"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əflatun Amaşov: “Məqsəd I Avropa Oyunları ilə bağlı ölkəmizə hansısa formada təzyiq göstərməkdir”

05 İyun 2015 - 19:12
in MÖVQE

qocnb6o9dP49“BMT, ATƏT və Avropa Şurasının nümayəndələrindən ibarət beynəlxalq üçlüyün Azərbaycan mətbuatında da yer almış fikirləri ilə tanış oldum. Bu fikirləri I Avropa Oyunları müstəvisində ölkəmizə qarşı aparılan xoşagəlməz kampaniyanın tərkib hissəsi kimi dəyərləndirirəm. Ümumən belə halların mövcudluğuna görə təəssüf hissi keçirirəm”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov BMT-nin İnsan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forstun, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dünya Miyatoviçin və Avropa Şurasının insan haqları komissarı Nils Muknieksin OpenDemocracy portalında I Avropa Oyunları ilə bağlı birgə məqaləsinə münasibət bildirərkən deyib.

Ə. Amaşov bildirib ki, dünyada tanınan qurumları təmsil edən bu şəxslərin çağırışlarında bəsitlik var: “Məqsəd bəllidir. I Avropa Oyunları ilə bağlı ölkəmizə hansısa formada təzyiq göstərmək. Ancaq bu səviyyəli qurumlar üçün məsələdə hansısa bəlli, sivil formul olmalıdır. Məqalənin tonundan elə duyulur ki, Azərbaycan sanki başqa planetdən yer üzünə düşmüş məmləkətdir. Halbuki ölkəmiz artıq neçə illərdir həm BMT-nin, həm ATƏT-in, həm də Avropa Şurasının üzvüdür. Nümayəndələrimiz sözügedən təşkilatların xaricdəki toplantılarına qatılır, ölkəmiz onların tədbirlərinin bir çoxuna ev sahibliyini reallaşdırır. Dünya Miyotoviçin özü dəfələrlə Bakıda media ilə əlaqədar konfranslara qatılıb. Birgə toplantılarımız olub. Hesab edirəm ki, ATƏT-lə media sahəsindəki əməkdaşlıqdan kifayət qədər effektiv nəticələr əldə etmişik. Ancaq onun belə bir kampaniyaya qoşulması münasibətlərimizin perspektivini şübhə altına alır. Ümumən təmsil etdiyi quruma qarşı inamsızlıq formalaşdırır. Xanım Miyatoviç ölkəmizdəki ab-havadan, media cameəsinin durumundan kifayət qədər məlumatlıdır. Belə olan halda onun və Azərbaycandakı reallıqları bilən digər avropalı rəsmilərin bu qədər özünüinkar tonunu seçməsi qətiyyən anlaşılmır. Ortada olan açıq qərəzdir. Ən pisi isə əlahiddə səciyyə daşıyan demokratik prinsiplərin siyasi məqsəd və vəzifələrə qurban verilməsidir. Sual yaranır: I Avropa Oyunlarının keçirilməsində Azərbaycana etimad göstərən kimlərdir? Axı bu idman hadisəsi həm də Avropanın özü üçün lazımdır”.

Mətbuat Şurasının sədri üç il öncə “Eurovision-2012” Mahnı Müsabiqəsi ərəfəsində də oxşar məsələlərin gündəmə gətirildiyini xatırladıb: “O zaman da bir qrup var idi ki, əvvəl musiqi yarışmasını boykot etməyə çağırmışdı. Məqsədlərinə çatmayınca iştirakçılara çeşidli müraciətlər ünvanladılar. Görünür, Qərbin bəzi dairələrinin baxışlarında müsbətə doğru hər hansı meyl yoxdur. Üç il öncəki “ssenarini” təkrarlayırlar. Əvvəl I Avropa Oyunlarını boykot etməyə çağırdılar. İndi oyunların başlamasına çox az vaxt qalır. Bütün təzyiq imkanlarını tükətdikdən sonra son dərəcə mənasız gedişlərə baş vururlar. Təsəvvür edirsinizmi ki, Azərbaycana idmançı qismində təşrif buyuracaq minlərlə idmançı, habelə məşqçi heyəti və digər texniki heyət insan haqları, medianın durumu ilə əlaqədar Bakıda kimlərləsə müzakirə aparacaq? Axı, onlar medal qazanmağa, ölkələrini təmsil etməyə – bayraqlarını ucaltmağa, himnlərini səsləndirməyə gəliblər. Məsələni anlamaq bu qədərmi çətindir?”

 

Ə. Amaşov qeyd edib ki, idmanın siyasi alətə çevrilməsi yolverilməzdir: “İdman da bir siyasətdir. Yəni ölkəni, xalqı tanıtmaq siyasəti. İdmanda humanist dəyərlərinin təbliği var. Ancaq burada dəqiq müəyyənləşdirilmiş sərhədlər də var. İdmanın siyasi alətə çevrilməsi əsla yolverilməzdir. Dünyanın mütərəqqi ictimaiyyətinin məsələyə münasibəti məhz belədir. Ona görə də idmanda hansısa formada siyasi məram və məqsədlərin ifadəsinə çox sərt yanaşılır. Bunun örnəkləri ilə dəfələrlə qarşılaşmışıq. Avropa rəsmilərinin arqumentləri isə sırf siyasi mahiyyət daşıyır. Mövcud halda onların idman hadisəsindən yararlanmaq cəhdləri yalnız sui-istifadə effekti yaradır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İlk Avropa Oyunlarının Azərbaycana həvalə olunması İlham Əliyevin idmana diqqətinin təzahürüdür”

Next Post

“Qazprom” Ermənistanı kənarda saxladı

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

“Qazprom” Ermənistanı kənarda saxladı

7 iyun seçkisi - Türkiyə üçün yeni dönəm başlayır- ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.