milli bölünmələr, nə də dindarlaşma türkün futbol sevincini azaldıb. Minlərlə insan İstanbulda din, cins, irq, milliyyət fərqi qoymadan qol-qola “Qalatasaray”ın “generallığını” qeyd edir.

Bu qədər  təsadüf olmaz…

“Qarabağ” ölkə çempionu olur. Bakıda məlum yanğın baş verir. Çempionluğa sevinməyimiz təxirə salınır. “Qarabağ”ın bəxtini bu dəfə də yanan bina qaraldır.

“Traxtur Sazi”nin 100%-lik qalibiyyəti əlindən alınır. Yüzlərlə təbrizli qanına boyanır. Bizim birgə sevinclərimiz yenə də, növbəti dəfə zorla əlimizdən alınır.

Futbol yox, birlik tərəfdarıyam. Futbol mənim üçün “Qarabağ”ın adını xarici televiziyalardan eşitməkdir, yüzlərlə türkün, kürdün, çərkəzin, lazın İstanbulda əl-ələ, çiyin-çiyinə qucaqlaşmağıdır. “Traxtur Sazi”yə görə Bakıdakı gəncin göz yaşı tökməyidir, Təbrizi özününkü hiss etməyidir.

İdman sevinci birgə sevinməyə səbəbi az olan toplumlar üçün əldəndüşmədir. Qarşıdan Olimpiada gəlir. Fürsəti qaçırmayın. Birgə sevinməyə səbəblər tapın. Tanımadığınız insanları qucaqlayın. Sevinc göz yaşlarınızı bir-birinə qarışdırın.  Ağlamağa, matəmə, kədərə dünya durduqca səbəb var. Sevinmək üçün səbəbdir, fürsətdir, şansdır. Sevincinizdən, sevindirə bilən hər şeydən bərk-bərk yapışın. Komandanızın tərəfini heç qardaşınıza da verməyin.

Futbol da qadın kimidir: Ayırmağı da dəhşətlidir, birləşdirməyi də…

Günay Arda

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Səkidən düşmək üçün əlini uzadırsan, ovcuna 20 qəpik basır…” – AYRI DÜNYANIN ADAMLARI

Next Post

Azərbaycan Ordusundan düşməni lərzəyə salan təlim – VİDEO

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Azərbaycan Ordusundan düşməni lərzəyə salan təlim - VİDEO

Mübariz Qurbanlı kadr dəyişiklikləri etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.