"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda 1500 sürücü “oyun zolağı”na çıxdı

01 İyun 2015 - 14:21
in XƏBƏR LENTİ

Bakıda 1500 sürücü

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakıda “oyunlar zolağı”na qanunsuz daxil olan nəqliyyat vasitələrinin sayı xeyli azalıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsi Yol hərəkəti idarəetmə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qazıyevin ANS PRESS-ə verdiyi məlumata görə, mayın 29-dan bu günə qədər paytaxtda quraşdırılan kameralar vasitəsilə 1500-ə yaxın sürücü həmin qaydanı pozduğuna görə qeydiyyata düşüb.
“Mayın 29-da, qadağanın tətbiq olunmağa başladığı gün qayda pozan çox idi. Çoxu bilmədiyi üçün xəttə girirdi. Bu gün isə bir az azalıb. Mayın 29-da 600, 30-da 350, 31-də isə 300-ə yaxın sarı zolağa girən sürücü kamera vasitəsilə müəyyən edilib. Bu gün günün axırında da dəqiq rəqəm məlum olacaq. Bundan başqa, kameraya düşməyən, lakin yol polisləri tərəfindən qeydə alınan qayda pozan sürücülər də var”.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı açıqlamasında bildirib ki, “Oyunlar zolağı” ilə bağlı qadağalar qüvvəyə minəndən sonra ilk iki gün ərzində, xüsusən də ilk gündə sürücülərin bir hissəsi düşünmürdülər ki, sarı zolaqlı yola çıxdıqlarına görə cərimə olunacaqlar. Bu səbəbdən də, çoxu bu məsələyə dırnaqarası yanaşırdı.
“Yol polisinin bir neçə saata onlarla sürücünü cərimələdiyi barədə məlumatı yayılandan sonra belə halların sayı kəskin şəkildə azalıb. Yollardakı müşahidə kameraları 300 metrə qədər çəkə bilir. Yəni zolağa girib kameranı görəndən sonra yenidən zolaqdan çıxanlar elə bilməsinlər ki, cəzasız qalacaqlar. Onların hamısı qeydə alınır və cərimələndiyi barədə sənədlər yol polisi tərəfindən onların ünvanlarına göndərilir. Hazırda isə şəhərdə vəziyyət normaldır və indi demək olar ki, sürücülər “Oyunlar zolağı”na keçmirlər”.
Qeyd edək ki, mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş – rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxması qadağandır. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. Əgər “Oyunlar zolağı” digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 40 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD Türkiyəyə yaxınlaşır – işğal davam edir

Next Post

AXCP-nin gənc fəalına 6 il həbs cəzası verildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

AXCP-nin gənc fəalına 6 il həbs cəzası verildi

Serbiya sərhədlərini bütün azərbaycanlıların üzünə açır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.