Mindən çox rus separatçısı Donetsk istiqamətindən Ukrayna hərbçilərinin yerləşdiyi Marinka rayonuna hücuma keçib.
Avropa.info xəbər verir ki, bu haqda ordu qərargahının nümayəndəsi Yevgeni Silkin məlumat verib. Onun sözlərinə görə, döyüşlər hələ də davam edir. Silahlılar Krasnoqovorki rayonu yaxınlığında qoşun toplayırlar.
Ukrayna mövqeləri avtomat, qumbaraatan və tanklardan atəşə tutulub. Marinkada 20-dən çox Ukrayna əsgəri yaralanıb.



