Bakı Beynəlxalq Avtovağzalından şəhər istiqamətindəki yolda hərəkət iflic olub.
Səbəb Avropa Oyunlarına görə ayrılan “Oyunlar zolağı”na girişin qadağan olunmasıdır. Artıq yarım saata yaxındır ki, həm avtomobillər, həm də marşrut avtobusları tıxacdadır.
Tıxac sürücülərin və sərnişinlərin etirazına səbəb olub. İnsanlar isti havada tıxacda qalmağın əzabından şikayətlənərək, Avropa Oyunlarının başlamasına 10 gündən artıq vaxtın qalmasına baxmayaraq, “Avropa Oyunları” zolağının indidən nəqliyyat üçün bağlanmasını əsassız addım adlandırıblar.
Qeyd edək ki, mayın 29-dan etibarən “Avropa Oyunları” zolağına daxil olan sürücülər 40 manat məbləğində cərimə olunurlar.
Musavat.com Avtovağzal istiqamətindəki yollarda yaranan tıxacdan görüntüləri təqdim edir.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.










