"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İş adamı ona yönələn ittihamlara cavab verdi

01 İyun 2015 - 09:56
in XƏBƏR LENTİ

Asif Əsədullazadə 53 payçı ilə birgə özünün də dələduzluqla üzləşdiyini deyir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ötən saylarımızda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində “Badi Kübə” MTK tərəfindən inşa olunan “13 M” saylı çoxmərtəbəli binanın aldadılan payçılarının redaksiyamıza yolladığı məktubunu dərc etmişdik.

 
Yazıda adı hallanan Asif Əsədullazadə redaksiyamıza gələrək mövqeyini açıqlayıb.
Deyib ki, payçılar da onun kimi dələduzluqla üzləşiblər: “2005-ci ildə ”A.R and KO” MMC-nin 1 hektar 68 sot ərazisinin 40 sotunda çoxmərtəbəli bina tikmək qərarına gəldim. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib tikintiyə icazə aldım. Maliyyə çətinliklərinə görə “Badi Kübə” MTK ilə müqavilə bağladıq. Müqavilənin şərtlərinə görə bütün tikinti, sərəncam MTK-ya keçdi və əvəzində onlar mənə həmin binadan 8 min kv metr yaşayış sahəsi verməli idilər. 2008-ci ilə qədər işlər müqavilə üzrə getdi. 2008-ci ildə “Badi Kübə” təsisçiləri Zaur Cabbarov və Nəsib Əliyev binanın 2 blokunun tikintisindən imtina etdilər. Bu zaman ev alqı-satqısı ilə məşğul olan Ədalət Qənbərovun vasitəsi ilə başqa bir şəxs – Şamil Hacıyev həmin 2 blokun tikintisini öz üzərinə götürdü. Belə razılıq əldə olundu ki, 8 min kv metr sahənin 4 min kvadratını Şamil Hacıyev “A.R and KO”-ya verəcək. Bundan başqa dəllallıq edən Ə.Qənbərova da 500 kvadratmetr verilməsi öhdəliyini də üzərinə götürmüşdü”.
 
A.Əsədullazadə deyir ki, bu razılaşmadan sonra Türkiyəyə müalicəyə gedib. Qayıdanda isə görüb ki, binanın tikintisi ilə Ş.Hacıyevin əvəzinə Ədalət Qənbərov məşğuldur: “Araşdırma zamanı məlum oldu ki, Şamillə aralarında 200 min manata görə mübahisə yaranıb. Binanın tikintisini Ədalət Qənbərov aparacaq. Qənbərov dəstəyimlə ”Badi Kübə” MTK-ya sədr seçildi və onun qanunsuzluqları açıq şəkil aldı. O, ilk növbədə müqavilə əsasında “A.R ənd Ko” şirkətinə verilmiş mənzilləri təkrar satdı. Payçılar arasında münaqişə yaratmağa başladı. Eyni zamanda ona aid olmayan, Zaur Cabbarov və Nəsib Əliyevin inşa etdiyi 3 və 4-cü bloklarını təkrarən satmağa başladı. Onun qeyri-qanuni əməlləri payçıların narazılığına səbəb oldu. Onlar MCQMİ-yə, sonra KQMİ-yə müraciət etdilər. Şikayətlər əsasında KQMİ-də cinayət işi başladı. Gözləyirdik ki, dələduzluqla məşğul olan Ə.Qənbərov cəzalandırılacaq. Lakin 1 və 2-ci blokları inşa edən Zaur Cabbarov və Nəsib Əliyev həbs olundular”.
A.Əsədullazadə deyir ki, gözləmədiyi halda onu da istintaqa cəlb ediblər: “Müstəntiq Elxan Əbdülrəhmanov mənə də dələduzluq ittihamı elan etmək istəyirdi. Ona ”Badi Kübə” MTK ilə 25 iyun 2005-ci ildə imzaladığımız müqaviləni göstərdim. Hərəkətlərimin qanuni olduğunu isbat etməyə çalışdım. Bunun əvəzində bildirdi ki, həmin müqaviləni Ə.Qənbərov birtərəfli qaydada ləğv edib. Bunu biləndən sonra 1 saylı İnzibati İqtisad Məhkəməsinə üz tutdum. Ə.Qənbərovun həmin müqaviləni birtərəfli qaydada ləğv etməsinin qanunsuz olduğunun təsdiqlənməsini istədim. Bunlara baxmayaraq 6 iyun 2012-ci il tarixdə E.Əbdülrəhmanov məni həbs etdi”.
A.Əsədullazadə deyir ki, 1 il 6 həbsdə saxlanılıb. Bu müddətdə 31 payçının MTK-ya ödədiyi 780 min manatı ödəyərək azad olunub: “Həbsdə olduğum dövrdə ”A.R and Ko” şirkəti Ə.Qənbərovun müqaviləni birtərəfli qaydada ləğv etməsinin qeyri-qanuni olmasını mübahisələndirirdi. 17 dekabr 2013-cü ildə Bakı Apelyasiya Məhkəməsi iddianı təmin etdi. Müqavilə üzrə təhvil verilməmiş 8 min kvadrat metrdən 5 min kvadrat metr yaşayış sahəsinin natura şəklində “A.R and Ko”ya verilməsi öhdəliyini “Badi Kübə” MTK-nın üzərinə qoydu.  Bu qətnamənin qəbulu mənim günahsız olaraq həbs edilməyimin sübutu oldu. Qarşı tərəf Ali və Konstutusiya Məhkəmələrinə üz tutdu, lakin mübahisləndirdi. Hər iki məhkəmə qərarı qüvvədə saxladı”.
A.Əsədullazadə deyir ki, 2 fevral 2015-də Suraxanı Məhkəmə İcraçıları mübahisəli binaya gələrək məhkəmə qətnaməsini icraya ediblər: “Qənbrovun verdiyi siyahı üzrə mənzillər ”A.R and Ko”ya təhvil verildi. Lakin sonradan məlum oldu ki, Qənbərov təhvil-təslimdə də dələduzluq edib. Məhkəmə icraçılarını, iştirakçı olan təşkilatların nümayəndələrini, nəhayət növbəti dəfə “A.R and Ko” şirkətini aldatdı. 53 mənzildən 50-sini başqa payçılara satdığı halda yenidən təkrarən öz borcu əvəzinə “A.R and Ko”ya verib. Maraqlı məqam odur ki, mənzillərin 5-i istisna olmaqla qalanları hamısı Nəsib və Zaurun tikdiyi bloklardan verilib. Qənbərov payçıları aldadaraq onları bilərəkdən mənim üzərimə yönləndirir. Mən həbsdə olarkən 31 mənzilin pulunu payçılara ödəmişəm. Həmin mənzillər “A.R and Ko”nun sahibliyinə qayıdıb. “A.R and Ko” ilə payçılar arasında çaxnaşma yaratmaq üçün bunu edib.  “A.R and Ko”nun mülkiyyətinə verilən mənzillər hazırda Suraxanı Mühafizə şöbəsi mühafizə edir.
Maraqlı hal budur ki, KQMİ Ə.Qənbərovu cəzalandırıb ondan boş mənzillər almaq əvəzinə hər yolla “AR and Ko” mülkiyyətində olan mənzilləri alıb payçılara vermək istəyir. 2012-ci ildən mən “A.R and Ko”nun sahibi deyiləm. Buna baxmayaraq  Ə.Qənbərov və KQMİ-nin müstəntiqi mənim adımı hallandırırlar. Baş verənlərlə məni bağlayır. Şikayətçiləri də bizim üstümüzə qaldırır”.
A.Əsədullazadə deyir ki, onun Ə.Qənbərov və Firudin Əliyevlə şərikliyi yoxdur: “Bu adam mənim əmlakımı mənimsəyib, 1 il 6 ay qanunsuz həbsimə nail olub, bu gün də dələduzluq əməllərini davam etdirir. Şikayətlərim əsasında Ə.Qənbərov barəsində 4 ildir ki, dələduzluq maddəsi ilə cinayət işi gedir, lakin hələ də nəticəsi yoxdur. Onun himayəçiləri var”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft ucuzlaşıb

Next Post

Dollar və avroda son vəziyyət – Cədvəl

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dollar və avroda son vəziyyət - Cədvəl

Ərdoğan istefa verə bilər - Qızıl qalmaqalı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.