
Ümumi seçkilər ərəfəsində seçiciləri qarşısında növbəti dəfə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz tənqidçilərini, jurnalistləri, erməniləri və qeyri-ənənəvi oriyentasiyalı şəxsləri Milli Demokrat Partiyasını dəstəkləməkdə ittiham edib.
Oxu.az bu barədə “Hurriyetdaily” saytına istinadən xəbər verir.
““Doğan Media” onların əsas müttəfiqidir. Erməni lobbisi, homoseksuallar və Əlisiz Ələviliyə inananlar – bütün onlar təxribatda iştirak edirlər”, – Ərdoğan iyun ayının 3-də şərqi vilayətin sakinləri qarşısında çıxış edərkən bildirib.
Qeyd etmək lazımdır ki, ölkənin parlamentində hakimiyyət partiyasının tutduğu yerlərin sayı, Milli Demokrat Partiyasının 10% səviyyəsini aşa biləcəyindən asılıdır.
O həmçinin beynəlxalq mətbuata qarşı ritorikasını təkrarlayıb.
“Onları bəzi xarici KİV dəstəkləyir, onlar Türkiyəyə öz koloniyaları kimi baxırlar”, – Ərdoğan bəyan edib.



