
Serbiya Azərbaycana vizasız rejim tətbiq etməyi təklif edir.
“Trend”-in məlumatına görə, Serbiya xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlarda bu təşəbbüslə çıxış edib.
E.Məmmədyarovun sözlərinə görə, Bakı Serbiyanın bu təklifini dəstəkləyir və məsələyə baxılacaq.



