"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elman Rüstəmov daha ayda 1 milyard dollar xərcləmir

03 İyun 2015 - 17:05
in XƏBƏR LENTİ

Elman Rüstəmov daha ayda 1 milyard dollar xərcləmir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının vəziyyətinə dair növbəti aylıq hesabatı açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, Mərkəzi Bankdan yayılan açıqlamaya əsasən bankın valyuta rezervlərində son 7-8 ay ərzində ilk dəfə artım qeydə alınıb.
Mayın sonunda bankın valyuta ehtiyatları aprel ayına isbətən 42,9 milyon dollar artaraq 8 milyard 430 milyon dollar təşkil edib. Bununla da uzun müddətdən bəri ilk dəfədir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma tendensiyası dayanıb, onu  artım tendensiyası əvəz edib. Hərçənd ki, valyuta ehtiyatlarının artımı ötən aylardakı azalma ilə müqayisədə hələlik cüzi hesab oluna bilər.
Xatırladaq ki, ilin əvvəlindən bu yana Mərkəzi Bankın ehtiyatları 5 milyard 330 milyon dollar, yaxud 38,7 faiz azalmışdı.
Ölkənin baş bankı milli valyutanın kursunu sabit saxlaya bilmək üçün hər ay öz rezervlərindən təxminən 1 milyard dollar dövriyyəyə buraxmalı olurdu. Mərkəzi Bankın ehtiyatlarının azalması ötən ilin ikinci yarısından başlayıb.
Lakin azalma ötən ilin dekabrından başlayaraq daha sürətli getməyə başladı. Fevral ayında manatın kəskin devalvasiyası da ehtiyatların azalmasını dayandırmağa kömək etmədi – devalvasiyadan sonrakı iki ay ərzində Mərkəzi Bankın ehtiyatları 2 milyard dollardan çox azaldı.
Bu, manata etimadın azalması və ölkədə dollara tələbatın artması ilə əlaqəli idi. Əgər azalma bu templə getsəydi, ilin sonuna qədər Mərkəzi Bankın ehtiyatları tamamilə tükənə bilərdi və belə vəziyyətdə yeganə çıxış yolu manatın kursunun sərbəst buraxılması ola bilərdi.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov parlamentdə çıxışı zamanı bildirmişdi ki, üzən kurs siyasətinə keçidə hazırlıq gedir, ancaq hələlik ölkə iqtisadiyyatı buna hazır deyil. Eyni zamanda Elman Rüstəmov proqnoz vermişdi ki, aprel-may aylarından sonra manata təzyiqlərin azalacağı, iqtisadiyyatda dollarlaşma tendensiyasının yavaşıyacağı gözlənilir.
Daha sonra Mərkəzi Bank haqda qanuna dəyişikliklər edildi. May ayında edilmiş bu dəyişikliklərə əsasən Mərkəzi Bank əvvəlcə öz ehtiyatlarını dövriyyədə olan pulun 15 faizlik kvotası əsasında formaladırırdı.
Dəyişikliklər isə bu tələbi ortadan qaldırıb. Yəni Mərkəzi Bank təkcə nizamnamə kapitalı və dövriyyədəki pul kütləsi ilə deyil, başqa qiymətli kağızlar hesabına da özünün valyuta ehtiyatlarını formalaşdırmaq imkanı qazanıb.
Beləliklə, son aylar ərzində sürətlə xərclənən rezervlərin yerini doldurmaq üçün Mərkəzi Bank əlavə imkanlar əldə edib.
Belə görünür ki, məhz bu dəyişikliklərin Mərkəzi Bankın ehtiyatlarında sürətli azalmanı dayandırılmasında mühüm rolu olub. Həmçinin ölkədə dollar ajiotajının qismən səngiməsi də əsas amillərdən biridir.
Belə görünür ki, dəyişikliklər qüvvəyə minəndən sonra  Mərkəzi Bankın ehtiyatlarının dahayüksək templə artırmaq mümkün olacaq.İndiki artım isə ölkədə dollar ajiotajının qismən səngiməsi  ilə izah edilə bilər. Beləliklə, Elman Rüstəmov ayda 1 milyard dollar xərcləməkdən xilas ola bilib və  təcrübəli baş bankirin aprel-may aylarında dollarlaşmanın səngiyəcəyinə dair proqnozları özünü doğruldub. Hər halda Mərkəzi Bankın son rəqəmləri Azərbaycanda yeni devalvasiya  riskinin azaldığını göstərir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa Oyunlarına həsr olunmuş xatirə pul nişanları tədavülə buraxılıb

Next Post

Neft yenə ucuzlaşdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft yenə ucuzlaşdı

Dollar ucuzlaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.