"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sökülən villaların əksəriyyəti nazirlərə məxsususdur…

01 İyun 2015 - 18:55
in MANŞET

610x380xsokuntuu.JPG.pagespeed.ic.PhkfrUbQpXXəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğının səhəri günü Azərbaycan Prezidenti İlham Əliyev hadisə yerində olub. Dövlət başçısı binaya baxış zamanı yanğının səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması, zərərçəkənlərə, həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi yönündə Dövlət Komissiyasına yerindəcə tapşırıqlarını verib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. Toplantıda dövlət başçısı bir sıra vacib məsələlərə toxunub. O məsələlər içərisində qanunsuz tikililər də yer alıb. Prezidentin bu barədə sərt çıxışından sonra, paytaxtdakı sözügedən tikililərin sökülməsi prosesinə başlanıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtda 42-yə yaxın lüks villa söküləcək. Və qanunsuz hərəkət etmiş bütün şəxslər öz cəzalarını alacaqlar. Bakı meri onu da diqqətə çatdırıb ki, Səbail rayonunda yerləşən “Dostluq” parkı ərazisindəki qanunsuz villalar da söküləcək.

Lakin həmin villaların kimlərə məxsus olması hələ də müəyyənləşməyib. Bu isə ciddi mətləblərdən xəbər verir. Çünki yerli icra orqanları ərazilərində “göyərçin uçurmaqdan” belə xəbər tuturlarsa, necə ola bilər ki, çoxsaylı göydələnlərin tikilməsini görməsinlər. Əlbəttə, bütün bunlar həmin villa sahibləri ilə yanaşı, icra başçılarının da qanunsuz hallara yol verdiklərini nümayişkaranə şəkildə ortaya qoyur.

Necə olur ki, böyük göydələnlər tikilir, amma icra hakimiyyəti rəsmilərinin və bələdiyyənin bundan məlumatı olmur…

 

Məlum tikililərə dair müəmmalara aydınlıq gətirən “Müsavat” partiyasının sabiq başqan müavini, politoloq Qabil Hüseynli AİM.az-a  açıqlamasında qeyd edib ki, hansısa ərazidə tikinti aparmaq üçün mütləq sənəd tələb olunur. Ekspertin sözlərinə görə, tikinti işləri torpağın sahibi müəyyənləşəndən sonra həyata keçirilməlidir:

qabil-huseynli“Bir hektara qədər torpaq cəpərlənib, böyük bir mülk inşa edilir. Bundan məlumatsız olmaq heç bir halda inadırıcı deyil. Yerli icra və bələdiyyə orqanları icazə vermədən, hansısa ərazidə tikinti aparmaq mümkünsüzdür. Bu işdə adını çəkdiyim orqanlar birbaşa məsuliyyət daşıyır. Onlar həmişə əraziləri yoxlayırlar. Hansısa rayon ərazisində yerə bir mismar varanda da xəbər tutub, həmin adamın başının üstünü alırlar. İndi necə olur ki, böyük göydələnlər tikilir, amma icra hakimiyyəti rəsmilərinin və bələdiyyənin bundan məlumatı olmur. Ona görə də bu tikililərin sahibi tapılmır demək gülünc doğurur. Eyni zamanda xalqın da qəzəbinə səbəb olur. Bunlar, məntiqdən uzaq açıqlamalardır”.

 

Böyük bir mülkiyyətin sahibini tapmaq heç də çətin deyil

 

Həmsöhbətimizin qənaətincə, sözügedən villaların sahiblərini icra orqanları yaxşı tanıyır və onların vasitəsilə həmin mülk sahiblərinin kimliyini aşkarlamaq mümkündür:

“Çünki torpağı ya bələdiyyə, ya da icra hakimiyyəti satır. Bu bir iynə deyil ki, onu samanlıqda gizlədəsən və heç kəs də tapa bilməyə. Böyük bir mülkiyyətin sahibini tapmaq heç də çətin deyil”.

 

Bu villalar çirkli pullarla inşa olunub

 

Q.Hüseynli hesab edir ki, sözügedən mülklərin əksəriyyəti nazirlərə məxsususdur:

“Bunu hamı bilir. Onu tikdirməyə yalnız vəzifəli şəxlərin gücü çatar. Özü də çirkli pullarla inşa olunan villalardır. Dövlətin bu özbaşınalıqlara qarşı mübarizə aparılması barədə təəssurat yaratmaq istəyirksə, həmin adamlar tapılmalı, adları ictimaiyyətə açıqlanmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.”

Qeyd olunan villaları sökməyin məqsədəuyğun olmadığını deyən həmsöhbətimizin fikrincə, o göydələnlərdən başqa xeyirli məqsədlər üçün də istifadə etmək olar:

“Onları uşaq baxçası və ya kimsəsizlər evi kimi kimi istifadəyə vermək olardı”.

 

İcra hakimiyyətlərinin icazəsi olmadan heç kəs daş üstünə daş qoya bilməz

 

sen_deme_akif_2015021344Mövzunun çox aktual olduğunu iddia edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə vurğulayıb ki, bu haqq-ədalət məsələsidir:

“Hansısa bir cəmiyyətdə ədalət yoxdursa, o cəmiyyət məhvə məhkumdur. Baxın, təşkilatımız həmin rayon ərazisində yerləşir. Burada da çox haqsızlıqlar yaşanır. Daşı-daş üstə qoyub özünə yuva qurmaq istəyən insanların başınının üstünü kəsirlər. Məqsədləri “qanunsuz” tikilinin qarşısını almaq deyil, o adamdan pul qoparmaqdır. Hansısa icra strukturunun hədəfi həqiqətən də deyilən kimi olsaydı ki, belə hallara rast gəlinməzdi. İcra orqanları pul alıb, qanunsuzluğa yol verirsə, bu artıq məsuliyyətsizlikdir. İcra hakimiyyətlərinin icazəsi olmadan heç kəs daş üstünə daş qoya bilməz. Çünki icra orqanları tikililərdən gəlir götürür. Bu səbəbdən, zənn edirəm ki, qanunsuz villaların inşasından icra orqanlarının xəbəri var. Onların sahiblərindən də külli miqdarda pul alıblar. İndi qorxularından ortaya çıxa bilmirlər”.

 

Villaların sökülməsinin özü artıq cəzadır

 

Müsahibimiz bildirib ki, sözügedən villa sahiblərini tapmaq mürəkkəb proses deyil:

“Buna ya rayon icra orqanı, ya bələdiyyə, ya da Bakı şəhər İcra hakimiyyəti icazə verib. Başqa bir adam axtarmağa dəyməz. Həmin məsul şəxslərin cəzalandırlması ən vacib şərtlərdən biridir. Düşünürəm ki, villaların sökülməsinin özü artıq cəzadır. Kimlərinsə, pulları batır. Bu cəza formalarından biridir. Buna rəğmən istərdik ki, onlara amansız cəzalar kəsilsin”.

 

Qanunsuz göydələnlərin tikilməsi, icra başçılarının məsuliyyətsizliyinin nəticəsidir

 

Alimammad_Nuriyev_291212“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də deyib ki, qanunsuz göydələnlərin tikilməsi, icra başçılarının məsuliyyətsizliyinin nəticəsidir:

“Hər hansı bir ərazidə tikintinin həyata keçirilməsinə yerli icra hakimiyyəti nəzarət edir. Bu orqanın razılığı olmadan ərazidə hər hansı tikinti aparmaq mümkün deyil. Böyük villaların tikilməsi isə, ümumiyyətlə, mümkünsüzdür. Necə olur ki, hansısa ərazidə villa tikilsin, amma icra orqanının məlumatı olmasın və yaxud həmin villaların sahibləri müəyyənləşməsin. Bu, gülüş doğurur”.

 

İcra hakimiyyətləri işbazlarla yaxından əməkdaşlıq edirlər

 

Ə.Nuriyevin sözlərinə görə, qanunsuz tikililərin aparılmasına görə, icra orqanları məsuliyyət daşıyır:

“Məhz onlar cavab verməlidirlər. Görünür, icra başçıları həmin villaların sahibləri ilə razılaşıb. Beləliklə də, böyük qanunsuzluqlara yol veriblər. Bunun başqa variantı yoxdur. İcra orqanları bu halla bağlı zamanında aidiyyəti qurumlara məlumat versə idi, qarşısı alınardı. Bu, icraların birinci qanunsuzluğu deyil. İcra hakimiyyətləri belə məsələlərdə diqqətli olmalıdırlar. Onlar isə əksinə, işbazlarla yaxından əməkdaşlıq edirlər. Bu da arzuolunmaz nəticələrə gətirib çıxarır”.

 

AİM.AZ

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı metrosunda ölüm hadisəsi

Next Post

Qaz müharibəsində yeni mərhələ başlayır – Bakı ön cəbhə oldu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Qaz müharibəsində yeni mərhələ başlayır - Bakı ön cəbhə oldu

“Oyunlar zolağı”nda çıxarılan oyun…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.