Xəbər verdiyimiz kimi, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları, bir neçə QHT nümayəndəsi və ziyalılarla birgə mayın 29-da Ağdam bölgəsindəki “N”saylı hərbi hissənin şəxsi heyətilə görüşüblər. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II qrup Müharibə Əlili Hacı Ədalət Məhərrəmov, “Ana harayı” qəzetinin baş redaktor müavinləri- şair Vaqif Nəcəfzadə və Dilbər Sultan, 20 Yanvar Cəmiyyətinin sədr müavini, ömrününün 25 ildən çoxunu şərəfli hərbçi peşəsinə həsr etmiş Mustafa Əliyev, Ağdam rayon Gənclər, İdman və Turizm şöbəsinin müdiri Elnur Əhmədov və başqaları şəxsi heyətə Respublika Günü münasibətilə təbriklərini çatdırdılar.
Ağdamda fəaliyyət göstərən “Şur”ansamblının üzvləri maraqlı konsert proqramı ilə zabit, gizir və əsgərlər qarşısında çıxış etdilər.
Dilbər Sultanova,
“Ana harayı”qəzetinin xüsusi müxbiri




